Icma.az
close
up
RU
Müstəqilliyin elanından qalib dövlətçiliyə Azərbaycan dövlət müstəqilliyinin elan olunmasının 107 ci ildönümünü qalib dövlət kimi qeyd edir

Müstəqilliyin elanından qalib dövlətçiliyə Azərbaycan dövlət müstəqilliyinin elan olunmasının 107 ci ildönümünü qalib dövlət kimi qeyd edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 may, AZƏRTAC

1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdi. Bununla da, Azərbaycan Şərqdə ilk demokratik respublika kimi tarixə adı yazılan dövlət oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Cümhuriyyətin 100 illik yubileyi haqqında Sərəncamlar imzaladı. Bu Sərəncamlar, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının xalqımızın həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmasının ifadəsi idi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin 107-ci ili ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş şəkildə qeyd edilir, ölkəmiz XXI əsrin qalib dövləti kimi tarixə düşüb. Bununla, dövlətimizin başçısı bütün azərbaycanlılar kimi, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan edən dövlət qurucularının da arzularını reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin “28 may 1918-ci ildə müstəqilliyin elanından qalib dövlətçiliyə” mövzusunda məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, 1918-ci il mayın 27-də Zaqafqaziya Seymindəki Azərbaycan fraksiyası iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlib. İclasda Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan edib. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə müavinləri seçiliblər. 1918-ci il mayın 28-də Tiflisdə Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirilib. Məmməd Əmin Rəsulzadə Batumda Osmanlı dövləti ilə danışıqlar aparması səbəbi ilə iclasda iştirak edə bilmədiyi üçün onun yerinə iclasa sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Milli Şura 24 nəfər lehinə, 2 nəfər isə bitərəf qalmaqla, 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi haqda İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycanın müstəqilliyini rəsmi olaraq elan edib. Azərbaycan Milli Şurası tərəfindən həmin iclasda, eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə AXС-nin birinci hökuməti qurulub.

Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncə şəhərinə köçüb. Gəncə AXC-nin müvəqqəti paytaxtı elan edilib. İyunun 17-də axşam Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyində ikinci hökumət qurulub. İyunun 19-da hökumət Azərbaycandakı gərginliyi nəzərə alaraq ölkədə hərbi vəziyyət elan edib.

“Bakıda möhkəmlənən Stepan Şaumyan rəhbərliyindəki Bakı Soveti hökuməti iyunun 10-da yeni qurulan AXC-ni devirmək üçün Gəncə istiqamətinə ordu göndərdi. Əsas hissəsi ermənilərdən təşkil edilən həmin ordu keçdiyi hər yerdə Azərbaycan əhalisinə divan tutur, soyğun, qarət və qətl hadisələri törədirdi. Bakı Soveti ordusu iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya tərəf irəlləməyə çalışarkən, Qafqaz İslam Ordusunun hücumuna məruz qalmışdı. İki həftə davam edən qanlı döyüşdə Bakı Soveti ordusu məğlub edilmiş və çox ağır itki verərək müqavimət gücünü itirmişdir. Bu müharibənin dönüş nöqtəsi idi. Bakı istiqamətində aparılan istiqlal müharibəsi ilə iyunun 20-də strateji bölgə olan Şamaxı azad edildi. Bir-birinin ardınca baş verən məğlubiyyətlər Bakı Soveti hökumətinin sonu oldu. Şaumyan rəhbərliyindəki 33 Bakı Soveti istefa verdi. Onun yerinə 1918-ci il avqustun 1-də Bakıda ingilislərin köməyi ilə daşnak, eser, menşeviklərdən ibarət daha qəddar “Sentrokaspi” diktatura hökuməti quruldu. Bütün bunlar Qafqaz İslam Ordusunun qələbə irəlləyişinə mane ola bilmədi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu həlledici hücumla Bakını azad etdi. Bu, Cümhuriyyətin quruluşundan sonra yaşanan ikinci tarixi hadisə idi. Sentyabrın 16-da şəhərdə Bakının qurtulşuna həsr edilən hərbi parad keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü və Bakı AXC-nin yeni paytaxtı elan edildi. Qafqaz İslam Ordusunun köməyi ilə Azərbaycan hökuməti bölgələrdə də öz hakimiyyətini qura bildi. AXC qurulduğu qısa müddət ərzində Türkiyə, Gürcüstan, Ermənistan, İran, Ukrayna, Litva, Polşa, Hollandiya, ABŞ, Belçika, İtaliya, Yunanıstan, Fransa, İngiltərə, Danimarka, İsveçrə, Finlandiya və başqa dövlətlərlə diplomatik münasibətlər qurmuş, səfirlik, baş konsulluq, konsulluq səviyyələrində əlaqələr yaratmışdır”, - deyə məqalədə vurğulanır.

Müstəqillik dövründə Azərbaycanda həyata keçirilən işlərə geniş nəzər salınan məqalədə daha sonra bildirilir:”1920-ci ilin aprelində Denikin qoşunlarını məğlub edən XI Qırmızı Ordu hissələri Azərbaycan sərhədlərinə çıxdılar. 1920-ci il aprelin 15-də Fətəli xan Xoyskinin Çiçerinə göndərdiyi notada göstərilirdi: “Hazırda Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmləşməsi müşahidə edilir. Azərbaycan hökuməti sovet hökumətinin məqsədlərindən xəbərsiz olduğu üçün xahiş edir ki, ordunun göstərilən rayonda toplanmasının səbəbləri və məqsədi barədə məlumat verəsiniz”. Lakin Çiçerin Azərbaycan hökumətinin notasını cavabsız qoydu. Bu da onunla izah edilirdi ki, Azərbaycana qarşı hərbi müdaxilə qərarı verilmiş və hərəkətə keçilmişdi. Bakıdakı Kommunist Partiyasının erməni rəhbəri Anastas İvanoviç Mikoyanın başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI Qırmızı Ordunu Azərbaycana dəvət etmişdi. XI Qırmızı Ordunun komandanlığı ilə razılaşdırılmış plana görə rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi. Bu da dünya ictimaiyyətində Azərbaycan hökumətinin xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olduğu fikrini yaratmaq məqsədi güdürdü. Lakin Bakıda qiyam başlamamış, yəni aprelin 27-də XI Qırmızı Ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Buna səbəb isə Gəncə və Qarabağdan Azərbaycan Ordusu köməyə gəlmədən Bakı və paytatxa qədər olan bölgələri işğal etmək idi. Az saydakı ordu bölmələri düşmənə müqavimət göstərə bilmədi. Donanma gəmiləri isə bolşeviklərin əlinə keçmiş hərbi gəmilərin topları parlament binasına tuşlanmışdı. XI Qırmızı Ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12:00-da Azərbaycan parlamentinə AK(b)P MK və PK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Dinc əhali arasında qurbanlara və qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 22:00-da hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu”.

Məqalədə, eyni zamanda, qeyd edilir ki, AXC 23 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoyub. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra AXC-nin ideallarını davam etdirərək həmin tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see194

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see184

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see124

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see124

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see117

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see116

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see115

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see115

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see115

Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12 İyul 2025 13:57see114

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see114

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see114

“İstəyirəm, Polad Həşimovun Xatirə muzeyi yaradılsın”

12 İyul 2025 13:20see113

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see113

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see113

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see113

“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?

12 İyul 2025 10:47see112

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Regionda marağı olan güclər Azərbaycanın mövqeyi ilə hesablaşmağa məhkumdur RƏY

12 İyul 2025 12:35see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri