Icma.az
close
up
RU
Müstəqilliyin təməl prinsiplərinə sadiqliyin bariz nümunəsi

Müstəqilliyin təməl prinsiplərinə sadiqliyin bariz nümunəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan xalqı tarix boyu öz suverenliyinə, milli kimliyinə və azad yaşamaq hüququna sahib çıxmağı bacaran, dövlətçilik ənənələrinə sadiq olan xalqdır. Bu baxımdan 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığı gün təkcə tarixi hadisə deyil, eyni zamanda milli ideologiyanın, istiqlal ruhunun və müstəqil dövlət qurmaq iradəsinin təcəssümüdür.

Müsəlman Şərqində ilk demokratik respublika

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Lakin mürəkkəb daxili və xarici şərtlər səbəbindən 1920-ci ildə Azərbaycan sovet imperiyasının işğalına məruz qaldı. Bu, müstəqilliyimizin hüquqi olaraq itirilməsi idi, lakin milli yaddaşda istiqlal arzusu daim yaşadı.

Heydər Əliyev – Müstəqilliyin xilaskarı və əsas memarı

Azərbaycan xalqı XX əsrin sonunda yenidən tarixi seçim qarşısında dayanarkən bu dəfə müstəqilliyinə daha möhkəm sarıldı. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olundu. Lakin gərgin geosiyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı təcavüzü və daxili böhranlar müstəqilliyimizin taleyini təhlükə altına salmışdı.
Məhz belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin əbədi və dönməz xarakter almasını təmin etdi. Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi gücləndi.
Heç kəsə sirr deyil ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət etmişdi. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. Ulu Öndərin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi və yüksək intellekti bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdən idi. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın Silahlı Qüvvələri yaradıldı. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün şərait yarandı.
Ulu Öndər Heydər Əliyev çıxışlarında daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbirlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu vurğulayırdı. Müvəqqəti atəşkəs rejimi nəticəsində ölkədə daxili sabitliyə nail olundu, dövlətçiliyimiz möhkəmləndirildi, hərbi sənayemiz quruldu, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar aparıldı, bir çox əhəmiyyətli layihələrə imza atıldı.
Heydər Əliyev AXC-nin tarixi irsinə xüsusi önəm verirdi. O, Cümhuriyyətin ideyalarını yaşatmaqla, onları çağdaş müstəqil Azərbaycan dövlətinin ideoloji dayağına çevirdi. Ulu Öndərin siyasi iradəsi ilə müstəqil Azərbaycanın əsasları qoyuldu və müstəqillik xalqın siyasi şüurunda dəyər kimi möhkəmləndirildi.

İlham Əliyev dövründə dövlətçilik siyasətinin yüksəlişi

Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev yolunun uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmiş, dövlət suverenliyi tam şəkildə təmin olunmuşdur.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu, müstəqilliyimizin növbəti mərhələyə keçidini – ərazi bütövlüyünün bərpasını təmin edən möhtəşəm siyasi və hərbi uğur oldu.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının reallaşdırılması və işğaldan azad edilən ərazilərin sürətlə dirçəldilməsi dövlətin qüdrətinin və müstəqilliyimizin təməl prinsiplərinə sadiqliyimizin bariz nümunəsidir.
Müstəqillik əmanətdir

Azərbaycançılıq ideologiyasının əsasında dayanan müstəqillik anlayışı bu gün sadəcə siyasi status deyil, xalqın şüurunda milli kimlik, tarixə hörmət və gələcəyə inam kimi formalaşıb. Bu günün gənc nəsli – Heydər Əliyev məktəbindən keçmiş müstəqil və güclü dövlətin davamçıları olaraq, bu əmanəti qorumaq və daha da inkişaf etdirmək missiyasını daşıyır.
28 May – Azərbaycan xalqının öz müqəddəratına sahib çıxdığı, tarix qarşısında böyük bir məsuliyyəti üzərinə götürdüyü gündür. Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının müasir, qalib və müstəqil dövlətə çevrildiyini görürük. Heydər Əliyevin qurduğu və İlham Əliyevin uğurla davam etdirdiyi bu dövlətçilik strategiyası Azərbaycanın gələcəyini təmin edən ən etibarlı zəmandır.

Səbinə Salmanova
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri