Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının XX turunun "İmişli" ilə oyununda "Qarabağ"ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb.
Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Belə ki, 23 yaşlı hücumçu çempionatda 40-cı dəfə fərqlənib. Azərbaycan millisinin üzvü buna 97-ci oyununda nail olub.
Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.
Premyer Liqada iki klubda çıxış edən hücumçu "Qarabağ"da 88 oyunda 39, "Zirə"də doqquz matçda bir dəfə fərqlənib.
Qeyd edək ki, Musa 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels ("Sabah") buna nail olub.
Bizim.Media
Baxış sayı:87
Bu xəbər 16 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















