Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Azərbaycanı dünyada tanıdan DİPLOMATİYA

Azərbaycanı dünyada tanıdan DİPLOMATİYA

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Birinci növbədə bu şərəfli peşənin sahiblərini özəl günləri münasibətilə təbrik edirəm”.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan diplomatiyası ölkəmiz müstəqillik əldə etdiyi gündən etibarən bütün dünyada öz peşəkarlığı ilə tanınır:

“Azərbaycan diplomatiyası ölkəmizin həqiqətlərini və ədalətini siyasətin dili ilə dünyaya çatdırır. Azərbaycan diplomatiyası bölgə və dünya ölkələri ilə balanslaşmış siyasət həyata keçirir. 

Əlbəttə ki, bu siyasətin və diplomatik gedişlərin başında ölkə Prezidenti cənab İlham Əliyevin peşəkar fəaliyyəti və irəlini görmək bacarığı dayanır. Dövlətimizin başçısı atdığı bütün addımlarında birinci növbədə ölkələrarası balansı qoruyur”.

Millət vəkili xatırladıb ki, dünən Azərbaycan diplomatlarının böyük bir tədbiri keçirildi:

“Bütün dünyada bizi təmsil edən bu şərəfli sahənin əməkdaşları dünən Bakıya toplanmışdılar. Onların əməyi Prezident və dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Elə ötən gün bir neçə diplomata yeni rütbələri verilməsi də yenə də bu sahəyə göstərilən böyük bir diqqətin təzahürüdür”.

Deputat vurğulayıb ki, Azərbaycan diplomatiyasının dünyada tanınması və uğur qazanması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:

“Məhz onun hakimiyyətə gəlişi ilə Azərbaycanın bütün dünya ölkələrində səfirlikləri və konsulluqları açılması ənənəsi başlandı.

Üçrəngli bayrağımız Birləşmiş Millətlər Təşkilatı (BMT) və bütün əhəmiyyətli beynəlxalq təşkilatlarda dalğalandı. Beləliklə, Azərbaycan müstəqil ölkə olaraq bütün dünyada tanındı. Əlbəttə ki, bu uğurun arxasında Ümummilli Lider Heydər Əliyevin imzası və onun atdığı balanslı addımlar dayanır”. 

Jalə Əliyeva diqqətə çatdırıb ki, bu gün hər birimiz diplomatiyamızla fəxr edirik:

“Biz 44 günlük Vətən müharibəsində diplomatik cəhətdən də tarixi zəfər əldə etdik. Biz həm müharibə meydanında, həm də diplomatik sahədə uğur qazandıq.

Düşünürük ki, bundan sonra da birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətimiz və diplomatiyamız daha böyük uğurlar əldə edəcək.

Ölkəmizin qarşısında qoyulan hədəflərə daha tez çatmaq üçün diplomatiyamız da əlindən gələni əsirgəməyəcək. Bir daha bu gün münasibəti ilə diplomatlarımızı təbrik edirik və ölkəmizi təmsil etdikləri ölkələrdə onlara uğurlar arzulayırıq”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Diplomatiya diplomatik xidmət orqanlarının peşə bayramı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri