Icma.az
close
up
RU
Müxalifət hakimiyyət qarşısında elə bir tələb qoydu ki: “Bizimlə məsləhətləşmədən...”

Müxalifət hakimiyyət qarşısında elə bir tələb qoydu ki: “Bizimlə məsləhətləşmədən...”

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin Reaksiya TV-də səsləndirdiyi son fikirlər diqqət çəkib. O, hökumətin qiymət artımı ilə bağlı hər hansı addım atmadan əvvəl geniş ictimai dinləmələr keçirməli olduğunu bildirib. Onun fikrincə, bu məsələdə yalnız rəsmi dairələrin deyil, KİV nümayəndələrinin, QHT-lərin və siyasi partiyaların da fikri öyrənilməli, geniş müzakirələr aparılmalı, daha sonra qərar verilməlidir.

Bəs bu nə dərəcədə realdır? Ümumiyyətlə, belə bir addıma ehtiyac varmı?

Globalinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov hesab edir ki, qiymət artımı ilə bağlı ictimai dinləmələrin keçirilməsi real görünmür:

Azər Badamov

“Çünki tənzimlənməyən qiymətləri bazar müəyyən edir, tənzimlənən qiymətlər isə Tarif Şurasının səlahiyyətindədir. Bu səbəbdən sözügedən məsələ ictimai dinləmələrin predmeti ola bilməz”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, Azərbaycanda ictimai müzakirə mühiti zəifləyib:

Natiq Cəfərli

“Ölkədə ictimai müzakirələrin səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. QHT-lər, siyasi partiyalar və digər ictimai institutlar arasında fikir mübadiləsi zəifdir. Baxmayaraq ki, siyasi partiyalarla Prezident Administrasiyası arasında müəyyən görüşlər keçirilir və bu, olduqca dəyərlidir, bu görüşlərdə əsasən siyasi və ictimai məsələlər müzakirə olunur. İqtisadi mövzuların ayrıca müzakirə ediləcəyi platformalara ehtiyac var. Prezident Administrasiyası bu baxımdan açıq mövqe nümayiş etdirir, lakin hökumətin iqtisadi bloku bu cür müzakirələrə açıq deyil. Nəticədə qəribə bir vəziyyət yaranıb. Halbuki hökumətin iqtisadi komandası da siyasi partiyalarla dialoqa girsə, bu, həm rezonans doğurar, həm də daha effektli nəticələr verə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri