Icma.az
close
up
RU
Murat Anar: Türk Dünyası “Dildə, işdə və fikirdə birlik” prinsipini gerçəkləşdirəcək

Murat Anar: Türk Dünyası “Dildə, işdə və fikirdə birlik” prinsipini gerçəkləşdirəcək

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

15 dekabr Türk Dil Ailəsi üçün adi bir gün deyil

Türk Dünyasının taleyində elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə bir gün olmaqdan çıxaraq ortaq yaddaşın və gələcək vizyonun simvoluna çevrilir. 15 dekabr məhz belə günlərdən biridir. Türk dilinin minilliklərə söykənən yaddaşının yenidən dünyaya xatırladıldığı, dil üzərindən mədəni birliyin və siyasi iradənin ifadə olunduğu bu tarix 2025-ci ildə Türk Dünyası üçün yeni bir mərhələnin başlanğıcına çevrildi. UNESCO-nun qərarı ilə beynəlxalq status qazanan 15 dekabr, eyni zamanda Türkiyənin irəli sürdüyü “Türk Dünyası Vizyon Sənədi” ilə ortaq gələcəyin yol xəritəsinin elan edildiyi simvolik bir gün kimi tarixə yazıldı.

Türkiyədə keçirilən tədbirdə iştirak edən türk pedaqoq, yazıçı-jurnalist Murat Anar "Dünya Türk Dili Ailəsi Günü” ilə bağlı Sherg.az-a danışıb:

"3 noyabr 2025-ci ildəə UNESCO-nun 43-cü Baş Konfransında Türkiyənin və bir çox Türk dövlətinin təklifi ilə 15 dekabr tarixinin hər il “Dünya Türk Dili Ailəsi Günü” kimi qeyd olunması barədə qərar qəbul edildi.

15 dekabr Türk Dil Ailəsi üçün adi bir gün deyil. Bu tarix danimarkalı dilçi Vilhelm Tomsenin Göytürk Kitabələrini oxuduğunu bütün dünyaya elan etdiyi gün kimi tarixə düşdü. Dekabrın 15-i Türk Dünyası adına daha bir tarixi hadisə ilə yadda qaldı. Bu əlamətdar gün münasibətilə Türkiyənin iqtidar partiyası AK Parti “Türk Dünyası Vizyon Sənədi”ni açıqladı. Bu sənədi Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim etdi. Prezident çıxışında türklərin bir olmasının, iri və diri olmasının vacibliyini həm Türk Dünyasına, həm də bütün dünyaya ən açıq və qəti ifadələrlə bəyan etdi. Vizyon sənədində ticarətdən mədəniyyətə, incəsənətdən idmana qədər bir çox sahəni əhatə edən geniş strateji hədəflər yer aldı. Sənəd həm Türk Dövlətlərinin dillərində, həm də Ortaq Türk Əlifbası ilə nəşr olundu". 

Yazıçı Prezident Ərdoğanın müəyyən edilən vizyonun həyata keçirilməsi üçün “Türk Dünyası Düşüncə və Araşdırma Mərkəzi”nin yaradılacağını da müjdələdiyini söyləyib:

"Eyni zamanda, Türkiyənin Türk Dünyası ilə bağlı keçmiş siyasətlərinə də toxunularaq, əvvəlki dövrlərdə buraxılmış səhvlər açıq şəkildə etiraf edildi. Uzun illərdir Türkiyədə və Türk Dünyasında bu sahədəki prosesləri yaxından izləyən bir jurnalist olaraq deyə bilərəm ki, Prof.Dr.Kürşad Zorlunun Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər vəzifəyə təyin olunmasından sonra həm Türkiyədə, həm də bütün Türk Dünyasında ciddi ruh yüksəkliyi yaranıb. Türk Dünyası adına çoxsaylı müsbət addımlar atılır. 15 dekabrda Prof.Dr.Kürşad Zorlu və komandasının hazırladığı, Türkiyə Prezidentinin açıqladığı vizyon sənədi Türk Dünyası üçün real, əhatəli və həyata keçirilə bilən baxış ortaya qoyur. Əlbəttə, ictimaiyyət haqlı olaraq soruşur: Nəzəri baxımdan vizyon yaratmaq asandır, bəs praktikada nə olacaq? Bunun cavabını zaman göstərəcək". 

Murat Anar Prof.Dr.Kürşad Zorlunun Türk Dünyası üçün böyük bir şans olduğunu vurğulayıb:

"Prof.Dr.Kürşad Zorlunun bugünə qədər gördüyü işlər gələcəkdə edəcəklərinin təminatıdır. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Prof.Dr.Kürşad Zorlunun fəaliyyətlərini yüksək qiymətləndirərək ona şəxsən təşəkkür bildirdi və tam dəstəyini açıq şəkildə ifadə etdi. Ümid edirəm ki, Türk Dünyası “Dildə, işdə və fikirdə birlik” prinsipini gerçəkləşdirəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri