Icma.az
close
up
RU
Müstəsna eqoizm = Samir Abasov!

Müstəsna eqoizm = Samir Abasov!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Samir Abasovun əvvəlki mətbuat konfransları daha maraqlı olurdu. Mən “Sumqayıt”dakı və “Neftçi”dəki ilk dönəmlərini nəzərdə tuturam. Bu komandaların hər birinə iki dəfə təyinat alıb deyə, formal məntiqin və Püstəxanım Əzizbəyova ilə bağlı məlum lətifənin diqtə etdiyi ehkama söykənsək, növbəti dəfə “Zirə”nin “sükanı arxasına” keçəcək. Hə, məni düşündürən əsas məqam bu, yəni Samir bəyin taleyi deyil. İnşallah, daim iş tapar, yaxşı olar. Keçək bu məqamın üstündən...

Ondan başlamışdım ki, Abasovun hər mətbuat konfransı jurnalistlər üçün çörək ağacı idi, çarpıcı açıqlamalar, suçlamalar, kamikadze kimi gerçəklərin üzərinə germək, dörd bir tərəfə söz yağdırmaq... Sonra, səhv etmirəmsə, “Sumqayıt”a ikinci gəlişində müqavilə qaydasında klub rəhbərliyinə söz verdi ki, daha hakimlər haqda danışmayacam. Bununla da onun mətbuat konfranslarını maraqlı edən mövzulardan biri “ixtisara düşdü”. Əslində mən fikrimi belə də ifadə edə bilərəm: Abasov da başqa azərbaycanlı məşqçilərə oxşamağa başladı.
Ötən ilin oktyabrında, yəni “Neftçi” rəhbərliyi uğursuz nəticələrin ardından daha bir baş məşqçini – bu dəfə ukraynalı Roman Qriqorçuku – yola salanda Samir bəyin yada düşməsi təbii idi. Yenə də formal məntiqin qayda-qanunları işə düşdü. Yaxşı, komandanı sonuncu dəfə məhz bu adam çempion, “ağ-qara” düşərgəni sevincə qərq etməyibmi? Gətirdilər, böyük etimad göstərdilər. Eyni azərbaycanlı məşqçinin “Neftçi”nin “sükanı arxasına” bir neçə dəfə keçməsi sıradan tendensiya deyil, bunun üçün müstəsna biri olmaq lazımdı. Tam razıyam: Samir Abasov müstəsna biridi! Amma nədə?
Hava limanına enməyə çətinlik çəkən təyyarə kimi bayaqdan mövzunun üzərinə çökməyə çalışıram, heç cür alındıra bilmirəm, sanki nəsə olub, “təkərim açılmır”, yox, klaviaturada lazımi düymələri basa bilmirəm. Ya Allah, mənə güc ver...
Samir bəy “Neftçi”nin “sükanı arxasına” oktyabrın 14-də - 10-cu tur ərəfəsində keçdi. “Ağ-qaralar”ın turnir cədvəlindəki vəziyyəti bərbad, hətta bəlkə də faciəvi idi. Abasov ötən 5 ayda “Neftçi”ni ağ günlərə çıxarmadı, sadəcə, arabir qələbə qazanmaqla və heç-heçə etməklə bir qədər yüksək pillələrə daşıdı. Nədənsə qış fasiləsində yoxlama oyunu keçirməyə də ehtiyac duymadı, sadəcə, yetirmələrini tərifləməklə kifayətləndi. Ölkə kubokunda çarəsiz “Kəpəz”i keçdi, buna görə “ağ-qara” azarkeşlərinin qəlbinin dərinliyində yanan ümid işığı hətta mənim də dərimi isidir. Görün necə gözəl mənzərə açılıb: “Neftçi” “Sabah”ı da keçir və finalda oynamaq imkanı qazanır. Finalda isə rəqib lap “Qarabağ” da olsa, oynamaq və qalib gəlmək mümkündü. Finalların mütləq favoriti olmur ki!
Zor-xoş “eniş edəcəm” artıq! Bəli, “Neftçi”nin bu mövsümdəki bütün qələbələrinin memarı Abasov, məğlubiyyətlərin memarı isə futbolçular, hakimlər, göydə uçan quşlar, bütün gözə görünən və görünməyən amillərdi. Samir bəy “Kəpəz”ə uduzduğu oyundan sonra Ağadadaş Salyanskinin üzərinə elə hücum çəkdi ki, şəxsən mən şoka düşdüm. Yox, onun demarş formasına təəccüblənmədim. Ona qalsa, bəzən futbolçularla az qala meydanda əlbəyaxaya çıxıb, bəzən oyun qaydalarını elə meydandaca başa salıb. Bu mənada Ağadadaşa münasibətdə daha mərhəmətli davrandı, bir başqa yerdə yox, mətbuat konfransında hesablaşdı.
Onun fikirlərini oxuyandan sonra bir daha əmin oldum ki, Abasov hazırda ciddi eqo böhranı yaşayır. Əlbəttə, hər bir fərdin eqosu var – mənim də, sənin də, onun da. Kəsəsi, hamının. Amma başqalarının fikrini nəzərə almaqla üzə çıxan eqonu qəbul etmək mümkündü. Yox, eqo fərdin diktatorluğu, anarxikliyi və ya özünü müstəsna sayması ilə şərtlənirsə, bu artıq faciədi. Abasov diktator deyil, onsuz da “Neftçi” kimi klubda baş məşqçinin diktatorluğu ağlabatan davranış olmazdı. Sadəcə, indi o, anarxik eqoizmlə özünü müstəsna persona saymağın arasında ilişib qalıb. Nəticələrə görə məsuliyyəti birmənalı şəkildə baş məşqçi daşıyır, əfəndim! Bu mənasız eqonu yığışdırmağın, komandanı böhrandan çıxara bilmədiyini etiraf etməyin vaxtıdı. Nə bilim, Salyanski oynaya bilmir, nə bilim, Bassala Sambu Elmir Tağıyevə xoş niyyətlə təmas edib, daha nələr, nələr...
Məğlubiyyətə görə günahı etiraf etmək, səhvi boynuna almaq da böyük məşqçilərə xas keyfiyyətdi. Samir Abasov böyük məşqçidimi? Samir Abasovda bu keyfiyyət varmı?
HUŞƏNG

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see306

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see293

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see275

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see273

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see247

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see218

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see218

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see215

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see200

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see187

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see174

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see173

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see170

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see170

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see166

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see164

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see162

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see158

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see158

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri