Müsavat partiyasının başqanlığına keçmiş namizədin ölümü Direktor müaviniinə hökm oxundu
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Bakıda 55 nömrəli məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Elsevər İslamovun 20 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Xatırladaq ki, hadisə ötən il Bakının Xətai rayonundakı 55 saylı məktəbdə qeydə alınıb.
İttihama görə, Natiq Mehdi saat 23:00 radələrində iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.
Elsevər İslamov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245 ci-(qəbir üzərində təhqiredici hərəkət), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunub(Report).
Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















