Icma.az
close
up
RU
Musiqimizin gözəllik etalonu

Musiqimizin gözəllik etalonu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Natəvan Şeyxova – 80      

Üzündən xoş ifadə və təbəssüm əskik olmayan Xalq artisti Natəvan Şeyxova musiqimizin canlı korifeylərindəndir. Çıxışları, konsertləri hər zaman böyük maraq kəsb edib. Xaricdə Azərbaycanın dörd Mədəniyyət və İncəsənət dekadasında iştirak edib. Hər zaman ətrafında işıqlı aura yaradan sənətkarlardandır.    

Bakı Musiqi Məktəbinin professoru Natəvan Şeyxova orada klassik vokaldan dərs deyir. İstedadlı tələbələri ilə fəxr edir. Onlardan Opera Teatrında, Akademik Musiqili Teatrda, Kapellada işləyənlər var. Bir neçə metodik tövsiyə nəşrlərinin müəllifidir. Kiyevdə keçirilən “Böyük səhnə”, Dağıstanda təşkil olunmuş “Sənin və mənim mahnım” müsabiqələrində, “Eurovision 2012”nin milli seçim turunda münsif heyətində yer alıb. Eləcə də Rusiya mədəni-informasiya mərkəzində Natəvan Seyidzadə-Şeyxovanın möhtəşəm yaradıcılıq axşamı keçirilib. 2015-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.

O, 1945-ci il martın 18-də Bakıda dünyaya göz açıb. Yeniyetmə qızcığaz olan vaxtlarından kinoaktrisalığa həvəslənib, hətta “Onun böyük ürəyi” filmində Lalə roluna çəkilib. Ardınca “Arşın mal alan”ın kastinqlərində  Asya rolu üçün yoxlanılıb, amma nədənsə sınaqdan keçməyib. Beləliklə, onu gələcəyin kino ulduzu kimi itirsək də, əvəzində Azərbaycan mədənyyəti gözəl bir müğənni qazanıb. 

Natəvan xanım deyir ki, evdə, məktəbdə mahnılar oxuyardı. Atası onu Xalq artisti  Rauf Atakişiyevin yanına aparanda 20 yaşında uzun hörükləri olan bir qız idi. Tenor səsli pedaqoq, pianoçu Natəvanın ifalarını dinləyib və  rektor, bəstəkar Cövdət Hacıyevin rəhbərliyi ilə mötəbər komissiyanın qarşısında imtahan verməyi məsləhət görüb. Qəbul imtahanından uğurla çıxan Natəvan konservatoriyanın tələbəsi olub. 

Rauf Hacıyevin rəhbərlik etdiyi estrada orkestrində gələcək həyat yoldaşı, saksofonçu Rafiq Seyidzadə ilə bir-birinə könül veriblər. Elçiliyi  isə əvvəlcə orkestr heyətinin, demək olar ki, yarısı ilə edilib, sonra oğlanın ailəsi xonçalarla Natəvangilin qapısına gələrək, razılıq alıb. Gənclərin toyu ilsə Natəvanın yeniyetməlikdən sevimli ünvanı olan kinostudiyada keçirilib. O gün–bu gün, düz 60 ildir ki, təməli möhkəm bir ailə olublar. Şeirlər yazan, mahnılar bəstələyən   Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə və səhnədə hər zaman göz oxşayan, gözəl səsli Xalq artisti Natəvan Şeyxova.

Yubilyar sənətçi xanım vaxtilə çox populyar olub. Qazandığı hörmət, rəğbət, məhəbbət zərrə qədər də azalmayıb. Çünki o, qulağayatan səs tembri, ürəyəyatan görkəmi və davranışları, səmimiyyəti ilə seçilib. Şövkət Ələkbərova, Sara Qədimova, Gülağa Məmmədov, Rəşid Behbudov, Lütfiyar İmanov, məşhur “Qaya” ansamblı, Oqtay Ağayevilə birgə işləyib. “Sən ürəyimsən”, “Könül nəğməsi”, “Mehribanım”, “Ürəyimi verdim sənə” kimi mahnılarını xanımlar daim zümzümə edirdilər.

Həyat yoldaşı filarmoniyanın direktoru olanda Natəvan xanım həmkarları ilə daha çox ünsiyyət bağlayıb. “Konsert bölməsində kimlərlə işləməmişəm? Şövkət, Sara, Tükəzban, Əbülfət, Rübabə, Lütfiyar, Mirzə, Nəzakət (Məmmədova), tarzən Hacı Məmmədov... O zaman mən, Akif İslamzadə, İlhamə Quliyeva gənc idik. Tez-tez bayram konsertləri keçirilirdi. Zavod və fabriklərdə, rayonlarda əməkçi insanlar qarşısında konsertlər təşkil olunurdu. “Təşviqat qatarı” vardı. Mədəniyyət və incəsənət adamları bu tədbirlərdə iştirak edirdilər. Biz hamımız o səfərlərdə iştirak edirdik. Bir rayonda konsert verdikdən sonra qatarla digər bir rayona gedirdik. Onda yaşlı nəsil bizə çox diqqət və sevgi ilə yanaşırdı. Biz də onlara hörmət edirdik. Nəsillər arasında ünsiyyət vardı”. 

Sevimli sənətçimiz nəsillərin müqayisəsini də özünəməxsus şəkildə aparır: “Biz o zaman geniş auditoriya üçün oxuyurduq. Hər yerə afişalar vurulurdu. Konsertlər böyük anşlaqla keçirdi. Biz Azərbaycanı hər yerdə layiqincə təmsil edirdik. İndi elə bir tendensiya yaranıb ki, institutu qurtarandan sonra şou bizneslə məşğul olmaq istəyirlər. Onlar dərhal çox pul qazanmağı arzulayırlar. Bu, çox pis haldır. Onlar heç bir qastrola getmirlər. Bəzən müğənnilərimiz ABŞ-yə və ya Avropa ölkələrinə səfər edirlər. Ancaq onlar diaspor çərçivəsində konsert verirlər. Sənəti daim ucada tutmalısan ki, özün də ucalasan”.

Bu yaxınlarda bir konsertdə gözəl sənətkar “Dayan, zaman, dayan” deyə səhnədə yenə də performans göstərdi. Arxadakı fonda gənclik illərinin videosu ilə müşayiət olunurdu. Bu gün və dünən, sanki, üz-üzə gəlmişdi. Natəvan xanım isə arada etibarlı bir körpü idi. Ruhoxşayan səsi salonu baha ətri kimi bürüdü. Bir daha əmin olduq ki, özü demişkən, müğənni, ana, həyat yoldaşı kimi xoşbəxtdir. Biz də bu xoşbəxtliyin daha uzun sürməsini arzu edirik!

Ə.ƏLİYEV 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri