Icma.az
close
up
RU
Musiqili Teatrda qırğızların balettamaşası alqışlarla qarşılandı Foto

Musiqili Teatrda qırğızların balettamaşası alqışlarla qarşılandı Foto

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

13-14 noyabr tarixlərində Qırğızıstanın incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olublar və “Adəm” adlı balet tamaşasını nümayiş etdiriblər.

Tribunainfo.az xəbər verir ki, aktyor-rejissor Zamirbekov Çaqaldak və balet artisti Alina Mambetalievanın quruluşunda təqdim olunan bu balet-tamaşa Qırğızıstanın “Artist” teatr truppasının təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsidır.

Balet-tamaşanın nümayişindən öncə onun haqqında geniş məlumat verilib və qeyd edilib ki, “Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə gələn bu layihənin əsl mahiyyəti dünya əhalisini planetin ekoloji tarazlığının bərpası naminə birgə mübarizəyə çağırışdır.

Sonra Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Mader Maşiyev səhnəyə dəvət olunublar.

Onlar öz çıxışlarında bu layihənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə məhz Bakıda təqdimatının heç də təsadüf olmadığını bildirib və yaşıl dünya naminə bir yumruq kimi birləşməyin, həmrəyliyin vacibliyini qeyd ediblər.

Təbiətin harmoniyasının bərpası və yaşıl dünyanın qələbəsi ilə bitən “Adəm” tamaşası izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see313

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see235

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see198

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see139

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see122

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri