Icma.az
close
up
RU
Dövlət Komitəsi: Uşaq müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır

Dövlət Komitəsi: Uşaq müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 iyun, Günel Türksoy, AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Təəssüf ki, uşaqlar bəzən valideynlər, bəzən də rəsmi, yaxud qeyri-rəsmi himayəsində yaşadıqları şəxslər tərəfindən küçədə yaşamağa, onların mənəviyyatına, fiziki və psixoloji sağlamlıqlarına zərər verən fəaliyyətlə məşğul olmağa təhrik edilirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) hər gün uşaqlarla bağlı müraciətlər daxil olur. Bu müraciətlərin əksəriyyətində məişət zorakılığına, eyni zamanda, bullinqə, təhsildən yayınmaya, küçə həyatına məruz qalan və digər problemlərlə üzləşən uşaqların pozulmuş hüquqları ilə əlaqədar tədbirlərin görülməsi istənilir. Dövlət Komitəsi bu istiqamətdə müvafiq işlər həyata keçirir.

Bu barədə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən tədbirlərlə əlaqədar AZƏRTAC-ın sorğusuna AQUPDK-dan verilən cavabda bildirilib.

Qeyd edilib ki, komitəyə daxil olan bütün müraciətlər araşdırılır. "Bu məsələdə digər qurumlarla əlaqəli şəkildə fəaliyyət göstəririk. Birinci növbədə, uşağın olduğu yerin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Əgər müraciətdə uşağın yeri göstərilməyibsə, bu zaman onun faktiki, yaxud qeydiyyatda olduğu ünvanı tapmaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılır. Müraciətdə uşağın ailəsinin yaşadığı yer göstərilibsə, bu zaman yerli icra hakimiyyətlərində yaradılan Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət edilir, qiymətləndirmə aparılır. Qiymətləndirmə zamanı uşağın ailə vəziyyəti, onun sənədlərlə bağlı problemləri və s. müəyyənləşdirilir. Əgər faktiki yaşadığı ailədə uşağın sağlamlığına və mənəviyyatına zidd olan məsələlər aşkarlanarsa, Ailə Məcəlləsinin 72-ci maddəsinə əsasən onun ailədən alınması həyata keçirilir. Bu zaman ilk növbədə, uşağın tibb müəssisəsində müayinəsi aparılır. Həmçinin uşaq haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə yerləşdirilir, onun dövlət uşaq müəssisəsinə, yaxud müvəqqəti olaraq sığınacağa yerləşdirilməsi istiqamətində Sosial Xidmətlər Agentliyi ilə danışıqlar aparılır. Bundan əlavə, yerli icra hakimiyyəti orqanı tərəfindən uşağın valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması, yaxud onların bu hüquqlardan mərhum edilməsi istiqamətində məhkəmə qarşısında vəsatət qaldırılır. Sığınacağa və yaxud dövlət uşaq müəssisəsinə yerləşdirilmiş uşağın natamam olan sənədlərinin bərpası, təhsil hüququnun təmin edilməsi, ümumiyyətlə, pozulmuş hüquqlarının müdafiəsi istiqamətində iş həyata keçirilir ", - deyə məlumatda vurğulanıb.

Məlumatda, həmçinin bildirilib ki, komitə tərəfindən uşaq hüquqlarının müdafiəsini həyata keçirən digər qurumlarla birlikdə dövlət və özəl uşaq müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Monitorinqlər zamanı həmin müəssisələrin faəliyyəti, uşaqlara olan rəftar tərzləri və s. qiymətləndirilir.

Qeyd edək ki, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri