Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Tavuş vilayətindəki kompensasiya qərarı: Ermənistan sülh prosesinə başından bəri sabotajla yanaşır

Tavuş vilayətindəki kompensasiya qərarı: Ermənistan sülh prosesinə başından bəri sabotajla yanaşır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sanki sosial məsuliyyət addımı kimi təqdim edilsə də, bu, əslində, Ermənistan hökumətinin xalqı susdurmaq üçün atdığı kosmetik və aldadıcı manevrdir


“Onlar reallığı etiraf etmək əvəzinə, xalqa "əmlakınızı əldən verirsiniz, amma bir az pul verəcəyik" deyərək ictimai narazılığı pulla basdırmağa çalışırlar. Bu isə dövlətçilik deyil, siyasi alverdir”


Ermənistan hökuməti Tavuş vilayətində Azərbaycana qaytarılacaq ərazilərdə daşınmaz əmlaka sahib olmuş şəxslərə pul kompensasiyası ödəmək üçün vəsait ayırıb. Bu barədə erməni mediası Tavuş vilayətindən olan jurnalist Voskan Sərkisyana istinadla məlumat yayıb. Bildirilib ki, mayın 5-də Tavuş qubernatoru Ayk Qalumyan Ermənistan hökumətinin 23 aprel 2025-ci il tarixli 474-N saylı Qərarı ilə ayrılmış vəsait hesabına vətəndaşlara daşınmaz əmlaka görə kompensasiyaların ödənilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul edib: “Qubernator özünü həmin komitənin sədri, Tavuş vilayəti administrasiyasından beş məmuru isə üzv təyin edib. Bəs hökumətin 23 aprel 2025-ci il tarixli 474-N saylı qərarında nə deyilir? Bununla hökumətin “Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasını təmin etmək tədbirləri haqqında” 27 dekabr 2024-cü il tarixli qərarın əlavəsinə əlavə və dəyişikliklər edilib. Həmin qərarın 2-ci bəndi məxfidir. Bunun bir mənası ola bilər: 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib ki, Tavuş vilayətindən Azərbaycana verilən ərazilərin sahiblərinə pul kompensasiyası verilsin”.

Vurğulanıb ki, SSRİ dövründə Azərbaycanın anklavı olmuş, “əvvəllər azərbaycanlılar yaşayan” Sofulu, Bərxudarlı, Yuxarı Əskipara kəndləri qaytarıldıqdan sonra bu kəndlərə yollar çəkiləcək, kompensasiya da o yollara görədir. Sərkisyan sonda son vaxtlar stansiyanın yaxınlığında erməni hərbçilərinin əraziləri minalardan təmizləməsinin və aşkar edilən minaları partlatmasının təsadüfi olmadığını qeyd edib.  

Qeyd edək ki, bu məlumat Tavuş vilayətindəki anklav kəndlər – Sofulu, Bərxudarlı və Yuxarı Əskipara – ilə bağlı proseslərin aktiv fazaya keçdiyini, bu ərazilərin Azərbaycana qaytarılması istiqamətində praktiki addımların atıldığını göstərir. Eyni zamanda bu addım sülh gündəliyi çərçivəsində mümkün razılaşmaların ilkin nəticəsi kimi qiymətləndirilə bilər.


Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a açıqlamasında bildirib ki,  Ermənistanın son qərarına kontekstual yanaşdıqda, bu addımın sülh prosesinə səmimi münasibətdən uzaq olduğunu deməyə əsaslar yaranır: 


“Daha doğrusu, Ermənistanın sülh prosesinə necə ikiüzlü yanaşdığını açıq şəkildə göstərir. Tavuş vilayətindəki kompensasiya qərarı sanki sosial məsuliyyət addımı kimi təqdim edilsə də, bu əslində, Ermənistan hökumətinin xalqı susdurmaq üçün atdığı kosmetik və aldadıcı manevrdir. Onlar reallığı etiraf etmək əvəzinə, xalqa "əmlakınızı əldən verirsiniz, amma bir az pul verəcəyik" deyərək ictimai narazılığı pulla basdırmağa çalışırlar. Bu isə dövlətçilik deyil, siyasi alverdir. Ermənistan sülh prosesinə başından bəri sabotajla yanaşır. Paşinyan hökuməti gah sülhdən danışır, gah da sərhədə hərbi qüvvə yığır, gah razılaşır, gah da parlamentdə “Artsax” ritorikası ilə yenidən revanşist dairələri qızışdırır. Bu ölkə nə beynəlxalq hüquqa, nə də region xalqlarının gələcəyinə hörmət edir. Kompensasiya adı altında həyata keçirilən bu addım da sülhə yox, daxili xaosu idarə etməyə xidmət edir. Ermənistan bir tərəfdən sülh imitasiyası yaradır, digər tərəfdən isə ölkə daxilində millətçi dairələrin tələblərinə görə “qurban” obrazı oynayır”.


Politoloq qeyd edib ki, əgər Ermənistan sülhə həqiqətən sadiq olsaydı, 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi dağıntılar və vəhşiliklər üçün üzr istəyərdi: 

“Amma nəinki üzr istəyib, hələ də özünü “əziyyət çəkən” tərəf kimi göstərməkdən əl çəkmir. Bu, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir və Azərbaycana qarşı ikili standartları stimullaşdırır. Ermənistanın bu addımı sülh müqaviləsinə doğru atılmış səmimi bir addım deyil, əksinə, vaxt qazanmaq, daxildəki təzyiqləri kompensasiya şəklində yumşaltmaq və gələcəkdə revanşist əhvali-ruhiyyəni diri saxlamaq üçün atılan siyasi duman örtüyüdür. Ermənilərin kompensasiya alması, əslində, Ermənistan cəmiyyətində Azərbaycanla sülhə qarşı gizli nifrətin necə dövlət səviyyəsində idarə olunduğunu göstərir: "Əmlakı verməyə razı olun, amma Azərbaycanla barışmayın." Bu yanaşma sülhün təməllərini qoymaq yox, sabitliyi uzatmaq və yeni gərginliklərə zəmin yaratmaq üçün yönəldilib. Ermənistan hökuməti öz xalqına həqiqəti açıq demək əvəzinə, manipulyasiya edir, guya milli maraqları qoruyurmuş kimi davranır, halbuki əslində, həm dövlətçiliyini, həm də regionu uçuruma aparır”.


T.İsmayılov hesab edir ki, Ermənistan sülh istəsəydi,  ərazilərin qaytarılması məsələsini qürurla, açıq siyasi iradə ilə təqdim edərdi. İndi isə sadəcə pul verərək məsuliyyətdən yayınmaq istəyir: 

“Bu isə müvəqqəti çarədir – nə Ermənistan cəmiyyətini sağaldacaq, nə də regionda sabit sülhə gətirib çıxaracaq. Ermənistan yenə də üzərinə düşən məsuliyyətdən qaçır, sülh prosesində isə rol oynamaq istəmir, yalnız tamaşa qurur. Amma bu dəfə tamaşa baş tutmayacaq – Azərbaycan dövləti bu riyakarlığı və saxta “humanistlik” oyununun arxasındakı niyyəti çox yaxşı bilir. Reallıq budur: Ermənistan sülhün qarşısındakı ən böyük maneədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2025 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see194

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri