Icma.az
close
up
RU
Müstəqil Azərbaycan dövlətinin ideoloji sütunlarından biri: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Müstəqil Azərbaycan dövlətinin ideoloji sütunlarından biri: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir beynəlxalq münasibətlər sistemində milli həmrəylik və diaspor potensialının düzgün istiqamətləndirilməsi dövlətlərin geosiyasi mövqeyini müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Xüsusilə, tarixi səbəblərdən dünyanın müxtəlif regionlarında yaşayan xalqlar üçün milli birliyin qorunması yalnız mədəni məsələ deyil, eyni zamanda siyasi təhlükəsizlik və milli maraqların müdafiəsi mexanizmidir. Bu kontekstdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının tarixi taleyində müstəsna yer tutur. Bu əlamətdar gün dünya azərbaycanlılarının etnik, mədəni və siyasi birliyinin simvolu olmaqla yanaşı, müstəqil Azərbaycan dövlətinin ideoloji sütunlarından birinə çevrilmişdir.

Azərbaycan xalqının tarixi inkişaf mərhələləri göstərir ki, müxtəlif imperiyaların tərkibində yaşamaq, süni sərhədlərlə parçalanmaq və siyasi təzyiqlərlə üzləşmək milli həmrəylik ideyasını daim aktual saxlamışdır. XX əsrin sonlarında Sovet İttifaqının süqutu fonunda baş verən proseslər bu ideyanı real siyasi gündəmə gətirdi.

1989-cu ilin dekabrında Araz çayı boyunca baş verən hadisələr yalnız emosional etiraz aktı deyil, tarixi yaddaşın oyanışı və milli birliyin siyasi ifadəsi idi. Bu proseslərin dövlətçilik müstəvisinə daşınması isə yalnız güclü siyasi liderliyin mövcudluğu şəraitində mümkün ola bilərdi.

Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi məsələsinə yanaşması strateji və sistemli xarakter daşıyırdı. O, bu ideyanı, milli dövlətçiliyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq müstəvidə milli maraqların müdafiəsi kimi fundamental məqsədlərlə əlaqələndirirdi.

1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi tarixi və siyasi baxımdan uzaqgörən qərar idi. Bu addım Azərbaycan xalqının milli ideyasının institusional əsasını formalaşdırdı.

Ümummilli Lider Heydər Əliyevin siyasi irsində ümumazərbaycançılıq anlayışı xüsusi yer tutur. Bu ideologiya aşağıdakı prinsiplərə əsaslanırdı:

Milli kimliyin qorunması və inkişafı;Bütün azərbaycanlıların vahid tarixi-mədəni köklərə bağlılığı;Dövlətlə diaspora arasında qarşılıqlı məsuliyyət və dəstək.

Məhz bu ideoloji çərçivə dünya azərbaycanlılarını yalnız etnik birlik deyil, siyasi subyekt kimi formalaşdırdı.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlıları ilə əlaqələr dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu siyasətin institusional təzahürü idi. Bu mərhələdə əsas məqsədlər aşağıdakılar idi:

Diaspor təşkilatlarının vahid platformada birləşdirilməsi;Milli maraqların koordinasiyalı şəkildə müdafiəsi;Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması.

XXI əsrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin təsir gücü və hibrid müharibə anlayışının meydana çıxması diaspora fəaliyyətinə yeni məzmun qazandırmışdır. Cənab Prezident İlham Əliyev bu reallıqları nəzərə alaraq dünya azərbaycanlılarının həmrəyliyi siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə yenidən qurmuşdur. Cənab Prezidentin bu sahədəki siyasəti aşağıdakı əsas istiqamətləri əhatə edir:

Diasporun vahid informasiya strategiyası;Gənc nəsil diaspor fəallarının yetişdirilməsi;Milli maraqların beynəlxalq hüquq müstəvisində müdafiəsi;Dövlət-diaspor münasibətlərinin çevik mexanizmlərlə tənzimlənməsi.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi dünya azərbaycanlılarının həmrəyliyinin real gücünü nümayiş etdirdi. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, beynəlxalq mediada informasiya kampaniyaları apardı. Anti-Azərbaycan təbliğatına qarşı vahid mövqe ortaya qoydu. Siyasi və ictimai institutlarla əlaqələr quraraq Azərbaycanın haqq səsini çatdırdı. Bu həmrəylik cənab Prezident İlham Əliyevin illər ərzində formalaşdırdığı diaspor strategiyasının nəticəsi idi.

Müasir dövrdə dünya azərbaycanlılarının həmrəyliyi təkcə milli-mənəvi dəyər deyil, geosiyasi təsir vasitəsi kimi çıxış edir. Güclü diaspora, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Milli maraqlara qarşı yönələn kampaniyaların qarşısını alır və dövlətin xarici siyasətini tamamlayır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik düşüncəsinin və qlobal birlik fəlsəfəsinin təntənəsidir. Bu ideyanın banisi Ulu Öndər Heydər Əliyev, onun müasir strateji inkişafını təmin edən isə cənab Prezident İlham Əliyevdir.

Dünya azərbaycanlılarının həmrəyliyi bu gün müstəqil Azərbaycan dövlətinin güc mənbəyi, milli maraqların qlobal miqyasda müdafiəsinin etibarlı dayağıdır.

Nicat İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri