Icma.az
close
up
RU
Müstəqil və suveren ölkənin qətiyyətli lideri belə olur!

Müstəqil və suveren ölkənin qətiyyətli lideri belə olur!

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı təyyarəsinin Aktau şəhəri yaxınlığında qəza enişi etməsi Azərbaycan cəmiyyətində və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.

Artıq təyyarənin Rusiya ordusu tərəfindən hücuma məruz qalması barədə təkzibedilməz faktlar mövcuddur. Hadisə nəticəsində 28 azərbaycanlı olmaqla 38 nəfər həlak olub. Azərbaycan pilotlarının qəhrəmanlığı ilə 29 nəfər həyatda qalıb. Prezident İlham Əliyev bu gün AzTV-yə verdiyi müsahibədə yenidən pilotlarımızın və digər ekipaj üzvlərinin şücaətindən bəhs edib.

Dövlət başçısının rəsmi televiziyaya müsahibəsi bir çox qaranlıq məqamların aydınlığa qovuşmasında müstəsna rol oynayıb. İlham Əliyev hələ də cavabı tapılmayan sualları səsləndirib: Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli olub? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib?

Şübhəsiz ki, sualların hamısı təyyarənin “qara qutu”larının şifrələrinin çözülməsindən sonra ortaya çıxacaq.

İlham Əliyevin həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verdikdən sonra AZAL-ın təyyarəsinin fonunda verdiyi müsahibə yalnız Rusiyanın, onun çirkli əməllər törədən dairələrinin hadisəni ört-basdır etmə planlarını puç etmədi, həmçinin sərhədlərimizin daxilində və xaricində yaşayan “sapı özümüzdən olan balta”ların da iddiaları alt-üst etdi.

Hadisənin ilkin detallarının ortaya çıxmasından sonra bəzi dairələr, xüsusilə daxildəki və xaricdəki söyüş müxalifəti Prezident İlham Əliyevin bu məsələdə Putinin qarşısında geri çəkiləcəyini iddia edirdi. Onlar Azərbaycanın Rusiyadan çəkinəcəyini, hadisənin ört-basdır ediləcəyini yüksək səslə deyirdilər. İndi səsləri kəsilib!

Prezident İlham Əliyev göstərdi ki, o, əsl lider və müstəqil ölkənin başçısı olaraq öz xalqının və dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir.

Prezidentin hadisə ilə bağlı verdiyi müsahibədə Rusiya tərəfinin məsuliyyətini etiraf etməsi, üzr istəməsi və təzminat ödəməsi kimi konkret tələblər irəli sürüldü. Prezidentin fikirləri sadəcə emosional reaksiya deyil, bu, Azərbaycan dövlətinin qətiyyətli və prinsipial mövqeyinin ifadəsi idi. Prezident İlham Əliyev vurğuladı ki, Rusiya tərəfi ilk üç gün ərzində məsələni ört-basdır etməyə çalışaraq cəfəng versiyalar irəli sürüb. Lakin Azərbaycan lideri bu cür cəhdlərin qarşısını qətiyyətlə aldı və məsələnin həqiqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırdı.

Rusiya Azərbaycanın qonşu ölkələrindən biridir, ancaq münasibətlərin yaxşı olması səhvlərin ört-basdır edilməsinə dəlalət etmir. Bu cür hadisələrdə məsuliyyətin etiraf olunması və lazımi addımların atılması münasibətlərin daha sağlam əsasda davam etməsi üçün vacibdir.

Prezident İlham Əliyev bu prinsipial mövqeyi ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan dövlətinin güclü liderə sahib olduğunu nümayiş etdirdi. Rusiya tərəfi artıq üzr istəyib, amma Azərbaycanın qalan tələbləri - təzminatın ödənilməsi və günahkarların cəzalandırılması - hələ də gündəmdədir.

İlham Əliyevin bu hadisədə sərgilədiyi davranış əsl liderlik nümunəsidir. Dövlət başçısı təxribatçı çağırışlara cavab vermədən, emosiyalara qapılmadan, soyuqqanlı və qətiyyətli şəkildə məsələnin həllinə yönəlmiş addımlar atdı. Bir çox ölkə liderlərinin çətinlik çəkdiyi vəziyyətlərdə İlham Əliyev Azərbaycanın müstəqil siyasət yürüdən, öz maraqlarını qətiyyətlə qoruyan bir dövlət olduğunu sübut etdi.

Prezidentin "Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, günahkarları cəzalandırmalı və zərərçəkənlərə təzminat ödəməlidir" sözləri həm beynəlxalq hüququn, həm də ədalətin tələbidir. Bu cür qətiyyətli mövqe İlham Əliyevin xarici siyasət sahəsindəki ustalığını və milli maraqlara sadiqliyini bir daha təsdiqləyir.

İlham Əliyevin bu hadisədə göstərdiyi qətiyyət yalnız Azərbaycan cəmiyyətində deyil, beynəlxalq ictimaiyyət arasında da yüksək qiymətləndirilir. O, bir daha sübut etdi ki, müstəqil dövlətin lideri olmaq yalnız rəsmi titulla deyil, həm də qətiyyət, prinsipiallıq və xalqına olan sədaqətlə mümkündür. 

Söyüş müxalifəti, onların havadarlarının yuxarıda sadalanan iddiları Vətən müharibəsindən sonra da suya düşmüşdü. Onlar deyirdi ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti getməyəcək. Getdilər, özü də vaxtından tez!

İlham Əliyev bu hadisədə də geri çəkilməyəcəyini və xalqının yanında olduğunu nümayiş etdirdi.

Rusiya kimi böyük bir güc qarşısında İlham Əliyevin qətiyyəti və prinsipiallığı Azərbaycanın güclü dövlət olduğunu, onun qürur duyulacaq liderə sahib olduğunu bir daha təsdiqlədi. 

Müstəqil və suveren ölkənin qətiyyətli lideri belə olur!

Modern Araşdırma və Təhlil Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri