Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Müsəlmanlar Avropaya kağız istehsalını necə öyrətdi?.. ARAŞDIRMA

Müsəlmanlar Avropaya kağız istehsalını necə öyrətdi?.. ARAŞDIRMA

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu faktın maraqlı sübutlarından biri İrlandiyanın Dublin şəhərində yerləşən Çester Bitti Kitabxanasında qorunan X əsrə aid dini əlyazmadır...”

“Tarixi mənbələr göstərir ki, kağızın özü eramızın II əsrində Çində ixtira olunub və onun hazırlanma üsulu da ilk dəfə burada təsvir edilib. Lakin...”

Bəşər sivilizasiyasının taleyini dəyişən ixtiralar arasında kağız xüsusi yer tutur. Ancaq bu mühüm kəşfin təkcə kim tərəfindən ixtira edilməsi deyil, onun necə istehsal olunaraq dünyanın müxtəlif bölgələrinə yayılması da tarixşünaslıqda maraqlı müzakirə mövzularından biridir. Tarixi mənbələr göstərir ki, kağızın vətəni Çin olsa da, onun fabrik üsulu ilə istehsalının inkişaf etdirilməsi və Avropaya çatdırılması prosesində ərəb-islam dünyası həlledici rol oynayıb. Məhz bu texnologiya kitabların ucuzlaşmasına, kitabxanaların çoxalmasına, savadlılığın yüksəlməsinə və elmin inkişafına güclü təkan verib. 

Moderator.az bu dəfə dəyərli oxucularını İslam.ru nəşrindəki material əsasında dünya mədəniyyətinin inkişafında mühüm iz qoymuş bu maraqlı tarixi faktlarla tanış edir:

İnsan sivilizasiyasının inkişafına təsir göstərən elə ixtiralar var ki, onların əsl müəllifini müəyyənləşdirmək bu gün də asan deyil. Bəzən isə həmin kəşflərin hansı xalqa məxsus olduğu barədə uzun illər yanlış təsəvvür formalaşır. Belə nümunələrdən biri də kağızın fabrik üsulu ilə istehsalı texnologiyasıdır. Tarixçilərin əksəriyyəti hesab edir ki, bu texnologiyanın geniş tətbiqi və Avropaya yayılması məhz ərəb-islam dünyasının xidmətidir.

Avropaya gələn ilk kağız...

X əsrdə Avropada ilk dəfə kağızdan istifadə olunmağa başlanıldı. O dövrdə bu material o qədər qiymətli idi ki, demək olar, qızıl qədər dəyərli hesab edilir, yalnız zadəganların və varlı təbəqənin istifadəsində olurdu. Avropalılar onu latınca charta damascaena – yəni "Dəməşq vərəqləri" adlandırırdılar. Ərəb xilafətindən gətirilən kitablar isə "Dəməşq kitabları" və ya "Dəməşq svitkləri" kimi tanınırdı.

Kağızın ixtirası Çinə, istehsal texnologiyası isə...

Tarixi mənbələr göstərir ki, kağızın özü eramızın II əsrində Çində ixtira olunub və onun hazırlanma üsulu da ilk dəfə burada təsvir edilib. Lakin bu mühüm yeniliyin Yaxın Şərqə və daha sonra Avropaya çatdırılması ərəb-islam dünyasının adı ilə bağlıdır.

Tarixçilərin bir qismi hesab edir ki, 751-ci ildə Talas çayı sahilində baş vermiş məşhur Talas döyüşündən sonra Abbasilər Çin ustalarından kağız istehsalının sirlərini öyrəniblər. Həmin döyüşdə Abbasi ordusu Tan imperiyasının qüvvələrinə qalib gəlmişdi.

Bununla belə, bu versiyanı təsdiqləyən qəti sənədli sübutlar mövcud deyil. Bir sıra tədqiqatçılar hesab edirlər ki, xilafət alimləri kağızın fabrik üsulu ilə istehsal texnologiyasını müstəqil şəkildə də inkişaf etdirmiş ola bilərlər.

Bağdaddan başlayan istehsal...

Məlum olan odur ki, 794-cü ildə Bağdadda tarixdə ilk iri kağız istehsalı müəssisələrindən biri fəaliyyətə başladı. Ardınca 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə – indiki İspaniyanın cənubunda oxşar istehsal mərkəzləri yaradıldı.

Bununla da Dəməşq kağızının Avropaya ixracı geniş vüsət aldı. Həmin dövrdə Avropada yazı üçün əsasən perqament və papirusdan istifadə edilirdi. Kitablar və əlyazmalar son dərəcə qiymətli olduğundan kilsə kitabxanalarında onları oğurluqdan qorumaq üçün zəncirlərlə masalara bərkidirdilər.

Kağız elmin inkişafına necə təsir göstərdi?..

Kağız istehsalının genişlənməsi islam dünyasında elm və təhsilin sürətli inkişafına mühüm təkan verdi. Kitabların hazırlanması ucuzlaşdı, nəticədə şəxsi kitabxanaların sayı artdı, kitab dükanları və mədrəsələr çoxaldı, savadlılıq səviyyəsi yüksəldi.

Bu faktın maraqlı sübutlarından biri İrlandiyanın Dublin şəhərində yerləşən Çester Bitti Kitabxanasında qorunan X əsrə aid dini əlyazmadır. Əlyazmanın peşəkar katib deyil, sadə Mosul sənətkarı tərəfindən şəxsi istifadəsi üçün köçürüldüyü məlumdur. Bu isə kitabın artıq yalnız hökmdarlar və din xadimləri üçün deyil, adi insanların da əldə edə bildiyi bir sərvətə çevrildiyini göstərir.

Minillik texnologiya bu gün də yaşayır

Kağız istehsalının əsas prinsipləri əsrlər boyu ciddi dəyişmədən qaldı. Yalnız son onilliklərdə istehsal prosesi demək olar ki, tam avtomatlaşdırılıb.

Maraqlıdır ki, bu gün də Özbəkistanın Səmərqənd şəhərində Harun ər-Rəşid dövrünün texnologiyası əsasında əl üsulu ilə kağız hazırlayan emalatxana fəaliyyət göstərir. Burada istehsal olunan kağız turistlər üçün ən maraqlı milli suvenirlərdən biri hesab olunur.

Nəticə

Beləliklə, tarix göstərir ki, kağızın ixtirası qədim Çinə məxsus olsa da, onun fabrik üsulu ilə istehsalının inkişaf etdirilməsi, təkmilləşdirilməsi və Avropaya yayılması prosesində ərəb alimləri və sənətkarları mühüm rol oynayıblar. Məhz bu texnologiya sonradan Avropada kitab çapının, elmin və təhsilin inkişafına zəmin yaradan əsas amillərdən birinə çevrildi.

Tərcümə və təqdim etdi: 

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 İyul 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri