Icma.az
close
up
RU
“Qalib, suveren ölkənin gəncləri”

“Qalib, suveren ölkənin gəncləri”

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

18 noyabr 2025-ci il tarixdə YAP Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyasının 33 illiyi münasibətilə “Qalib, suveren ölkənin gəncləri” mövzusunda gənclərlə görüş keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında qeyd etdi ki, müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin davamçılarıdır. Bu siyasətin əsas məqsədi gəncləri Vətənə, dövlətə və milli dəyərlərə sədaqət ruhunda yetişdirməkdir. Müasir müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsası 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsinin dövlətin və cəmiyyətin mühüm vəzifəsi olduğunu bəyan etdi. Məlumdur ki, həmin dövrdə respublikamızda vəziyyət heç də ürəkaçan deyildi. Ölkə iqtisadi tənəzzül yaşayırdı, müstəqilliyimizə daxildən və xaricdən böyük təhdidlər var idi. Bütün bu çətinliklərə baxmayaraq Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Heydər Əliyev gənclərə böyük rəğbətinin və inamının ifadəsi olaraq ilk görüşlərindən birini məhz onlarla keçirdi. Ümummilli Lider ümidlə vurğulayırdı ki, Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır”.

Seyfəddin Əliyev bildirmişdir ki, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına diqqət və qayğını daha da artırıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Qeyd olunub ki, Azərbaycanda gənclər dövlət quruculuğunda fəal iştirak edirlər. Onlar elmdə, təhsildə, idmanda və hərbi sahədə öz sözlərini deyiblər. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri qəhrəmanlıq salnaməsi yazdılar. Bu Zəfər nəsillərin ruhunda əbədi iz qoydu. Gənclik öz məsuliyyətini dərk edərək müstəqil dövlətin qorunmasında ön sıralardadır. Bu gün onların qarşısında böyük bir missiya dayanır: Zəfəri qorumaq və onu daha da möhkəmləndirmək. Dövlətin qayğısı, gənclərin enerjisi və Vətən sevgisi bu missiyanın əsas dayağıdır. Azərbaycan gəncliyi gələcəyin etibarlı təminatıdır.

Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Flora İbadova çıxış edərək qeyd etdi ki, müasir dövrün Azərbaycan gəncliyi milli dövlətçilik ideyalarının daşıyıcısıdır. Onlar Vətən sevgisini, dövlətinə sədaqəti və milli dəyərlərə bağlılığı özündə birləşdirməlidir. Gənclərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin ideoloji xətti mühüm rol oynayıb. Gənclərə göstərilən diqqət, yaradılan imkanlar bu siyasətin davamlılığını təmin edib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti daha sistemli və müasir məzmun alıb.

Tədbirdə gənc fəallardan Rövşən Bəyoğlanzadə, Elxan Rəcəbov, Lətifə Həsənova, Gülyanaq Ağayeva və başqaları çıxış edərək Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri