Icma.az
close
up
RU
Müstəntiq haqda Baş Prokurorluğa qərar göndərildi

Müstəntiq haqda Baş Prokurorluğa qərar göndərildi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

10 il Ağdaş rayon bələdiyyəsinin sədri işləmiş Asəf İsmayılov vəzifə cinayətlərində ittiham edilsə də, məhkəmə onun barəsində cinayət işini araşdırmaqdan imtina edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bələdiyyə sədrinə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi - vəzifə səlahiyyətlərini aşma, təkrar rüşvət alma, mənimsəmə və rəsmi sənədləri saxtalaşdırma ittihamları irəli sürülüb. Toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq materiallarında yazır ki, Asəf İsmayılov bələdiyyə sədri işlədiyi dövrdə bir neçə nəfərdən müxtəlif məbləğlərdə rüşvət alıb. Epizodlardan birində qeyd olunur ki, o, vətəndaşdan torpaq sahəsinin sənədləşdirilməsi və ev tikintisinə icazə verilməsi müqabilində 600 manat, digərindən isə 2600 manat rüşvət alıb. Bundan başqa, İsmayılov bələdiyyəyə ayrılmış vəsaitlərin mənimsənilməsində də ittiham olunub.

Təqsirləndirilən şəxs isə ittihamları rədd edib, məhkəmədən cinayət işinə baxılmasından imtina edilməsini xahiş edib.

Müdafiə tərəfinin təqdim etdiyi sənədlərin birinə baxdıqda görünür ki, bu məsələlərə görə A.İsmayılov 2020-ci ildə də prokurorluğa çağırılıb və həmin vaxt kifayət qədər sübut olmadığından cinayət işinin başlanmasından imtina edilib. Beş ildən sonra isə eyni faktlar əsasında yenidən cinayət təqibi başlanıb.

Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi işlə tanış olduqdan sonra təqsirləndirilən şəxsin vəsatətinin əsaslı olduğu qənaətinə gəliblər. Məhkəmə ibtidai istintaqın ciddi qanun pozuntuları ilə aparıldığını müəyyən edib və ittihamların sübut olunmadığını elan edib.

Qərarda qeyd olunub ki, ittihamda təqsirləndirilən şəxsin hansı vəsaitləri necə xərclədiyi, konkret hansı məbləğin mənimsənildiyi və ya israf edildiyi göstərilməyib, vəzifə səlahiyyətlərini aşma və rüşvət alma hallarına dair isə yetərli sübut təqdim edilməyib.

Nəticədə cinayət işinin məhkəmə baxışına qəbul edilməsi mümkünsüz hesab edilib. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılıb. Bundan əlavə, ilkin istintaqı aparan müstəntiq barəsində xüsusi qərar çıxarılaraq Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, 51 yaşlı Asəf İsmayılov Birinci Qarabağ müharibəsi iştirakçısıdır və III dərəcəli əlilliyi var.

Sail Ağasəlim

Fotoda: Asəf İsmayılov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri