Icma.az
close
up
RU
Azərbaycanı dünyaya tanıdan Qarabağ naxışlarında milli ruh yaşayır

Azərbaycanı dünyaya tanıdan Qarabağ naxışlarında milli ruh yaşayır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Qarabağ xalçaları yenidən doğulur


Azərbaycan xalçaları Haaqada sərgiləndi


Nə evlərimizi, nə də nağıl dünyamızı xalçasız təsəvvür etmək mümkün deyil. Mənzilində heç olmasa bircə dənə xalçası, kilimi, palazı... olmayan azərbaycanlı tapılmaz yəqin. Divarda gözümüzü oxşayan, ruhumuzu isidən, döşəmədə bədənimizə hərarət ötürən xalılar uşaq dünyamızı da bəzəyib. “Uçan xalça”larla haralara “səyahət” etməmişik?!. Amma nağıllardakı “uçan xalça”lar həqiqətən də qanadlı imiş. Dünyanın neçə-neçə ölkəsində Azərbaycan mədəniyyəti, incəsənətinin, milli adət-ənənələrinin ayrılmaz bir hissəsi, Azərbaycan xalqının həm incə, həm də döyüşkən ruhunu, xeyirxahlıq və eyni zamanda əzəmətini əks etdirən xalılarımız bu gün də sərgilənməkdədir. 

Bu günlərdə Niderlandın inzibati mərkəzi olan Haaqa şəhərinin ən görkəmli məkanlarından biri - Haaqa şəhər Meriyasının binasındakı “Atrium City Hall”da “Azərxalça” ASC-nin yeni, “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək” xalça sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi və "Azərxalça" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində Haaqa şəhərinin rəhbərliyi, Niderlandın müxtəlif dövlət qurumları, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, mədəniyyət, incəsənət, elmi-akademik dairələrin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak edib. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə sərginin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunmuş müxtəlif ölkələrdə silsilə tədbirlər çərçivəsində keçirildiyini bildirib. Diplomat Azərbaycanın qədim və zəngin mədəni irsinin bariz nümunələrindən olan xalçaçılıq sənətinin tarixi və ölkəmizdə xalçaçılıq sənətinin inkişafına dövlət tərəfindən göstərilən qayğı barədə məlumat verərək qeyd edib ki, dünyaca məşhur olan Azərbaycan xalçalarının qədimliyini məşhur Avropa rəssamlarının əsərləri də təsdiq edir. Səfir bildirib ki, o cümlədən Niderland rəssamlıq sənətində iz buraxmış Jan van Eyck və Hans Memlinq kimi məşhur isimlər də öz əsərlərində Azərbaycan xalçalarından istifadə etdiklərini qeyd ediblər. Səfir qeyd edib ki, sərginin adından da göründüyü kimi burada məqsəd sənət vasitəsilə Azərbaycan həqiqətlərinin öyrənilməsinə xidmət etmək və bu mədəni tədbirin bir ay ərzində Azərbaycan və Niderland xalqlarının yaxınlaşmasına töhfə verməsini təmin etməkdir. Diplomat Haaqa şəhər Meriyasına bu sərginin təşkilinə yaradılmış şəraitə görə təşəkkür edib. Ardınca çıxış edən Haaqa şəhərinin merinin müavini Nur İkardi meriya binasında Azərbaycanın xalçaçılıq sənətinin nümunələrindən ibarət sərginin keçirilməsindən şəhər rəhbərliyinin məmnunluğunu bildirib, sərginin Azərbaycanın zəngin və qədim mədəni irsini nümayiş etdirdiyini vurğulayıb. N.İkardi Azərbaycan xalçalarının gözəlliyinin uzun əsrlər boyu Avropada, o cümlədən Niderlandda doğurduğu əks-səda, bir sıra məşhur rəssamların və sənətçilərin öz əsərlərində Azərbaycan xalçalarına yer verdikləri barədə danışıb. Meriya binasının Haaqa şəhərinin gündəlik sosial həyatındakı mərkəzi rolunu nəzərə alaraq, sərginin Azərbaycan mədəni irsinin Niderlandda tanıdılmasına böyük töhfə verəcəyi, habelə bu kimi tədbirlərin Haaqa şəhərinin mədəni həyatının daha da zənginləşməsinə xidmət edəcəyi şübhəsizdir. "Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov da tədbirdə çıxış edərək, iki ölkə arasındakı mədəni mübadilədə bugünkü tədbirin vacibliyini qeyd edib. 100 illik “Azərxalça” ASC tarixindən söz açan sədr bildirib ki, qurumun tarixi boyunca ən böyük məqsədi Azərbaycan xalçaçılıq sənətinin inkişafı, təbliğat və təşviqatı olub. Bu məqsədlə təşkil olunmuş və 2-4 may tarixlərində Bakıda baş tutan, dünyaya səs salan Beynəlxalq Xalça Festivalı barədə tədbir iştirakçılarına məlumat verilib, sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalardan söz açılıb. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC-nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan söz açıb. Çıxışının sonunda E.Məmmədov sərgidən Haaqa şəhər Meriyasına xatirə olaraq, şəhər Meriyasının Təhsil və mədəniyyət işləri üzrə Baş Direktoru Korrie Louvesə Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabını təqdim edib. Çıxışlardan sonra iştirakçılara sərgidə nümayiş olunan eksponatlarla bağlı məlumat verilib, habelə “Xarıbülbül” rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri - “Naz eləmə”, “Mirzəyi” və “Uzun dərə” təqdim olunub. Habelə sərginin açılış mərasimi çərçivəsində təşkil olunmuş mühazirə və ustad dərsində Azərbaycan xalçalarının simvolizmi və tarixi barədə danışılıb, iştirakçılar ənənəvi düyün texnikası ilə tanış olub və xalça naxışlarının toxunması prosesini praktiki şəkildə sınaqdan keçiriblər. Bu təcrübəni əldə etmiş iştirakçılara xatirə olaraq sertifikatlar təqdim edilib. 

20 iyun tarixinədək davam edəcək sərgidə Azərbaycan xalça sənətinin müxtəlif dövrlərinə aid seçilmiş nadir 20 sayda xalça nümunələri nümayiş olunacaq. Sərginin məqsədi Azərbaycan xalçaçılıq sənətini yalnız estetik dəyərə malik bəzək elementi kimi deyil, eyni zamanda tarixi yaddaşı qoruyan, nəsilləri birləşdirən və milli kimliyi təcəssüm etdirən canlı mədəni fenomen kimi təqdim etməkdir. Ziyarətçilərin xüsusi marağına səbəb olan eksponatlar sırasında Qarabağ xalça məktəbinin Qasımuşağı və Çələbi kompozisiyalarının müasir interpretasiyaları, rəssam Samirə Allahverdiyevanın əsərlərindən ilhamlanaraq hazırlanmış “Bağda Meyvələr” adlı 3D teksturalı xalçalar, eləcə də 2024-cü ildə "Architectural Digest" jurnalının “Dünyanın Ən Yaxşı 100 Dizayneri” siyahısına daxil edilmiş alman dizayner Jan Kathın eksklüziv xalçaları yer alır. Sərginin keçirildiyi Haaqa Meriyasının binasındakı “Atrium City Hall” gün ərzində təxminən 4 min ziyarətçi qəbul edir ki, bu da bir ay ərzində Azərbaycan xalçalarının geniş auditoriyaya təqdim edilməsinə imkan yaradacaq.


Azərbaycan xalçaçılıq sənətinin dünyada tayı-bərabəri olmadığını deyən Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru, tarix üzrə fəlsəfə doktoru Həvva Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevrilmiş bir sənətdir: 

seeBaxış sayı:67
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri