Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Mingəçevirdən Avropaya: Azərbaycanın enerji diplomatiyasında yeni mövqeyi ARAŞDIRMA

Mingəçevirdən Avropaya: Azərbaycanın enerji diplomatiyasında yeni mövqeyi ARAŞDIRMA

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevirdə inşa edilən və regionun ən böyük enerji layihələrindən sayılan "8 Noyabr" Elektrik Stansiyası 2025-ci ilin iyun ayında rəsmi olaraq istifadəyə verilib.

Açılış mərasimində Prezident İlham Əliyev, beynəlxalq tərəfdaş ölkələrin nümayəndələri və layihədə iştirak edən şirkət rəhbərləri iştirak ediblər.

Stansiyanın istismara verilməsi Azərbaycanın daxili enerji tələbatının daha dayanıqlı şəkildə ödənilməsinə, eyni zamanda elektrik enerjisi ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. Layihə həmçinin ölkənin texnoloji modernizasiya və "yaşıl enerji" gündəliyi çərçivəsində atdığı mühüm strateji addımlardan biri kimi qiymətləndirilir.

Yeni stansiyanın üstünlükləri

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu stansiya Azərbaycanın enerji potensialını gücləndirəcək və enerji sisteminin səmərəliliyini artıracaq:

"Beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 %-dən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir".

"8 Noyabr" Elektrik Stansiyası istismarda olan köhnə enerji bloklarının modernizasiyası və yeni turbinlərin əlavə olunması əsasında qurulub. İtaliyanın "Ansaldo Energia" şirkəti tərəfindən təmin olunan dörd ədəd AE94.3A markalı qaz turbinləri burada quraşdırılıb. Bu turbinlər təbii qazla yanaşı, 40 %-ə qədər hidrogenlə qarışıq yanacaq yandırmaq imkanına malikdir ki, bu da stansiyanın ekoloji və texnoloji cəhətdən üstünlüyünü göstərir.

Stansiyanın faydalı iş əmsalı əvvəlki 38,5 %-dən 55,5 %-ə qədər artırılıb ki, bu da enerji səmərəliliyində 17 % artım deməkdir. Bundan əlavə, il ərzində 1 milyard kubmetrə qədər təbii qaz qənaət ediləcək.

Bu qənaət nəticəsində Azərbaycanın ixrac üçün əlçatan təbii qaz həcmi artacaq ki, bu da xüsusilə Avropa ölkələrinin artan enerji tələbatı fonunda ölkənin qaz ixrac potensialını və mövqeyini gücləndirəcək. Beləliklə, "8 Noyabr" stansiyası təkcə enerji təhlükəsizliyinə deyil, həm də iqtisadi və diplomatik dividendlərə töhfə verən çoxistiqamətli layihədir.

Qlobal çağırışlar fonunda Azərbaycanın cavabı

Hazırda bir çox ölkələr, o cümlədən Avropa İttifaqına üzv dövlətlər elektrik enerjisinin fasiləsiz təminatı sahəsində ciddi çağırışlarla üz-üzədir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "energetika hər bir ölkənin milli təhlükəsizlik məsələsidir". Bu gün enerji infrastrukturuna yönəlmiş təhdidlərin yaratdığı risklər və fəsadlar dünyanın müxtəlif bölgələrində, xüsusilə Avropada aydın şəkildə müşahidə olunur.

2025-ci ilin aprelində baş vermiş enerji böhranı bunu bir daha təsdiqlədi. Fransa, İspaniya və Portuqaliya kimi inkişaf etmiş ölkələrdə baş verən genişmiqyaslı elektrik enerjisi kəsintiləri nəticəsində milyonlarla insan işıqsız qaldı. Hadisələr zamanı İspaniyada 7 nəfər, Portuqaliyada isə 1 nəfər həyatını itirdi. Ümumilikdə, bu enerji böhranı adıçəkilən ölkələrin iqtisadiyyatına təqribən 2 milyard ABŞ dolları dəyərində zərər vurdu. Bu faktlar elektrik enerjisi sahəsində təhlükəsizliyin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha gündəmə gətirdi.

Qeyd edək ki, Azərbaycanda da 2018-ci ildə oxşar hadisə baş vermişdi. Mingəçevir İstilik Elektrik Stansiyasında yaranmış texniki nasazlıq nəticəsində ölkənin böyük hissəsində enerji təchizatında fasilələr yaşanmışdı. Məhz bu kimi hadisələrin təkrarlanmaması üçün yeni və daha etibarlı enerji infrastrukturunun qurulması prioritetə çevrilib.

Bu kontekstdə 2025-ci ilin iyun ayında istifadəyə verilən "8 Noyabr" Elektrik Stansiyası ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeni stansiyanın istismara verilməsi ilə Azərbaycan enerji sisteminin dayanıqlığını əhəmiyyətli dərəcədə artırmış olur.

Yeni mərhələyə doğru: rəqəmsallaşma və "yaşıl keçid"

"8 Noyabr" Elektrik Stansiyası yalnız enerji istehsalı baxımından deyil, həm də enerji sektorunda rəqəmsallaşma, səmərəlilik və ekoloji transformasiya baxımından mühüm mərhələni simvolizə edir. Burada tətbiq olunan avtomatlaşdırılmış idarəetmə sistemləri, texniki göstəricilərin real vaxt rejimində izlənməsi və optimallaşdırılması imkanları stansiyanı regionun ən çevik və dayanıqlı enerji mərkəzlərindən birinə çevirir.

Azərbaycanın yaxın gələcəkdə enerji siyasətində əsas prioritetlərindən biri karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinə keçiddir. Prezident İlham Əliyev bu istiqamətdə ölkənin ambisiyalı planlarını vurğulayaraq qeyd edib:

"Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan enerji layihələrində görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6 500 meqavat "yaşıl enerji" verəcək və əgər bu gün bizim ümumi generasiya gücümüz 9 000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq".

Yeni stansiyanın texniki göstəriciləri də bu strateji yanaşmanın göstəricisidir. Belə ki, "8 Noyabr" Elektrik Stansiyası ilə müqayisədə "Azərbaycan" İES-in digər bloklarında 1 kVt/saat elektrik enerjisi üçün sərf olunan şərti yanacaq miqdarı 120 qram daha yüksəkdir. Yeni stansiyada bu göstərici 225 qram təşkil edir. Bu isə il ərzində atmosferə buraxılan karbon qazının miqdarını 2 milyon tonadək azaltmağa imkan verir.

Enerji sahəsində liderliyin rəmzi

"8 Noyabr" Elektrik Stansiyası yalnız texniki göstəriciləri ilə deyil, daşıdığı simvolik məna ilə də xüsusi əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin günü ilə adlandırılan bu stansiya Azərbaycanın həm siyasi, həm də iqtisadi qüdrətinin təcəssümüdür. Bu ad, eyni zamanda, Azərbaycanın müasir enerji strategiyasının milli qürur və iradə ilə vəhdətini ifadə edir.

Stansiyanın istismara verilməsi Azərbaycanın regional enerji qovşağına çevrilməsi yolunda atılmış ən əhəmiyyətli addımlardan biridir. Burada reallaşdırılan texnoloji və ekoloji yeniliklər - qaz-hidrogen qarışığı ilə işləyən turbinlər, yüksək faydalı iş əmsalı və avtomatlaşdırılmış idarəetmə sistemi - ölkənin enerji dayanıqlığını və ixrac potensialını əhəmiyyətli dərəcədə artırır.

Bu stansiyanın istifadəyə verilməsi həm də Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. İxrac imkanlarının genişlənməsi, enerji səmərəliliyinin artırılması və ekoloji dayanıqlılığın təmin olunması ölkəni etibarlı enerji tərəfdaşı kimi bir addım da irəli aparacaq.

Bir sözlə, layihənin uğurla başa çatdırılması Azərbaycanın enerji sektorunda növbəti mərhələ - rəqəmsallaşma və "yaşıl enerji" keçidi üçün güclü baza yaradır. Uzunmüddətli perspektivdə karbon emissiyalarının azaldılması, texnoloji modernləşmə və enerji səmərəliliyi bu sahənin əsas prioritetləri olaraq qalacaq.

"8 Noyabr" Elektrik Stansiyası yalnız Azərbaycanın deyil, bütün regionun enerji xəritəsində yeni bir mərhələnin başlanğıcıdır. Yüksək texniki gücü, çevik infrastrukturu və strateji mövqeyi ilə bu stansiya ölkənin iqtisadi inkişafı və siyasi sabitliyinin mühüm dayaqlarından birinə çevrilir.

Report İnformasiya Agetliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 İyun 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri