Icma.az
close
up
RU
Musa Qurbanlı: Döyüşmək və əzmkarlıqla nəsə alınmır, ustalığımızı da artırmalıyıq MÜSAHİBƏ

Musa Qurbanlı: Döyüşmək və əzmkarlıqla nəsə alınmır, ustalığımızı da artırmalıyıq MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının və "Qarabağ"ın hücumçusu Musa Qurbanlı Sportal.az saytına müsahibə verib.

- Ukrayna ilə matçda mübarizə apardınız, amma sonda məğlubiyyət qeydə alındı. Həmin görüş sizin üçün necə yadda qaldı?

- Bəli, yaxşı mübarizə apardıq. İstəyərdik ki, qələbə, ən azından xal qazanaq. Oyundan qabaq da bunun üçün hazırlaşmışdıq. Ayxan Abbasovun da komanda ilə bu yöndə söhbəti olmuşdu. İnanmışdıq, çalışmışdıq. Vuruşduq da. Oyunun gedişatı da onu göstərirdi ki, bacara bilərik. Lakin belə alındı. Buna görə təəssüflənirik. Xal qazanmaq istəyərdik. Ən azından inanırıq, vuruşuruq. Məncə, bunun özü də müsbətdir. Öz əzmkarlığımıza inanmağa başlamışıq və bu da hardasa faydamıza olacaq, get-gedə daha da inkişaf edərik.

- Fernandu Santuşun gedişindən sonra çox şey dəyişdiyi deyilir. Bəs, dəyişməyən nədir ki, hələ də qələbə qazanmağınıza mane olur…

Fernandu Santuşun gedişindən sonra biz hələ 3 oyun oynamışıq. Birdən-birə qlobal dəyişikliyin olması çətindir. Ümumiyyətlə, qlobal dəyişikliyin olması çətindir. Nə qədər əzmkar olsan, vuruşsan da, öz oyununu tam oturtmaq üçün müəyyən vaxt lazımdır. Ustalığımızı da artırmalıyıq. Döyüşmək və əzmkarlıqla nəsə alınmır, ustalığımızı da artırmalıyıq. Son oyunlardakı bəzi hissələr var idi, rəqibdən üstün olduq, göründü ki, komanda şəklində hücum potensialımız da var. Sadəcə bunun üzərində işləməliyik. Ayxan Abbasov da necə işləmək lazım olduğunu bilir. Biz də ustalığımızı da artırsaq, yəqin ki, qələbələr qazana bilərik.

- Ukrayna millisi ilə oyundan əvvəl keçirilmiş mətbuat konfransında həm Elvin Cəfərquliyev, həm də Ayxan Abbasov qrupdan çıxmaq iddiası haqda danışdı. Həqiqətən buna inanırdınız?

Əlbəttə. Buna görə də sırf onu vurğuladım. Ən azından öz döyüşkənliyimizə, əzmkarlığımıza inanmağa başlamışıq. Nələrsə bacara biləcəyimizə inanırıq. Oyunumuz da bundan tutmağa imkan verir. Bizə lazım olan bu idi. Çünki inanmadan oyuna çıxmağın heç bir faydası yoxdur. Ukrayna ilə matçda qalib gəlsəydik, Fransadan başqa, hamının 4 xalı olacaqdı. Hardasa şansımız olacaqdı. Ayxan Abbasov hətta bu şans üçün döyüşməyə dəydiyinə inandırırdı. Biz də inanırdıq. Bundan sonra da inanmağa davam edəcəyik. Ən azından yaxşı nəticələr üçün çıxacağıq.

- Ayxan Abbasov, futbol ictimaiyyəti, hamı bildirir ki, futbolçularımız xaricə yollanmalıdır, legioner həyatı yaşamalıdır. Səncə, bir ildən sonra 4 yox, millidə legioner həyatı yaşayan 8 futbolçumuz olacaq?

Ümumiyyətlə, oynamaq hər bir futbolçu üçün çox vacibdir. Hər birimiz istəyirik ki, daha çox oynayaq. Çünki nə qədər məşq etsən də, oynamayasan, o effekti almırsan. Ona görə də, hər birimiz ayrı-ayrılıqda ilk növbədə oynamağımız, ikinci növbədə yaxşı səviyyədə oynamağımız bizim üçün çox vacibdir. Biz də istəyirik, buna can atırıq. Hazırda “Qarabağ”ın hansı səviyyədə oynadığını görürsüz. Hansısa futbolçu az oynayır, hansısa futbolçu çox oynayır. Bizim üçün bu dəqiqə əsas olan komandadır, “Qarabağ”ın xeyrini fikirləşməliyik. Millidə oynayan azərbaycanlıların hər biri öz uşaqlarımızdır, nə qədər çox oynasaq, milliyə nə qədər çox fayda verə bilsək, o qədər yaxşıdır. Bizim də niyyətimiz odur ki, daha çox oynayaq, daha yuxarı səviyyəli klublarda, liqalarda çıxış edək. Bu da millimizə xeyir verməyimizə kömək olsun.

- Milli komanda son iki oyunda uduzsa da, sanki sizə olan inam artıb. Növbəti iki görüş İslandiya və Fransaya qarşıdır. Səncə, bu görüşlərdə xal qazanmaq mümkündür?

Əlbəttə. Özümüz də, inanırıq və bunun üçün vuruşacağıq. Nələrisə müsbətə doğru dəyişmişik. Amma indi deyək ki, biz çıxıb qalib gələcəyik... Biz həqiqətən inanırıq. Sadəcə özümüzü itirməməliyik. Eyni qaydada, üzərinə də bir qədər qoyaraq, işimizə davam etməliyik. Belə olacağı təqdirdə, qələbə qazana bilərik.

- “Qarabağ” Avropada bu mövsüm çoxlarını təəcccübləndirib. Çempionlar Liqasında 3-cü turda “Atletik”lə qarşılaşacaqsınız. Bilbao səfərində uğurlu nəticə ola bilər?

İki oyun bundan əvvəl, qrup matçları başlamamışdan qabaq soruşsaydınız, bəlkə də heç birimiz inanmazdıq ki, iki turdan sonra altı xalımız olacaq. Ona inanmağa başlamışıq ki, futbolda hər şey mümkündür. Oyunumuza da bələdik. Gördük ki, bu səviyyədə də öz oyunumuzu göstərə bilirik. Hansı oyun olursa-olsun, qələbə üçün oynayacağıq. Düzdür, rəqiblərimiz yüksək səviyyəlidir, rəqiblərə layiq olduğu dəyəri veririk. Amma özümüzə də, layiq olduğumuz dəyəri verməliyik. “Atletik”lə oyuna hələ var, hazırlaşacağıq. Məşqçilər korpusu analiz edəcək, məlumatlar verəcək. “Atletik” haqda detallı məlumatım yoxdur. Ümumən, necə böyük komanda olduqlarını bilirəm. Bu matçda da baş məşqçi və məşqçilər heyəti lazım olan təlimatları verəcək. Hər şey mümkündür, əlimizdən gələni edəcəyik.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri