Icma.az
close
up
RU
Müstəqilliyimiz əbədidir: Gənclər Azərbaycanın gələcəyidir

Müstəqilliyimiz əbədidir: Gənclər Azərbaycanın gələcəyidir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 4-cü kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1994-cü il avqustun 11-dən oktyabrın 3-dək olan dövrü əhatə edir. Kitaba Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibləri, məktubları daxil edilib. Nəşrdəki materiallarda Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, demokratik yeniləşmə, iqtisadi islahatların aparılması, respublikamızın ərazi bütövlüyünün təmin olunması, daxili və xarici siyasətin başlıca istiqamətləri əksini tapıb. Həmin dövrdə Azərbaycanın iqtisadiyyatı keçid mərhələsini yaşayırdı, bu sahədə mövcud imkanlardan lazımınca istifadə edilmədiyi üçün irəliləyiş müşahidə olunmurdu. 1994-cü il avqustun 11-də respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş geniş müşavirədə nitq söyləyən Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə yaxşı nəticələrə nail olmağın mümkünlüyünü bildirərək deyib: “Azərbaycan Respublikasının iqtisadi potensialı, təbii sərvətləri, sənaye potensialı, infrastrukturu və digər imkanları çox zəngin, çox güclü, çox yüksək səviyyədədir. Əgər biz bütün bunlardan səmərəli istifadə etsək, yaxşı nəticələrə nail olarıq. Bu, bizim strateji yolumuzdur. Biz bu yolla getməliyik. Amma biz hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışaraq respublikamızın iqtisadiyyatını inkişaf etdirməli və eyni zamanda, adamları işlə təmin etməliyik, bunun nəticəsində maliyyə vəziyyətimizi yaxşılaşdırmalıyıq, vətəndaşlarımızın tələblərini, heç olmasa minimum tələblərini ödəməliyik və Azərbaycanı tədricən böhran vəziyyətindən çıxarmalıyıq”.

Ulu Öndər Heydər Əliyev xalqımızın dini dəyərlərini yüksək qiymətləndirirdi. 1994-cü il avqustun 26-da Mövlud bayramı münasibətilə Bakıda Təzəpir məscidindəki mərasimdə çıxış edən Ümummilli Lider deyib: “İslam dini əsrlərboyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Qurani-Kərimin kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Biz bu yolla gedirik və bundan sonra da gedəcəyik”.

Ümummilli Lider Heydər Əliyevin çıxışları o dövrdə Azərbaycanın vəziyyəti haqqında dolğun təsəvvür yaradır: “Azərbaycan müharibə şəraitindədir. Müharibəni Azərbaycan başlamamışdır. Azərbaycanın torpaqlarına, onun suverenliyinə, ərazi bütövlüyünə Ermənistan təcavüz etmişdir. Beləliklə də Azərbaycan müharibəyə cəlb olunmuşdur. Təəssüflər olsun ki, 6 il davam edən müharibədə, müəyyən obyektiv və subyektiv səbəblərə görə, torpaqlarımızın bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşmüşdür. Şübhəsiz ki, bu, Azərbaycanın sosial-iqtisadi vəziyyətinə ağır zərbə vurur. Ona görə də sənayemizdə görüləcək işlərin bir çoxunu vaxtında həyata keçirmək mümkün olmur, yaxud da sənaye istehsalında əldə edilən vəsaitin bir hissəsi onun inkişafına deyil, respublikanın müdafiəsinə yönəldilir. Bu da təbiidir. Biz Azərbaycanın müstəqilliyini, torpaqlarımızı qorumalı, respublikamızın ərazi bütövlüyünə nail olmalıyıq. Ona görə də müharibənin əzab-əziyyətinə dözməliyik”.

Müasir müstəqil Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər, gənclərlə, o cümlədən ali məktəblərə qəbul olmuş birinci kurs tələbələri ilə görüşür, onlara tövsiyələrini verirdi. Ulu Öndər çıxışlarında gənc nəslin Azərbaycanın gələcəyi olmasını vurğulayaraq deyirdi: “Gənc nəsil gəlir. Bu, Azərbaycanın gələcəyidir. Ali məktəblərə daxil olan gənclər Azərbaycanın elmini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-sosial həyatını inkişaf etdirəcək yeni nəslin bir dəstəsidir. Bu gənclərin qeydinə qalmaq, onlara qayğıkeş münasibət göstərmək, başlıcası isə yaxşı təhsil vermək, ali məktəblərdə mənəvi mühiti möhkəmləndirmək, gənclərimizi gələcəkdə müstəqil həyatda sərbəst və layiqincə çalışmağa hazırlamaq – bunlar ali məktəblərin professor və müəllim heyətinin, bütün ali məktəb işçilərinin müqəddəs vəzifəsidir”.

Oxucu bütün bu çıxışların mətnləri ilə çoxcildliyin 4-cü kitabında tanış ola bilər.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri