Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Müsəlman ölkələri problemləri dialoq yolu ilə həll etməlidirlər POLİTOLOQ DANIŞDI

Müsəlman ölkələri problemləri dialoq yolu ilə həll etməlidirlər POLİTOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Hazırda Səudiyyə Ərəbistanının husilərə qarşı yeni koalisiya formalaşdırması ilə bağlı məlumatlar yayılır. Bu prosesdə Səudiyyə Ərəbistanının əsas rol oynadığı bildirilir. Məlum olduğu kimi, Yəməndə uzun illərdir vətəndaş müharibəsi və silahlı qarşıdurma davam edir".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloqun sözlərinə görə, münaqişədə müxtəlif tərəflər və qüvvələr iştirak edir. Yəmənin rəsmi hakimiyyətini Səudiyyə Ərəbistanı dəstəkləyir:

"Husilər isə İranın dəstəyindən faydalanırlar. Eyni zamanda, Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi müxtəlif silahlı və siyasi qruplar da mövcuddur. Bu baxımdan, Yəməndə olduqca mürəkkəb və müəyyən mənada anarxik vəziyyət yaranıb. Hətta bəzi məqamlarda Yəməndəki vəziyyətin Suriyadakı proseslərdən daha mürəkkəb olduğunu söyləmək mümkündür.

Suriyada vəziyyətin müəyyən qədər sabitləşməyə və vətəndaş müharibəsinin nəticələrinin aradan qaldırılmasına doğru getdiyini müşahidə edirik. Təbii ki, bu, Suriyada bütün problemlərin həll olunduğu anlamına gəlmir. Lakin vətəndaş müharibəsi və silahlı qarşıdurma baxımından vəziyyətin müəyyən qədər yaxşılaşdığını görmək mümkündür. Yəməndə isə təəssüf ki, vətəndaş münaqişəsi hələ də davam edir.

Bu proseslə yanaşı, Səudiyyə Ərəbistanının neft obyektlərinə və enerji infrastrukturuna qarşı müxtəlif hücumlar da həyata keçirilib. Təbii ki, bu hücumların arxasında İranın dayandığı ilə bağlı iddialar və ittihamlar mövcuddur. Bütün bunlar İran–Səudiyyə Ərəbistanı münasibətlərindəki gərginlik, eləcə də ABŞ–İran münasibətlərində mövcud olan qarşıdurma fonunda regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir.

Belə bir şəraitdə region ölkələrinin bir araya gəlməsi və mövcud problemlərin həlli üçün öz aralarında dialoq aparmağa çalışması müsbət haldır. Hesab edirəm ki, müsəlman ölkələri regionda yaranan problemlərin həllinə ilk növbədə özləri töhfə verməyə çalışmalıdırlar. Onlar qarşılıqlı anlaşma yaratmalı, fikir ayrılıqlarını dialoq və diplomatik yollarla aradan qaldırmalıdırlar.

Region ölkələri xarici güclərin maraqlarının həyata keçirildiyi bir məkana çevrilməməlidir. ABŞ, İsrail, Çin və ya Rusiyanın geosiyasi maraqlarının alətinə çevrilmək əvəzinə, müsəlman ölkələri öz milli və regional maraqlarını əsas götürərək əməkdaşlıq etməlidirlər. Təəssüf ki, hazırda bəzi müsəlman ölkələri ABŞ-ın, digərləri isə Çin və Rusiyanın maraqlarına uyğun siyasət yürüdür. Bu isə regiondakı parçalanmanı və qarşıdurmaları daha da dərinləşdirir.

Məhz buna görə də müsəlman ölkələrinin bir araya gələrək mövcud problemləri müzakirə etməsi və qarşılıqlı razılaşmalar əsasında həll yolları axtarması daha məqsədəuyğun olardı. Ümid edirəm ki, keçirilən görüşlər və aparılan danışıqlar müsbət nəticələr verəcək.

Burada Türkiyənin rolunu da xüsusi qeyd etmək lazımdır. Türkiyə Suriyada olduğu kimi, Yəməndə və regionun digər böhranlı nöqtələrində də qanlı vətəndaş müharibələrinin, müsəlman ölkələri arasında qarşıdurmaların və silahlı münaqişələrin dayandırılması istiqamətində fəaliyyət göstərməyə çalışır. Bu istiqamətdə müxtəlif diplomatik təşəbbüslər irəli sürür və addımlar atır.

Husilərə qarşı yaradılması ehtimal olunan koalisiya ilə bağlı yayılan məlumatlarda Türkiyənin də adı çəkilir. Lakin bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini və tərəflər arasında münasibətlərin necə formalaşacağını zaman göstərəcək.

Bizim də müsəlman ölkələri olaraq əsas marağımız ondan ibarət olmalıdır ki, region dövlətləri bir-biri ilə anlaşsın, mövcud fikir ayrılıqlarını sülh və dialoq yolu ilə həll etsinlər. Ümid edirik ki, müsəlman coğrafiyasında sülh, sabitlik və əmin-amanlıq bərqərar olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri