Icma.az
close
up
RU
Müstəqillikdən WUF13 ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr

Müstəqillikdən WUF13 ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkələri təkcə xəritədə tutduğu yer yox, tarixə çevrilən hadisələri tanıdır. 

Elə hadisələr var ki, sərhədləri aşaraq dünyanın diqqətini bir nöqtəyə yönəldir. Son 35 ildə Azərbaycan da məhz belə məqamları az yaşamayıb. Dünya mediasının manşetlərinə çıxan, milyonlarla insanın izlədiyi və beynəlxalq gündəmdə geniş müzakirə olunan hadisələr Azərbaycanın adını qlobal miqyasda daha da tanıdıb. 

AZXEBER.COM Azərbaycanı dünyaya tanıdan hadisələrin bəzilərini bir araya toplayıb.


Müstəqilliyin bərpa olunması 

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək dünya xəritəsində yenidən suveren subyekt kimi yer aldı. SSRİ-nin çöküşü fonunda baş verən bu addım beynəlxalq siyasi gündəmdə geniş təhlil olundu. Müstəqilliyin ilk illərinin ağır sınaqlarına baxmayaraq, ölkə qısa müddətdə müasir dövlət quruculuğu yolunda möhkəm addımlar atdı.

Xocalı faciəsi 

1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırımı tariximizin ən ağır səhifələrindən biridir. Mülki insanların kütləvi şəkildə qətlə yetirilməsi sonrakı illərdə beynəlxalq müstəvidə geniş müzakirə mövzusuna çevrildi. Dünyanın müxtəlif ölkələrində keçirilən anım mərasimləri və qəbul edilən rəsmi qərarlar bu faciənin qlobal müstəvidə tanınmasını təmin etdi.


"Əsrin müqaviləsi" 

1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi və energetika tarixində yeni era açdı. Dünyanın nəhəng neft şirkətlərinin qatıldığı bu saziş, eləcə də Xəzərdəki neft-qaz infrastrukturunun inkişafı ölkəmizi beynəlxalq enerji bazarının etibarlı tərəfdaşlarından birinə çevirdi.

"Eurovision" mahnı müsabiqəsi 

2011-ci ildə "Eurovision"da qazanılan parlaq qələbə və növbəti il Bakının bu yarışmaya ev sahibliyi etməsi ölkəmizi beynəlxalq mediasının diqqət mərkəzinə gətirdi. Müsabiqəni izləyən yüz milyonlarla tamaşaçı və Bakıdan hazırlanan xüsusi reportajlar Azərbaycanın mədəni potensialını və müasir simasını dünyaya tanıtdı.


Birinci Avropa Oyunları 

2015-ci ildə tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına Bakının ev sahibliyi etməsi ölkəmiz üçün mühüm sınaq və uğur oldu. 50-dən çox ölkədən minlərlə idmançının qatıldığı bu böyük turnir Azərbaycanın iri miqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək imkanını və idman infrastrukturunu göstərdi.


Formula 1 

Azərbaycan Qran-prisi 2016-cı ildən etibarən Bakının Formula 1 təqviminə daxil edilməsi şəhərimizi hər il avtomobil idmanı həvəskarlarının diqqət mərkəzinə gətirir. Tarixi küçələrin fonunda keçirilən dinamik yarışlar Azərbaycanı beynəlxalq idman gündəminin daimi mövzularından birinə çevirib.


UNESCO tədbirləri və mədəni irs 

İçərişəhər, Qobustan, Şəki Xan Sarayı, eləcə də muğam və xalçaçılıq sənətimiz UNESCO-nun Ümumdünya İrsi və Qeyri-Maddi Mədəni İrs siyahılarında yer alır. Ölkəmizdə keçirilən UNESCO tədbirləri zəngin mədəni irsimizin beynəlxalq aləmdə layiqincə qiymətləndirilməsinə xidmət edir.

44 günlük Vətən müharibəsi 

2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi dünya mətbuatının əsas mövzularından biri oldu. Müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər regionda tamamilə yeni hərbi-siyasi və iqtisadi reallıqlar formalaşdırdı.

Qarabağda antiterror tədbirləri 

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Qarabağda keçirilən 24 saatlıq lokal antiterror tədbirləri beynəlxalq ictimaiyyətin diqqətində saxlanıldı. Bu əməliyyat nəticəsində regiondakı qanunsuz hərbi birləşmələrin fəaliyyətinə son qoyuldu və suverenlik bütün ölkə ərazisində tam bərpa olundu.

COP29 İqlim Konfransı 

2024-cü ildə Bakıda keçirilən COP29 İqlim Konfransı Azərbaycanın diplomatik tarixinin ən böyük beynəlxalq tədbirlərindən biri kimi yadda qaldı. Yüzdən çox ölkənin dövlət başçılarını və minlərlə nümayəndəni bir araya gətirən bu sammit ölkəmizin qlobal problemlərin həllindəki rolunu nümayiş etdirdi.


WUF13 (XIII Ümumdünya Şəhərsalma Forumu) 

2026-cı ildə UN-Habitat ilə birgə keçirilən XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Bakının ev sahibliyi etməsi qlobal miqyasda böyük maraq doğurdu. Dünyanın müxtəlif yerlərindən gələn mütəxəssis və dövlət rəsmiləri Azərbaycanın modern şəhərsalma və bərpa təcrübəsini yerindəcə öyrənmək fürsəti əldə etdilər.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Avqust 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri