Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Müşavir: Azərbaycanın ticarət dövriyyəsi son 5 ildə iki dəfə artıb

Müşavir: Azərbaycanın ticarət dövriyyəsi son 5 ildə iki dəfə artıb

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın ticarət dövriyyəsi son beş ildə iki dəfə artıb.

APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunan “IsDB regionlarında regional inteqrasiyanın hərəkətverici qüvvələri” adlı panel müzakirəsində deyib.

“Azərbaycan üçün regional inteqrasiya ilk növbədə iqtisadi məsələdir. Ticarət və investisiyalar bir-birini gücləndirir. Ticarət investisiya axınları üçün imkan yaradır, infrastruktur, logistika və rəqəmsal bağlantılara yatırılan investisiyalar isə ticarətin genişlənməsinə şərait yaradır”, – Hüseynov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Qafqaz regionunda ticarət və investisiyaların artırılması üçün böyük potensial mövcuddur.
“2020–2025-ci illər ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsi iki dəfə artıb. Bunun nəticəsində özəl sektor güclənib, regional iqtisadi əməkdaşlıq genişlənib və inteqrasiyanın iqtisadi artıma gətirib çıxardığı bir daha sübut olunub”, – müşavir vurğulayıb.

Hüseyn Hüseynov qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi ölkənin nəqliyyat və logistika sahəsində mühüm rol oynamasına imkan verir.
“Azərbaycan Asiya, Avropa və Yaxın Şərqin kəsişməsində yerləşir. Xəzər dənizinə çıxışı olan ölkəmiz əsas Avrasiya ticarət marşrutları üzərində yerləşdiyindən böyük tranzit və logistika potensialına malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər hövzəsinin əsas logistika mərkəzlərindən birinə çevrilib və Şərqlə Qərb arasında yükdaşımaların artmasına xidmət edir”, – o bildirib.
Nazir müşaviri Bakı–Tbilisi–Qars dəmir yolunun da region üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.

“Bakı–Tbilisi–Qars dəmir yolu Asiya ilə Avropa arasında birbaşa dəmir yolu bağlantısı yaradır və yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə azaldır. Orta Dəhliz isə bu imkanları bir araya gətirərək Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə və Avropa bazarlarını birləşdirən mühüm marşrut kimi çıxış edir. Azərbaycanın bu dəhlizdə əsas tranzit və logistika mərkəzi kimi rolu getdikcə artır”, – deyə Hüseyn Hüseynov bildirib.

O, enerji sektorunun da Azərbaycanın regional əməkdaşlıqdakı əsas sütunlarından biri olduğunu vurğulayıb.
“Xəzər hövzəsini dünya bazarları ilə birləşdirən neft və qaz kəmərləri uzun illərdir Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinin əsasını təşkil edir. Hazırda isə biz bərpa olunan enerji layihələrini genişləndirir, yaşıl enerji sahəsində sərhədlərarası təşəbbüsləri inkişaf etdiririk. Bu da regional əməkdaşlığa yeni məzmun qazandırır”, – o əlavə edib.

Hüseyn Hüseynovun sözlərinə görə, infrastruktur layihələri ilə yanaşı, gömrük sistemlərinin modernləşdirilməsi, rəqəmsal ticarət platformalarının genişləndirilməsi və sərhəd prosedurlarının sadələşdirilməsi də regional inteqrasiyanın uğuru üçün vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 İyun 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri