Icma.az
close
up
RU
Musa Qurbanlının “qırmızı” səhvi…

Musa Qurbanlının “qırmızı” səhvi…

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

26-cı turun “Araz Naxçıvan” – “Qarabağ” (1:3) oyunu futboldan çox qalmaqalla yadda qaldı.

Qarşılaşmanın 80-ci dəqiqəsində tərəflər arasında yaranan gərginlik qarışıqlıq yaratdı. Nəticədə Naxçıvan təmsilçisinin hücumçusu Felipe Santos qırmızı vərəqə aldı.

Epizodun videosuna diqqət yetirəndə asanlıqla müəyyənləşdirmək olur ki, matçın baş hakimi Kamal Umudlu qətiyyətli qərarlar verə bilmir.

İkinci Qarabağ müharibəsində düşmənlə üz-üzə qətiyyətlə dayanmağı bacaran Kamal dünən təəssüf ki, bir emosional futbol epizodu qarşısında hakimlik erudisiyasını itirdi.

Bunu Santosa dərhal “qırmızı” verib, sonra gərginlik epizodunu “araşdırıb” sanksiyalar tətbiq etməklə aşkar büruzə verdi. Kamalın qərəzli mövqe tutduğunu demək olmaz, lakin gördüyümüz epizodda aydın sezilir ki, Santosa da kartı epizod barədə “blits araşdırmanı” bitirəndən sonra göstərə bilərdi. Ciddi metodiki səhvlər…

Ümumiyyətlə, həmin gərginliyin yaranması və böyüməsi də baş hakimin matçın dinamikasına “çatdıra bilməməsindən” doğdu. Yoxsa “Qarabağ”dan gərginliyin “ocağı” olan Benzia və ya xüsusi dəlisov canfəşanlığı nümayiş etdirib qaydaları kobud pozan Musa Qurbanlıya da “qırmızı” göstərmək olardı. Musa barədə bir qədər geniş bəhs etmək lazımdır.

Musa Qurban Qurbanovun oğludur. O, bunun fərqində olmalıydı. Düşünməliydi, bilməliydi ki, atasının rəhbərlik etdiyi komandada oynadığına görə daha çox təmkinli olmalıdır. Daim intizam məsələlərini qabardan və bunun qatı tərəfdarı olan Qurban müəllim Musanın dünənki “performansı” barədə özüylə ciddi danışacaq yəqin.

İsveçin “Yurqorden” klubuna transferi uğursuz alınan gənc oyunçu geri – “Qarabağ”a qayıdanda çox qınanmadı, idman formasında yaranan eniş ona “güzəşt edildi”.

Məsuliyyətli idmançı bunu anlayıb dayanmadan bərpa barədə düşünər/cəhd edərdi…

İdman, xüsusən, futbol emosiyalar oyunudur. Bu anlamda istənilən idmançının gərginliyin “ab-havasına” düşməyini anlamaq olar. Musanı da sözügedən epizodda iştirakçı olmağa görə anlamaq olardı, lakin onun hamıdan çox, xüsusi canfəşanlığı, ən yaxşı halda, yaxşı sözlərə layiq deyil.

Təkrar qeyd etməyə dəyər, atasının rəhbərlik etdiyi komandada oynadığını unutmamalı, hamıdan təmkinli davranmağa çalışmalıydı. Lakin o, dünən yerə-göyə sığmırdı. Axı nə baş vermişdi?
Bəlkə özü aydınlıq gətirsin…

Kamil Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Mart 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri