Icma.az
close
up
RU
Murad Məmmədov: Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxabaxa böyümüşəm

Murad Məmmədov: Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxabaxa böyümüşəm

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Neftçi" - "Difai" matçından (6:0) sonra "ağ-qaralar"ın futbolçusu Murad Məmmədov apasport.az saytına müsahibə verib.

- Böyükhesablı qələbə qazandız. Oyun barədə fikirlərin...
- Matç bizim üçün yaxşı keçdi. İstədiyimiz nəticəni əldə etdik. Tapşırıqları meydanda reallaşdırmağa çalışdıq. Bu görüş barədə çox danışmaq lazım deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Növbəti oyuna hazırlaşmalıyıq.
- Rəqib qapısından 6 cavabsız top keçirdiz. Demək olar ki, “Qarabağ”a məğlubiyyətin hirsini çıxdız?
- Bu gün meydana bunun üçün çıxmamışdıq. Komandada elə bir hiss yox idi. Sadə futbol nümayiş etdirdik. Rəqibə yuxarıdan-aşağı baxmırıq. Sadəcə öz işimizi gördük.
- Kubokda şanslarınızı necə dəyərləndirirsən?
- Məncə, şanslarımız böyükdür. Geriyə bundan faydalanmaq qalır. Finala qədər irəliləməyi hədəfləyirik. Kuboku qazanıb azarkeşlərimizi sevindirmək niyyətindəyik.
- “Neftçi”nin çempion olması artıq möcüzəyə bərabərdir. Bütün gücü kuboka yönəldəcəksiz?
- Premyer Liqada da uğurlu mübarizə aparmaq niyyətindəyik. Çalışırıq ki, mövqeyimizi yaxşılaşdıraq. Heç vaxt təslim olmuruq. Hər iki turnirdə bacardığımız qədər irəliləmək istəyirik.
- Həftəsonu “Sumqayıt”la çempionat oyununuz var. Rəqibi necə qiymətləndirirsən?
- “Sumqayıt” yaxşı klubdur. Maraqlı görüş alınacaq. Həmin oyuna bütün gücümüzlə hazırlaşacağıq. Məqsəd yalnız 3 xaldır. Rəqibi məğlub etdiyimiz halda, artıq xallar bərabərləşəcək. Meydanda sona qədər vuruşacağıq.
- Qısa bir zamanda azarkeşlərin sevimlisinə çevrildin. Onlara nə demək istərdin?
- Azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların dəstəyi olmadan bu yerlərə gələ bilməzdim. Fanatlarımız həm pis, həm yaxşı günümüzdə yanımızda olurlar. 10 ildir ki, “Neftçi”nin şərəfini qoruyuram. Bu, mənim üçün çox böyük motivasiyadır. Çalışacam ki, bütün gözləntiləri doğruldum. 
- Bütün karyeranı “Neftçi”də keçirmisən. Yetirməsi olduğun klubun əsas heyətində oynamaq necə hissdir?
- Mənim xəyalım “Neftçi”də oynamaq olub. Uşaq yaşlarımdan bu klubu sevirəm. Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm. Hər bir gəncin xəyalıdır ki, yetirməsi olduğu klubun əsas komandasında şans qazansın. Buralara gəlmək mənim üçün böyük fəxrdir. Arzularımı reallaşdırmağa davam edəcəm. 

İsmayıl Xeyrullayev
 

Ölkə kubokunda bütün cütlər müəyyənləşdi Azərbaycan Kuboku: 1/4 finalçılar bəlli oldu - YENİLƏNİB “Neftçi”nin sabiq futbolçusu vəfat etdi Qurban Qurbanov: “Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır” Kaxaber Sxadadze: “Futbolçularımın gördüyü iş yüksək səviyyəlidir”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Dekabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see122

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri