Icma.az
close
up
RU
Hakimiyyət fundamental islahatlara getmək məcburiyyətindədir

Hakimiyyət fundamental islahatlara getmək məcburiyyətindədir

Icma.az bildirir, Reyting.az portalına istinadən.

“Prezident İlham Əliyevin yanvarın 5-də televiziya kanallarına verdiyi müsahibədə yerli icra hakimiyyətləri ilə bağlı səsləndirdiyi fikirlərdən və verdiyi anonslardan sonra Milli Məclisin deputatları sanki bir ağızdan bu qurumun köhnəldiyini və ləğv edilməli olduğunu bəyan etməyə başladılar. Halbuki həmin müsahibəyədək deputatlar bu mövzuda nə tənqidi, nə də islahat xarakterli açıqlamalar verirdilər. Bu isə onu göstərir ki, parlament üzvləri təşəbbüskar və müstəqil fikirli deyillər”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib.

AMİP funksionerinin fikrincə, bir çoxları yerli icra hakimiyyətləri ilə bağlı ciddi və fundamental islahatların asanlıqla aparıla biləcəyini düşünür:

“Bu qurumlar illər ərzində onlara verilmiş qeyri-məhdud səlahiyyətlər və imtiyazlar hesabına möhkəmlənib, geniş məmur ordusuna çevriliblər. Üstəlik, onlar şəbəkələşib və uzantıları daha yuxarı dairələrə, nüfuzlu və qüdrətli fiqurlara gedib çıxır. Məsələ yalnız yerli icra hakimiyyətləri ilə də məhdudlaşmır. Mərkəzi hakimiyyət orqanları həddindən artıq şişirdilib. Paralel və lazımsız strukturlar dövlət büdcəsinə əlavə yük yaradır, məsuliyyətsizliyə və bürokratik əngəllərə yol açır”.

Ə. Orucov

Ə. Orucov vurğulayıb ki, əgər köklü islahatlara gediləcəksə, mövcud strukturlar mobil və işlək mexanizmlərlə əvəz edilməlidir:

“Bu halda ilk növbədə seçkili qurumların səlahiyyətlərinə hörmətlə yanaşılmalı, onların normal fəaliyyətinə şərait yaradılmalıdır. Yerli özünüidarəetmə institutları real və işlək hala gətirilməlidir. Əks halda kosmetik dəyişikliklər heç bir nəticə verməyəcək və dərin problemləri həll etməyəcək. Sadəcə, mövcud vəziyyəti bir qədər uzada bilər”.

Onun sözlərinə görə, hakimiyyət yerli icra hakimiyyətləri institutlarının yaxın müddətdə ləğvinə iki əsas səbəbdən təşəbbüs göstərməyə bilər:

“Birincisi, ciddi kapitala, iqtisadi və təsir imkanlarına malik bürokratik zümrə ilə açıq qarşıdurmaya getmək istəməz. Sürətlə dəyişən dünyada bu, riskli addım sayıla bilər.

İkincisi isə hakimiyyət üçün seçkili institutların legitimliyinin və möhkəmlənməsinin arzuolunmaz görünməsidir. Bu, cəmiyyət üzərində nəzarəti və sərt vertikal idarəetməni zəiflədə bilər. Lakin alternativlər və seçim imkanları da çox geniş deyil”.

Əli Orucov neft erasının artıq sona yaxınlaşdığını da qeyd edib:

“Dövlət büdcəsini doldurmaq getdikcə çətinləşir və digər üsullar gec-tez ictimai narazılıqları artıracaq. Büdcədən maliyyələşən qurumları saxlamaq çətinləşir. Eyni zamanda beynəlxalq münasibətlər sistemində sürətli və sistematik dəyişikliklər baş verir. Bu səbəbdən hakimiyyət fundamental islahatlara getmək məcburiyyətindədir”.

Onun fikrincə, bunun üçün ilk növbədə xalqın iradəsinə güvənmək və siyasi təşkilatların güclənməsində maraqlı olmaq lazımdır:

“Yalnız bu halda təlatümlü proseslər zamanı daxildə tam siyasi dəstək əldə etmək mümkündür. Təcrübə göstərir ki, siyasi və hakim elitalar hər zaman oynaq və qeyri-sabit olurlar”.

Partiya funksioneri hesab edir ki, prezident İlham Əliyevin hazırda nüfuzunun zirvədə olduğu bir dövrdə sərt və radikal islahatlara getmək daxili siyasətdə daha uğurlu nəticələr verə bilər. Onun sözlərinə görə, dövlət başçısının yanvarın 5-də verdiyi müsahibə bu qətiyyətin və inamın açıq göstəricisidir.

Nemət ORUCOV

Reyting.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Yanvar 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri