Icma.az
close
up
RU
“Müxalifət” adlı hibrid təhdid alətləri Azərbaycanın gələcəyini satmağa hazırdır”

“Müxalifət” adlı hibrid təhdid alətləri Azərbaycanın gələcəyini satmağa hazırdır”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinə səfəri çərçivəsində oraya köçən sakinlərlə görüşündə bir sıra məsələlərlə bağlı mühüm fikirlər səsləndirib. Dövlət başçısı 90-cı illərin əvvəllərində baş verən faciələrdən danışarkən ovaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanətkar siyasətləri nəticəsində xalqımızın başına gələn müsibətləri, dövlətçiliyimizin əsaslarını sarsıdan məsələləri bizə bir daha xatırladıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov bildirib.

Deputat qeyd edib ki, doğma torpaqlarımızı qoruya bilməyən və ya bunu etmək istəməyən mənfur cütlüyün üzvləri 30 ildən sonra da bu siyasətlərinə sadiq qalaraq öz xəyanətlərini başqa formada, artıq hibrid təhdid aləti qismində davam etdirirlər:

“Əgər hakimiyyətdə olduqları dövrdə əllərində “satmaq” üçün bir çox resurslar var idisə, indi onlar özlərini “müxalifət” adlandıraraq müxtəlif dairələrə Azərbaycanın gələcəyini vəd edirlər.

Avqustun 8-də Ermənistanla əldə edilmiş tarixi razılaşma ərəfəsində və ondan sonrakı dövrdə bu şəxslər aktiv şəkildə 4-5-ci kateqoriyalı anti-Azərbaycan media orqanlarına şablon tezislərlə dolu müsahibələr verməyə başlayıblar. Müsahibələrində insanları çaşdırmağa, Azərbaycan haqqında yalnız mənfi rəy yaratmağa hesablanan bu anti-milli fəaliyyətlər hibrid təhdidlərin dezinformasiya və informasiya manipulyasiyası növlərinə aiddir.

Xarici dairələrin tapşırıqlarına uyğun olaraq, artıq beynəlxalq ictimaiyyətin də qəbul etdiyi reallıq, regiondan baş verən hadisələr, Azərbaycanın daxili və xarici siyasəti təhrif edilmiş şəkildə təkrar-təkrar təqdim olunur. Əgər 30 illik işğal dövründə onların əsas missiyası dövlətimizin milli maraqlara söykənən siyasətini gözdən salmaqdan ibarət idisə, sonrakı mərhələdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi Zəfərimizə kölgə salmaq, bizi məğlub xalq kimi təqdim etməkdir”.

R.Namazovun sözlərinə görə, onlar artıq qələbə faktını və hazırkı reallığı inkar edə bilməsələr də, hər vəchlə bu Zəfərimizi başqa faktorlarla, o cümlədən dünyada baş verən geosiyasi proseslərlə ələqələndirirlər:

“Həmin müsahibələrə nəzər saldıqda bunun şəxsiyyət vəsiqəsində Azərbaycan vətəndaşı yazılan kəslər tərəfindən edildiyi təəccüb doğurmasa da, təəssüf doğurur.

Məsələnin maraqlı tərəfi isə ondadır ki, əgər bunların xarici media orqanlarına çıxışları var idisə, hansı səbəbə bu imkanlardan nə 2020-ci ildə Vətən müharibəsi zamanı, nə də 2023-cü il sentyabr antiterror əməliyyatı zamanı istifadə etmirdilər?! Əksinə 2020-2023-cü illər aralığında bunlar sosial media profillərində Azərbaycanı Ermənistanın ərazilərini işğal etməkdə günahlandıraraq özlərinin xəyanətkar mahiyyətlərini bir daha ortaya qoyur, “tarixi missiya”larını “uğurla” icra edirdilər.

Düşünürəm ki, müzəffər xalqımızın qürurunu və inamını zədələməyə yönələn bu addımlar və cəmiyyəti parçalamaq istəyən qüvvələrə dəstək verən bu cür şəxslər hər birimiz tərəfindən şiddətlə qınanmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri