Icma.az
close
up
RU
Müstəqilliyin Bərpası Günü 225 nömrəli məktəbdə geniş qeyd edilib

Müstəqilliyin Bərpası Günü 225 nömrəli məktəbdə geniş qeyd edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 oktyabr, AZƏRTAC

18 Oktyabr – Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazılmış, milli dövlətçilik ənənələrimizin və azadlıq iradəmizin təntənəsini əks etdirən Müstəqilliyin Bərpası Günüdür. Bu əlamətdar tarix xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, milli birliyinin və müstəqil dövlət qurmaq əzminin parlaq təcəssümüdür.

AZƏRTAC xəbər verir ki bu əlamətdar gün T.Abbasovun adını daşıyan 225 nömrəli tam orta məktəbdə də böyük sevinc, qürur və iftixar hissi ilə qeyd olunub. Məktəbdə təşkil edilən tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın müstəqillik tarixini dərindən aşılamaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, vətənpərvərlik ruhunu yüksəltmək və dövlət müstəqilliyimizin əhəmiyyətini bir daha diqqətə çatdırmaq olub.

Tədbirdə məktəbin direktor əvəzi Aytən Qibləliyeva, direktor müavini Z. Nusalova, UBRT-nin rəhbəri Gülnarə Hüseynova, kitabxana müdiri Tahirə Zamanova, kitabxanaçı Nigar Sarıbəlayeva və məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar Azərbaycanın müstəqillik tarixindən, xalqımızın azadlıq uğrunda apardığı mübarizədən, milli birlik və həmrəyliyin əhəmiyyətindən söz açıblar. Çıxışlarda müstəqilliyin qorunmasının, dövlətçilik ənənələrinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.

Şagirdlər milli-mənəvi dəyərlərimizi, Vətənə məhəbbəti, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini və azadlıq duyğularını əks etdirən bədii çıxışlar təqdim edib, vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Onların ifasında səslənən şeirlər və səmimi fikirlər doğma yurda sevgi, milli kimliyə bağlılıq və müstəqil Azərbaycanın gələcəyinə inam hisslərini ifadə edib.

Tədbirin diqqətçəkən məqamlarından biri də “Kiçik Akademiya” üzvlərinin hazırladıqları rəsm əsərlərinin nümayişi olub. Şagirdlərin yaradıcılıq nümunələrində Azərbaycanın üçrəngli bayrağı, doğma Vətənimizin gözəllikləri, milli-mənəvi dəyərlərimiz və müstəqilliyimizin rəmzləri öz əksini tapıb. Bu əsərlər gənc nəslin Vətənə olan sevgisini, milli tariximizə marağını və yaradıcı düşüncəsini nümayiş etdirib.

Belə tədbirlər şagirdlərin yalnız bilik və bacarıqlarının inkişafına deyil, həm də onların şəxsiyyət kimi formalaşmasına, milli ruhda tərbiyə olunmasına və vətəndaşlıq məsuliyyətinin güclənməsinə mühüm töhfə verir. Müstəqillik tariximizin məktəblilərə bu cür yaradıcı və mənəvi məzmunlu tədbirlər vasitəsilə çatdırılması gənc nəslin öz köklərinə bağlı, tarixini bilən və dövlətinə sadiq vətəndaşlar kimi yetişməsində xüsusi əhəmiyyət daşıyır.

T.Abbasov adına 225 nömrəli tam orta məktəbin kollektivinin təşkilatçılığı ilə keçirilən bu tədbir bir daha göstərib ki, milli müstəqilliyimiz hər bir azərbaycanlının qürur mənbəyi, milli birliyimiz isə gələcəyimizin möhkəm təməlidir.

Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, üçrəngli bayrağımız daim yüksəklərdə olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri