Musa peyğəmbərin göstərişləri həkk olunmuş lövhə rekord qiymətə satıldı FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Musa peyğəmbərin göstərişlərini ehtiva edən qədim lövhə hərracda 5 milyon dollara satılıb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda "Sotheby's" hərracında üzərində Musa peyğəmbərin 10 əmri ilə əlaqəli yazılar olan unikal mərmər lövhə 5 milyon dollar (8.5 milyon manat) qiymətə satılıb.
Eramızın 300-800-cü illəri arasında yaradıldığı təxmin edilən lövhə 1913-cü ildə İsrailin Yavne şəhəri yaxınlığında arxeoloqlar tərəfindən aşkar edilib. Mətn, qədim yəhudi əlifbası ilə yazılıb və Musa peyğəmbərin əmrlərinin samaritan versiyasını təqdim edir.
Maraqlısı budur ki, lövhədə Allahın adını boş yerə çəkməyi qadağan edən üçüncü ayə yoxdur, amma Qrizim dağının əhəmiyyəti vurğulanıb.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 Dekabr 2024 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















