Icma.az
close
up
RU
Müsəlman ölkəsindən Bakını məyus edən davranış: Liderləri erməniləri niyə seçdi?

Müsəlman ölkəsindən Bakını məyus edən davranış: Liderləri erməniləri niyə seçdi?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin son müsahibəsində Fələstin məsələsinə toxunaraq Qarabağ münaqişəsinin ən ağır dövrlərində Azərbaycanın beynəlxalq müstəvidə faktiki olaraq tək buraxıldığını xatırlatması bu mövzunun tarixi kontekstini yenidən gündəmə gətirib. Dövlət başçısının vurğuladığı kimi, 1990-cı illərin əvvəllərində Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə apardığı bir zamanda bir çox ölkələr, o cümlədən Fələstin də açıq şəkildə Bakının yanında yer almayıb.

Məsələnin keçmişinə nəzər saldıqda, Fələstin Azadlıq Təşkilatının (FAT) lideri Yasir Ərəfatın Ermənistanla münasibətləri və Qarabağ məsələsində tutduğu mövqe xüsusi diqqət çəkir. Həmin dövrdə FAT-ın və Ərəfatın Ermənistanla siyasi təmasları, bəzi hallarda isə dolayı əməkdaşlığı barədə müxtəlif mənbələrdə məlumatlar yer alıb.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov bildirib ki, Fələstinin keçmiş lideri Yasir Ərəfatın ermənilərə isti münasibəti yeni fakt deyil:

“Onun, “Biz heç vaxt ermənilərə xəyanət etməyəcəyik” kimi açıqlamaları mövcuddur. Bir çox çıxışlarında, “Fələstin və erməni xalqı eynidir” ifadələrinə yer verib. Bu fikirlər zamanla müxtəlif informasiya mənbələrində yayımlanıb və faktlarla təsdiqlənib.

Yasir Ərəfat bu mövqeyini daha çox Qüdsün erməni məhəlləsinin İsrail tərəfindən ilhaq ediləcəyi ilə bağlı yayılan xəbərlər və iddialar fonunda səsləndirib. O qeyd edib ki, həmin məhəlləni İsrailə verməyəcəklər.

Fələstin beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünə heç vaxt ciddi dəstək göstərməyib. Bu mövqe daha çox Yaxın Şərqdəki erməni icmaları ilə sıx təmaslarla bağlı olub. Halbuki Azərbaycan daim Fələstinin mövqeyini dəstəkləyib. Prezident İlham Əliyev Fələstin məsələsinin həllində iki dövlət prinsipini dəstəklədiyini dəfələrlə bəyan edib. Yəni Azərbaycan heç vaxt bu məsələdə İsraili birmənalı şəkildə dəstəkləməyib”.


Aqşin Kərimov

Analitik bildirib ki, Fələstin əraziləri işğala məruz qalıb, İsrail bu dövlətin hüquqlarını tanımır:

Azərbaycan isə beynəlxalq hüquq və prinsiplər əsasında öz ərazilərini işğaldan azad edib. İşğala məruz qalan bir ölkənin başqa bir ölkənin işğalına səssiz qalması başadüşülən deyil.

Prezident İlham Əliyev müsahibə zamanı təkcə açıq mənbələrdə olan informasiyalara deyil, eyni zamanda ictimaiyyətə məlum olmayan faktlara da istinad edirdi. Aydın görünür ki, Fələstin müxtəlif mərhələlərdə Azərbaycana qarşı sistemli yanaşmalar sərgiləyən subyekt kimi çıxış edib. Prezidentin dedikləri ciddi qəbul edilməlidir. Buna baxmayaraq, Azərbaycan Fələstini dəstəkləyib və bu dəstək hazırda da davam edir. Prezident İlham Əliyev 2018-ci ildə Qüdsün İsrailin paytaxtı kimi tanınmadığını da bəyan edib.

Azərbaycanın Yaxın Şərqdə sülh quruculuğu istiqamətində fəaliyyəti artmaqdadır. Bunu cənab Prezidentin son açıqlamaları da təsdiqləyir. Fələstin bu mövqeyi düzgün dəyərləndirməli, Bakı ilə ortaq hərəkət etməli və Azərbaycana dəstək göstərməlidir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri