Muslera kobud səhv etdi, əvəzləndi, Uruqvay qrupda qaldı
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Uruqvay millisinin qapıçısı Fernando Muslera DÇ-2026-nın H qrupunun son turunda İspaniyaya qarşı keçirilən oyunda (0:1) diqqət mərkəzinə düşüb.
QOL.az xəbər verir ki, təcrübəli qolkiper matçın 42-ci dəqiqəsində kobud səhvə yol verib. İspaniyanın hücumu zamanı Alexandro Baenanın uzaqdan vurduğu zərbəni tutmağa çalışan 40 yaşlı Muslera topu əllərindən buraxıb və qol olub.
Baş məşqçi Marselo Byelsa buraxılan qola əsəbiləşib. O, fasilədə Musleranı əvəzləyib. İkinci hissəyə Serxio Roçet çıxıb.
Qarşılaşma İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da qrup mərhələsində cəmi 2 xal toplayan Uruqvay millisi mundialla vidalaşıb. İspaniya qrup lideri, Kabo-Verde isə ikinci yerin sahibi kimi pley-offa yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 27 İyun 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















