Icma.az
close
up
RU
“Müvəqqəti zövq verən telefon və maşın uzun müddətli maliyyə yükü yaradır” İQTİSADÇI FOTO

“Müvəqqəti zövq verən telefon və maşın uzun müddətli maliyyə yükü yaradır” İQTİSADÇI FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son illərdə Azərbaycanda istehlak və biznes kreditlərin istifadəsi sürətlə artır.
Avtosfer.az xəbər verir ki, insanlar maşın, texnika, ev və hətta gündəlik xərclər üçün də banklardan kredit götürməyə üstünlük verirlər. Bəzi ekspertlər bunu iqtisadi ehtiyacla izah edir, yəni vətəndaşlar real maliyyə sıxıntısı yaşayır və kredit həyatlarını davam etdirməyə kömək edir. Digərləri isə bu tendensiyanı həyat tərzinin dəyişməsi, “istehlak mədəniyyəti”nin yüksəlməsi ilə əlaqələndirir: insanlar əvvəlkindən daha komfortlu həyat sürmək istəyir, bunun üçün isə kreditlərə müraciət edirlər.
Azərbaycanda insanlar arasında kredit götürmək artıq bir norma halını alıb, amma bu artımın arxasında duran səbəblər hələ də müzakirə mövzusudur. Bu tendensiya vətəndaşların maliyyə sağlamlığına necə təsir edə bilər?


Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov saytımıza açıqlamasında bildirib ki, istər Azərbaycanda, istərsə də dünyanın digər ölkələrində kredit və depozit portfellərinin həcmi davamlı olaraq artır:
“Sadəcə bəzi dövrlərdə kəskin artımlar, bəzi dövrlərdə isə cüzi azalmalar müşahidə olunsa da, uzunmüddətli dövrdə bu artım dinamikası sabit qalır. Bu, tamamilə təbii haldır. Lakin problem ondadır ki, Azərbaycanda kredit portfelində istehlak kreditlərinin payı həddindən artıq yüksəkdir. Məsələn, Ermənistan, Gürcüstan, Türkiyə və ya ABŞ kimi ölkələrdə götürülən kreditlərin böyük hissəsini biznes kreditləri təşkil edir. Azərbaycanda isə artım dinamikası əsasən istehlak kreditləri hesabına baş verir. Sadə bir nümunə ilə desək, əgər dünən 5 manatlıq istehlak krediti və 5 manatlıq biznes krediti vardısa, bu gün biznes kreditləri 6 manata, istehlak kreditləri isə 9 manata yüksəlir. Yəni, insanlar əsasən dəyər yaratmayan məqsədlər üçün kredit götürürlər. Məsələn, telefon, məişət texnikası, avtomobil, mebel və s.”.
İqtisadçı deyib ki, insanların bu cür kreditlər götürməyə haqqı var və buna görə onlara irad tutmaq doğru deyil:
“Lakin məsələ ondadır ki, insanlar öz iqtisadi imkanlarını düzgün qiymətləndirmədikdə, bu kreditlər sonradan problemli kreditlərə çevrilir. Nəticədə, bir vaxtlar müvəqqəti zövq verən telefon və ya avtomobil uzunmüddətli maliyyə yükünə çevrilir.
Məhz buna görə də, Mərkəzi Bank son vaxtlar istehlak kreditləri və kredit kartlarının verilməsinə dair tələbləri müəyyən qədər sərtləşdirib. Bu qərar tamamilə doğrudur. Ümumiyyətlə, mən Mərkəzi Bank rəhbərliyi və iqtisadçılarla keçirilən görüşlərdə dəfələrlə bildirmişəm ki, istehlak kreditlərinin həcmi kifayət qədər artıb və şərtlər sərtləşdirilməlidir. Mən düşünürəm ki, Mərkəzi Bank bu istiqamətdə tədbirlərini gələcəkdə də davam etdirəcək”.


Mövzu ilə bağlı maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Avtosfer.az-a açıqlamasında söyləyib ki, bu məsələ yalnız Azərbaycana xas deyil;
“Biz elə bir dövrdə, elə bir cəmiyyətdə yaşayırıq ki, artıq istehlak dövründəyik. İnsanlar daha çox istehlak etmək istəyir, sahibkarlar isə bu tələbatı qarşılayaraq daha çox mal və xidmət istehsal edirlər. Onlar istəyirlər ki, insanlar bu məhsulları alsınlar, fərqi yoxdur, lazımdır ya yox. Pul çatmadıqda isə, banklar istehlak kreditləri təklif edirlər. “Pulu yoxdur? Gəlsin, bizdən kredit götürsün” prinsipi ilə həm sahibkar qazanır, çünki malı satılır, həm də bank faiz gəliri əldə edir. Əgər vətəndaşın aldığı məhsul doğrudan da ona lazımdırsa, bu, bəlkə də müsbət haldır. Amma çox vaxt insanlar sadəcə istək naminə alış-veriş edirlər”.
Əkrəm Həsənov qeyd edib ki, fərqi yoxdur Azərbaycanda, ya başqa yerdə insanlar təbiətən daha çox istehlaka meyillidir:
“Cəmiyyətdə “qonşudan qalma yeri” prinsipi hökm sürür: biri alırsa, digəri də istəyir. Evdə uşaqlar, televiziyadakı reklamlar, sosial mühit hamısı insanı “al” deməyə sövq edir. Pulu yoxdursa, borc alır. Çoxları düşünmür ki, sabah bu krediti necə qaytaracaq. “Bu gün var, sabah da Allah kərimdir” deyə yaşayır. Əslində, hər bir ölkədə istehlak kreditlərinin səviyyəsi insanların istəyindən asılı deyil, istəy hər zaman var. Məsələ ondadır ki, banklar bu krediti verirmi, yoxsa yox. Son zamanlar Azərbaycan Mərkəzi Bankı çalışır ki, istehlak kreditlərini məhdudlaşdırsın. Bankların bu sahədə ehtiyat tələblərini artırmaqla onları biznes kreditlərinə yönləndirməyə çalışır”.
Ekspert deyib ki, banklar yenə də istehlak kreditlərinə meyllidirlər, çünki bu asan və gəlirli yoldur;
“Faizlər yüksəkdir, risk nisbətən azdır. Amma bu tendensiyanın geniş yayılması uzunmüddətli baxımdan ölkə iqtisadiyyatı üçün ziyandır.
Əslində, iqtisadi inkişaf üçün vacib olan biznes kreditləridir. Sahibkarlar kredit götürüb biznes qursunlar, istehsal və məşğulluq artsın, maaşlar yüksəlsin. Yoxsa insanlar borca girib, özünə lazımlı-lazımsız əşyalar alsın, sonra isə ödəyə bilməsin. Maaş artmır, bəzən iş də itirilir, nəticədə kredit yükü artır. Ona görə də burada əsas məsuliyyət Mərkəzi Bankın və dövlətin üzərinə düşür. Onlar mümkün qədər çalışmalıdırlar ki, istehlak kreditlərinin həddindən artıq artmasının qarşısı alınsın və maliyyə resursları real iqtisadi inkişafa yönəlsin”.


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri