Icma.az
close
up
RU
Musiqimizin Zəfər təranələri

Musiqimizin Zəfər təranələri

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Vətən müharibəsində Böyük Zəfərimizdən sonra bütün sahələrdə olduğu kimi, musiqi aləmində də aşkar bir vətənpərvərlik ruhu, qəhrəmanlarımızın tarixi hünərini tərənnüm edən nikbin notlar yarandı. İllərcə işğal altında qalmış musiqi beşiyimiz Qarabağın, Şuşanın azadlığına qovuşması bəstəkarlarımızı da hədsiz sevindirib ilhamlandırdı. Tanınmış musiqişünas – dirijor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman Qəniyevlə söhbətimiz də elə bu barədədir.

– Artıq 5-ci ildir ki, Zəfər tariximizin sevinci qəlbimizdən qələmimizə, notlarımıza və ifalarımıza süzülür – deyə o bildirdi. – Elə bir musiqiçi, bəstəkar, müğənni yoxdur ki, bu fərəhi yaşamasın və böyük təblə ifadə etməyə çalışmasın. Qarabağda quruculuq və bərpa işləri, Şuşada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Xarıbülbül” və Üzeyir Hacıbəyli musiqi festivalları, digər layihələr qalib xalqımızın yüksək əhval-ruhiyyəsini aləmə car çəkib. Bütün bu layihələrdə Azərbaycan bəstəkarları və musiqişünasları fəal iştirak ediblər. Hələ döyüşlərin getdiyi 44 gün ərzində sənətçilərimiz mahnı və marşlarla əsgərlərimizi ruhlandırıb, qələbə əzmini artırmağa çalışıblar. Bu misilsiz zəfəri bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, igid oğullarımıza, şəhidlərimizin ruhuna həsr olunmuş dəyərli əsərlər yaradılıb.

Gözün aydın, ey ana Vətən,
Şəhidlərin batmadı qanı.
Zəfər çaldın bu savaşda sən
Qalib adın gəzdi cahanı! –

Xalq şairi Sabir Rüstəmxanlının bu misralarla başlanan şeirinə yazılan, Alim Qasımov, Brilyant Dadaşova, Zamiq Hüseynov, Tünzalə Ağayeva, Samir Cəfərov və “Natiq” ritm qrupunun səsləndirdiyi “Zəfər nəğməsi” kimi nümunələr çoxdur.

– Telman müəllim, ümumiyyətlə, deyə bilərikmi ki, bəstəkarlarımızın əsərlərində mənəvi tərbiyə və vətənpərvərlik notları hər zaman aktual olub?

– Əlbəttə. Bu amil respublikamızda bir çox tarixi, ədəbi-bədii, mədəni, və s. sahələrdə özünəməxsus yer tutur. Musiqi sahəsi də istisna deyil. Belə əsərlərin sırasına müxtəlif xarakterli parlaq nümunələr daxildir. Azərbaycanda vətənpərvərlik mövzusuna hər edilmiş mahnılar və ya musiqi əsərləri dedikdə, ilk növbədə, bu il 140 yaşı tamam olan Üzeyir Hacıbəyli yada düşür. O hələ 1930-cu illərin sonunda özünün məşhur “Koroğlu” operası ilə zəfər qanadlı ciddi əsərlərin təməlini qoyub. Opera 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyət və incəsənət ongünlüyündə göstərilib və 1941-ci ildə bu əsərə görə Üzeyir bəyə o zamanın ən ali dövlət təltiflərindən biri – Stalin mükafatı verilib. Beləcə, “Koroğlu” ilk dəfə tamaşaya qoyulandan bəri uğur bu opera ilə qoşa addımlayır.

Üzeyir bəyin ötən əsrə aid “Milli marş”, “Çırpınırdı Qara dəniz”, “Əsgər marşı”, “Səni gözləyir”, “Çağırış”, “Ananın oğluna nəsihəti”, “Döyüşçülər marşı” və s. mahnıları bu gün də təravətini itirməyib. 40-cı illərdə İkinci Dünya müharibəsinin qurtarması ilə bağlı bəstəkarlardan Qara Qarayev və Cövdət Hacıyevin birlikdə yazdıqları “Vətən” operası iri həcmli səhnə əsəri kimi qələbənin tərənnünü üçün bir örnək idi.

Azərbaycanda 90-cı illərdən başlayaraq məşhur olan mahnılar da diqqət çəkir. İlk növbədə, bəstəkar Emin Sabitoğlunun Əhməd Cavadın sözlərinə yazdığı “Can Azərbaycan!” və Cavanşir Qulivevin “Əsgər marşı”nı misal göstərə bilərik. Ramiz Mirişlinin yazdığı mahnılardan “Əsgər andı”, “Azərbaycan, dünyam mənim”, “Sərhədçilər marşı”, “Əsgər haqqında ballada”, “Vətən harayı” və digərləri də “Gün o gün olsun ki, qurtarsın dava” arzusuna bələnmişdi.

– Şübhəsiz ki, indi artıq Qarabağın işğalının sonu – tarixi Zəfər günləri də böyük ehtişamla qeyd olunur.

– Başqa cür ola da bilməz. Fərhad Bədəlbəyli demişkən, vaxtilə Vasif Adıgözəlov “Laylay Şuşa”nı yazanda, hamımız ağlayırdıq, dərdləşirdik. Nəhayət, Zəfərdən sonra onun “Qarabağ oratoriyası” Cıdır düzündə Dövlət Simfonik Orkestri Dövlət Kopellası ilə ifa edildi. Bu isə düşmənə bir işarə idi ki, ağıllı olun, qurtarın separatçı oyunları. Bildiyim qədərincə, artıq Şuşada Bakı Musiqi Akademiyasının açılması barədə xoş söhbətlər də gedir.

Xatırlayıram ki, hələ 4 il əvvəl Zəfər Günü ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqında böyük hazırlıqlar aparıldı. Şanlı qələbəmizə həsr olunmuş müxtəlif janrlı vətənpərvərlik əsərləri dinlənildi və təntənəli konsertdə səsləndirilmək üçün 18 musiqi seçildi. Bunlar simfonik, eləcə də solistlər, xor və orkestr üçün nəzərdə tutulmuş vokal-instrumental əsərlər idi. Hamısı da bəstəkarların fəal vətəndaşlıq mövqeyini, dövlətimizin, xalqımızın həyatı ilə, mədəniyyəti ilə dərin tellərlə bağlılığını nümayiş etdirdi. Konsert zamanı marş, oda, uvertüra, mahnı, kantata və digər janrlarda bəstələnmiş əsərlər proqramda xüsusi bir ardıcıllıqla Qarabağ zəfərinə doğru aparan yolun mərhələlərini əks etdirirdi. İfaçıların səyi ilə bitkin bir vokal-simfonik kompozisiya tamaşaçılara təqdim olundu, emosional təsirli, dinamik cərəyan edən lirik və coşğun anlar gözümüz qarşısında canlandı.

– Həmin əsərlərdən hansılar daha çox yadda qalıb?

– İlk Zəfər konserti Cəlal Abbasovun “Şanlı Azərbaycan” – xor və simfonik orkestr üçün kompozisiyası ilə başlandı. Sonra səslənən gözəl əsərlərdən Azər Dadaşovun “Zəfər çələngi”, Mobil Babayevin əsgəri marşlar ruhunda “Şanlı Qələbə” simfonik əsəri, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası”, Vüqar Camalzadənin “Qarabağa gedən yol”, Qarabağ qazisi, gənc bəstəkar Vüqar Məmmədzadənin “Dəmir yumruq” mahnısı ordumuzun igidlik dastanı kimi yadda qaldı. Konsertin sonunda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Zəfər marşı” (sözləri müəllifindir) qələbəmizin himni kimi səslənərək, konsertə yekun vurdu.

Düşünürəm ki, xalqımızın, xüsusən, 2-ci “Qarabağa azadlıq!” şüarlı 44 günlük Vətən müharibəsi və ya “Dəmir yumruq” əməliyyatı kimi qəbul ediyi bu mübarizə onun milli-mənəvi dəyərlərinin yüksəlişində əhəmiyyətli rol oynamış, xalqımızın yaddaşında silinməz izlər buraxmışdır. Sadaladığımız amillər gənclərimizin musiqili vətənpərvərlik tərbiyəsində ən ümdə cəhətləri özündə əks etdirir. Buna görədir ki, bəstələnən musiqi əsərləri də öz mövzusu baxımdan diqqət çəkir, yadda qalır.

Hər il belə möhtəşəm konsertlər olur. Zəfər yolçuluğumuza həsr edilən digər əsərlərdən səs və kamera orkestri üçün işlənmiş “Zəfər himni”, “Azərbaycanım”, “Ana torpaq”, “Qələbə üverturası”, “Bu gözəl Vətən bizimdir” və çoxlu sayda digər mahnıları sevilir və oxunur. Bunlardan əlavə, neçə-neçə müğənni də vətənpərvərlik mövzusuna dair mahnılar qoşub oxuyurlar.

İnanıram ki, zaman keçdikcə Zəfər ruhlu musiqi əsərlərinin sayı daha da artacaq, daha böyük musiqi pannoları yaranacaq. Qarabağ zəfəri daha tutarlı simfoniya, oratoriya və operalarda tərənnüm olunacaq.

Söhbəti hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri