Icma.az
close
up
RU
Müstəqil və suveren dövlətə sahib olmaq Azərbaycan xalqının ən böyük arzusu olub

Müstəqil və suveren dövlətə sahib olmaq Azərbaycan xalqının ən böyük arzusu olub

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan bu sənədə uyğun olaraq təsdiqlənəcək Tədbirlər Planı tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayacaq. Sərəncamda da qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından bəhs edirik. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Azərbaycanın uğurlarına görə kimə borclu olduğumuzu daha aydın şəkildə görür, bunu indiki və gələcək nəsillərə çatdırmağı qarşımıza əsas vəzifə kimi qoyuruq. Reallıq budur ki, Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin mövcudluğu ucbatından böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı. Ölkəmiz müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşadı”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxardı, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmadı, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmadı: “Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik, institusional islahatların əsasını təşkil etdi. Bu sənəd dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquqlarının qorunmasına həsr edilib. Konstitusiyanın qəbulundan ötən dövr ərzində bu ali sənədə üç dəfə əlavə və dəyişikliyin edilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunması və sair kimi mühüm addımlar insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləyir. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də atılan addımların tərkib hissəsidir. Konstitusiyamızda əksini tapan “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə və dəyişikliyə görə insan hüquq və azadlıqlarının qorunması, onların yüksək həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Dövlətimizin siyasətində insan amili əsas yer tutur”.
Malik Həsənov vurğulayıb ki, Konstitusiyamızda Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib: “Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycanın suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermədi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrildi, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldildi. Son 21 il Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə, ərazi bütövlüyünün və suverenliyinin bərpasına qovuşması, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi dövrü kimi xarakterizə edilir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəyə imza atıldı və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Dövlət başçısı İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycan yeni reallıqların müəllifi kimi tanınır. Bu reallıqlar yeni hədəflərin müəyyənləşdirilməsini və onların uğurlu icrasını bir tələbə çevirdi. Bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.
Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qarşıda dayanan yeni hədəflərdən geniş bəhs etdi: “Bildirdi ki, Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədi. Bütün dünya yeni reallıqları qəbul edib. Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaq”.
Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev sözügedən müraciətində ötən ilin mühüm hadisələri sırasında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərindən danışdı. Bu inam bir daha ifadə edildi ki, seçkilərdə göstərilən dəstək ölkə Prezidentini daha da ruhlandırır, gücləndirir. Bundan sonra da bu yüksək etimadı doğruldacaq. Azərbaycan 21 ildir inamla, uğurla inkişaf edir. Bu illər ərzində çətinliklər, sınaq məqamları, müharibələr, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri bizi yolumuzdan döndərə bilmədi. Ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Bizim ayağımıza dolaşmaq istəyənlər növbəti dəfə iflasa uğrayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri