Mutu yenə qovuldu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu iki ay öncə baş məşqçi postuna təyin olunduğu "Petrolul" klubundan qovulub.
Oxu.Az xəbər verir ki, yanvarda adıçəkilən komandanın sükanı arxasına gətirilən Mutu cəmi iki aydan sonra istefaya göndərilib.
Buna səbəb komandanın uğursuz nəticələr göstərməsi olub. Komanda onun rəhbərliyi altında cəmi 10 oyuna çıxıb.
Qeyd edək ki, Adrian Mutu 2023-cü ilin yayından dekabr ayına qədər "Neftçi"yə rəhbərlik edib.
