Musa Qasımlı: Qarabağ zəfəri millətimizin və dövlətimizin tarixində yeni bir səhifə açdı
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 8 dekabr, AZƏRTAC
Bizim minilliklər qədim və zəngin dövlətçilik tairximizdə heç bir zaman belə bir möhtəşəm qələbə olmayıb. Bu möhtəşəm qələbə bizim millətimizin və dövlətimizin tarixində yeni bir səhifə açdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib.
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər şəhid ailələrinə diqqət və qayğı yoxdur.
“Dövlətimiz heç bir yardım olmadan torpaqlarımızı azad etdi. Heç bir xarici yardım olmadan, müharibə başa çatandan dərhal sonra dövlətimiz işğaldan azad edilmiş bütün ərazilərimizdə tikinti-quruculuq işlərinə başladı, keçmiş məcburi köçkünlərimizi geri qaytardı. Dövlət büdcəsi hesabına şəhid ailələrinə mənzillərin verilməsi, maşınlarla təmin olunması, şəhid övladlarının təhsil haqlarının ödənilməsi, müharibə veteranlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi - bunlar nəhəng işlərdir. Bütün bu işlərin içərisində məşğulluq da önəmli yer tutur”, - deyə Musa Qasımlı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 08 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















