Icma.az
close
up
RU
Müstəmləkəçilikdən qaynaqlanan kəskin mənzil böhranı

Müstəmləkəçilikdən qaynaqlanan kəskin mənzil böhranı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

BTQ-nin beynəlxalq əməkdaşlıq və sosial ədalət müzakirələrinə töhfəsi

Mayın 19-da WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbir təşkil edildi.

Tədbir çərçivəsində konfrans iştirakçıları müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirlərini, urbanizasiya proseslərində yaranan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud çağırışları, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı təsirləri müzakirə ediblər. BTQ-nin icraçı direktoru çıxışı ilə tədbiri açıq elan etdi. Daha sonra BMT-nin Gənclər üzrə Məşvərət Şurasının üzvü Mariam Sayed Mohamed Abdelsalam dedi ki, bu müzakirələr mənim üçün çox önəmlidir: “Misirli olduğum barədə danışarkən ağlınıza 7 min illik müstəmləkəçilik tarixi, torpaqlarımızdan keçən saysız-hesabsız sivilizasiyalar gələ bilər. Onlar bizim ölkəmizdə öz izlərini qoyublar. Misirlilər olaraq biz bu izləri çox vaxt sevdiyimiz hər şeydən məhrum edən, dağıdıcı bir yükdən ümid yaradan bir gücə çevirməyi öyrənmişik, elə bir gücə ki, mövcud narrativi dəyişdirir və təmin edir”.

Daha sonra tədbirə qatılan müxtəlif ölkələrdən olan nümayəndələr qəzetimizlə fikirlərini bölüşdülər.

Qlobal Cənub Gənclər Platformasının Keniyadan olan üzvü Brayan Nqiqi Mutoni XQ-yə eksklüziv açıqlamasında bildirdi ki, Ümumdünya Şəhərsalma Forumunun bu sessiyası artıq çox uğurlu görünür, çünki inklüzivdir: “Burada dünyanın müxtəlif ölkələrindən iştirakçıları görmək mümkündür: “Mən inanıram ki, baş tutan sessiyalar, müzakirələr və baş verəcək bütün proseslər vasitəsilə dünyada ciddi dəyişikliklər baş verəcək. Hətta şəhərsalma və urbanizasiya sahəsində hələ tam inkişaf etməmiş ölkələr də zamanla bu mərhələyə çatacaqlar. Belə tədbirlər bizə qlobal mənzərəni daha aydın görmək və gələcəyi necə formalaşdıra biləcəyimizi düşünmək imkanı yaradır”.

Sent-Vinsent və Qrenadin hökumət başçısının müşaviri Riçard Bayron-Koks XQ-yə bildirdi ki, burada geniş spektrli fəaliyyətlər təşkil olunub və müxtəlif mövzular, şəhərlərdə uşaqlardan tutmuş qlobal gəncliyə qədər əhatə olunur: “Azərbaycan platforma vasitəsilə dünyanın müxtəlif regionlarından gələn insanları bir araya gətirən, dialoq və əməkdaşlığı təşviq edən mühüm körpü rolunu oynayır. Sözügedən qlobal müzakirələr üçün inklüziv və açıq bir məkan yaradır. Burada afrikalılar da, asiyalılar da, mənim kimi Latın Amerikası və Karib hövzəsindən gələn nümayəndələr də iştirak edirlər. Azərbaycanın beynəlxalq platforma rolu bununla öz təsdiqini tapmış olur”.

Beynəlxalq Reparasiyalar Hərəkatının prezidenti Jean-Pierre Jose Martin də bizimlə fikirlərini bölüşərək vurğuladı ki, bu gün söhbət xalqların mənzil təminatından gedir: “Xalqları mənzillə təmin etmək üçün mütləq şəkildə torpağa çıxış olmalıdır. Əgər bir xalq müstəmləkə vəziyyətindədirsə, torpaq ona məxsus olmur. Torpağa sahib olmadan isə mənzil təminatını necə həyata keçirmək olar? Bu, birinci fundamental məsələdir. İkinci məsələ isə ondan ibarətdir ki, insanlara mənzil təmin etməkdən danışıldığı halda, eyni zamanda, onların zəruri ehtiyac duyduğu içməli suya çıxışının olmaması necə izah oluna bilər? Belə olan halda, sosial ədalət və insan hüquqları baxımından ciddi ziddiyyət yaranır. Həmin məsələlər Fransanın son müstəmləkə əraziləri ilə yanaşı, eyni zamanda, bir çox regionlara, o cümlədən şəhərsalma və inkişaf siyasətində ədalət və bərabərlik axtarışında olan ölkələrə məxsus, daha geniş qlobal müzakirənin tərkib hissəsidir. Azərbaycan kimi dövlətlər bu gün davamlı şəhər inkişafı və sosial infrastrukturun ədalətli bölgüsü istiqamətində mühüm təcrübələr formalaşdırır”.

Sonda bir daha qeyd edək ki, müstəmləkəçilikdən qaynaqlanan sosial və iqtisadi bərabərsizliklərin aradan qaldırılması, xüsusilə mənzil təminatı, torpaq hüquqları və əsas resurslara çıxış məsələlərinin həlli qlobal əməkdaşlıq tələb edir. WUF13 kimi beynəlxalq platformalar isə müxtəlif regionlardan olan nümayəndələri bir araya gətirərək inklüziv dialoq və davamlı inkişaf naminə ortaq yanaşmaların formalaşdırılmasına mühüm töhfə verir. Azərbaycanın belə qlobal müzakirələrə ev sahibliyi etməsi ölkənin beynəlxalq əməkdaşlıq və sosial ədalət gündəliyində artan rolunu bir daha nümayiş etdirir.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri