Murat Nurtleu: “Qazaxıstan Azərbaycandan olan tərəfdaşları ilə birgə uranın tranzitini davam etdirir”
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstan Azərbaycandan olan tərəfdaşları ilə birgə uranın xaricə tranzitini davam etdirir.
Bunu ölkənin xarici işlər naziri Murat Nurtleu Astanada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra bildirib.
O, həmçinin Azərbaycanla enerji əməkdaşlığının səviyyəsini, xüsusilə Xəzərin dibi ilə sualtı enerji kabelinin çəkilməsi layihəsi çərçivəsində əlaqələri yüksək qiymətləndirib.
"Biz həmişə bu istiqamətdə işi intensivləşdirməyə hazırıq. Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarlarına nəqli ilə bağlı razılaşmalar uğurla həyata keçirilir. Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə xarici bazarlara 1,4 milyon ton neft nəql edilib. Yaxın vaxtlarda Qazaxıstan neftinin tranzit həcminin ildə 2,2 milyon tona çatdırılması planlaşdırılır", - nazir vurğulayıb.
Onun sözlərinə görə, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz - TBNM) layihəsində fəal iştirak edir.
"Biz TBNM üzrə yük tranziti göstəricisini 10 milyon tona çatdırmağı planlaşdırırıq. Qazaxıstan fiber-optik rabitənin inkişafını müasir rəqəmsal dəhlizlərin yaradılması istiqamətində vacib addım kimi qiymətləndirir və layihənin həyata keçirilməsinin bütün mərhələlərində fəal əməkdaşlığa hazırdır", - M.Nurtleu bildirib.
O, Ceyhun Bayramovla bu gün apardığı danışıqların nəticələrindən məmnunluğunu ifadə edib. Nazir əmindir ki, Azərbaycan və Qazaxıstan ölkə xalqlarının rifahı üçün birgə səylərini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Mart 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















