Mütləq qələbə qazanmalıyıq Siyasət Əsgərov
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə evdə keçiriləcək oyun haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:
"Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq. Sabah isə bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq. Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram".
Qeyd edək ki, C liqasının 3-cü qrupu çərçivəsində aprelin 18-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Andorra oyunu saat 17:00-da başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Aprel 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















