Icma.az
close
up
RU
Müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi... Millət vəkili yazır

Müstəqilliyin dönməzliyini təmin edən Zəfər salnaməsi... Millət vəkili yazır

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, həmin dövrdə xalqımız siyasi böhran, iqtisadi çətinliklər və Ermənistanın təcavüzü ilə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı, siyasi qarşıdurmalar və xaos dərinləşərək mövcud sistemi iflic vəziyyətinə salmışdı. 1993-cü ilin iyununda vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın dövlətçiliyini təhdid edirdi. Çətin bir şəraitdə xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi.

15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik ənənələrinin bərpası, siyasi sabitliyin təmin edilməsi və müstəqil gələcəyə doğru ilk addım kimi dəyərləndirilir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz qeyri-sabitlik və parçalanmaq təhlükəsindən xilas olmuş, inkişaf dövrünə qədəm qoymuşdur.

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin təbii sərvətlərindən səmərəli istifadəni təmin etmək və iqtisadiyyatı canlandırmaq məqsədilə milli neft strategiyasının hazırlanmasına başlandı. Bu strategiyanın əsas hədəfi ölkənin neft və qaz ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadəni təmin etmək idi. Dövlətimizin milli neft strategiyasının əsasını xarici sərmayənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması, ölkənin zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsindən əldə olunan gəlirlərin effektiv, şəffaf idarə edilməsi təşkil edirdi. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji resurslarının beynəlxalq bazarda istifadəsini təmin edərək ölkəmizə investisiya gətirdi. Məhz neft strategiyasında nəzərdə tutulmuş əsas hədəflərə çatmaq naminə Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis olunması vaxtında və uzaqgörənliklə atılmış addım idi.

Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin sayəsində ölkəmizdə bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılmış, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılmışdır. “Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” deyən Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində vahid komandanlıq yaradıldı, şanlı ordumuz müasir silahlarla təchiz edildi. Bu uğurlar gələcəkdə tarixi zəfərlərin əldə olunmasına yol açdı.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Heydər Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi strateji layihələr həyata keçirildi. Bu faktorlar Azərbaycanı enerji təhlükəsizliyinin regional mərkəzinə çevirərək iqtisadiyyatın güclənməsində mühüm rol oynadı. Enerji və nəqliyyat layihələri vasitəsilə ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiya olunması Azərbaycanın müstəqil və nüfuzlu dövlət kimi tanınmasına töhfə verdi.

Beləliklə, Heydər Əliyevin əsasını qoyduğu təməllər sayəsində Azərbaycan müstəqil, güclü və müasir dövlətə çevrildi. Onun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 il ərzində işğal altında olan torpaqlarını azad etdi. Bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi bərqərar olundu.

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi müasir dövrün çağırışlarına cavab verən strateji sənəddir. Bu Bəyannamə regional təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ortaq maraqlara əsaslanan strateji müttəfiqliyin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. Sənədin məhz Şuşada – ölkəmizin tarixi, mədəni və simvolik əhəmiyyətə malik şəhərində imzalanması ona xüsusi rəmzi dəyər qazandırmaqla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqların hüquqi təsdiqi, regionda yaranan güc balansında qardaş ölkələrin birgə mövqeyinin nümayişi və gələcək strateji hədəflərə aparan yol xəritəsi kimi dəyərləndirilir.

Bəyannamə çərçivəsində müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsi nəticəsində müdafiə sənayesi, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq daha da dərinləşib. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıraraq Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə söz və nüfuz sahibi kimi mövqelərinin daha da güclənməsini təmin edir.  Bu Bəyannamənin tarixi əhəmiyyətinin qeyd olunması və sözügedən sənədin siyasi, hüquqi, iqtisadi aspektlərinin dərindən təhlil olunması məqsədilə hər il iyunun 15-də Şuşada beynəlxalq səviyyəli tədbirlər təşkil olunur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə müxtəlif mövzularda keçirilən konfranslar Şuşa Bəyannaməsinin davamlı aktuallığını, inteqrasiya və strateji tərəfdaşlıq baxımından verdiyi töhfələrin daim diqqət mərkəzində olduğunu göstərir.

Əldə olunan bütün uğurlar məhz 1993-cü il iyunun 15-də – Milli Qurtuluş Günündə başlanmış uzaqgörən, məqsədyönlü və milli maraqlara əsaslanan siyasi kursun məntiqi nəticəsidir. Həmin gün təkcə dövlətçiliyin fəlakətdən xilas edildiyi bir tarix deyil, eyni zamanda, ölkəmizin sabitlik, sosial-iqtisadi dirçəliş, beynəlxalq nüfuzun möhkəmlənməsi və müstəqilliyin dönməzliyini təmin edən yeni və parlaq bir inkişaf mərhələsinin başlanğıcı kimi milli yaddaşımıza həkk olunmuşdur.

Asif Əsgərov

Milli Məclisin deputatı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see135

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see125

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see125

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see123

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see122

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri