Icma.az
close
up
RU
Musiqi Festivalı bu il ölkənin 10 dan çox şəhərində keçiriləcək

Musiqi Festivalı bu il ölkənin 10 dan çox şəhərində keçiriləcək

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildə isə Üzeyir bəyin adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyulub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Ənənəvi musiqi bayramı bu il dahi bəstəkarın 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə böyük musiqi xadiminin yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir. Builki festival unudulmaz bəstəkarın yubileyinə qiymətli töhfə olacaq. Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verəcəyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirəcək.
Sentyabrın 18-də saat 10:00-da Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və musiqi mədəniyyətimizin inkişafına töhfələr vermiş görkəmli incəsənət xadimlərinin məzarları ziyarət olunacaq. Saat 11:00-da Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Saat 12:00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında, açıq havada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında konsert keçiriləcək.
Həmin gün saat 14:00-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində dahi bəstəkarın 140 illiyinə həsr olunmuş ədəbi-bədii proqram təqdim ediləcək.
Axşam saat 19:00-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.
Festivalın tarixində ilk dəfə olaraq musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edəcək. Sentyabrın 18-də Sumqayıt, Mingəçevir, Sabirabad, Şamaxı, Şəki, Biləsuvar, Füzuli, Şəmkir, Gəncə, Lənkəran, Xaçmaz, Göygöldə Üzeyir Hacıbəylinin musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.
Sentyabrın 18-də saat 16:00-da Ağcabədi Muğam Mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xor qrupunun (xormeyster: Naala Barateliya) konserti keçiriləcək.
Saat 19:00-da isə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında bu mədəniyyət ocağı ilə Naxçıvan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında Ü.Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasının tamaşası nümayiş olunacaq.
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində və Milli Musiqi Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində, Avstriyanın Vyana, Almaniyanın Berlin və Türkiyənin Ankara şəhərlərində konsert və təqdimatlar təşkil ediləcək.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see296

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see266

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see178

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see162

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see159

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see151

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri