Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Müxalifətimiz əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirməlidir

Müxalifətimiz əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirməlidir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycanın radikal müxalifət qanadının avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan və paraflanan sənədlərə, razılaşmalara qarşı destruktiv mövqeyinin İran və Rusiyanın anti-Azərbaycan xəttindən fərqlənməməsi dərin təəssüf hissi doğurur. İranın fars-molla rejimi ilk gündən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmış, Xamenei bu dəhlizi özünün rəhbərlik etdiyi şər dövləti üçün "qırmızı xətt" elan etmişdi. AZAL-ın təyyarəsinin Rusiya səmasında vurulmasından və Yekaterinburq hadisələrindən sonra Kreml də molla İranı ilə eyni mövqedən çıxış etməyə başlayıb.
Zəngəzur dəhlizinin "Tramp Marşrutu" (TRIPP) elan edilməsindən sonra isə Tehran və Moskvada anti-Azərbaycan isterikası kulminasiya nöqtəsinə çatıb. Vaşinqton anlaşmalarına cənub və şimal qonşularımızdan bu cür qərəzli, məkrli reaksiya gözlənilən idi. Hərçənd ki, Rusiya və İranı idarə edənlər biraz rasional və sağlam təfəkkürlə yanaşsalar, avqustun 8-də ABŞ paytaxtında imzalanan birgə bəyannamənin və paraflanan sazişin icrasının İran və Rusiya üçün də çox ciddi faydalarının olacağını görə bilərlər.
Lakin ən pisi isə budur ki, Moskva və Tehran özlərini korluğa vurduğu kimi, Azərbaycanın radikal müxalifət kəsimi də sanki cənubdan və şimaldan gizli təlimat alıbmış kimi 8 avqust razılaşmalarınına qarşı barışmaz mövqe tutub. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, İsa Qəmbər, Arif Hacılı kimi "əbədi müxalifət" liderlərinin, eləcə də xaricdəki anti-milli mövqeli "azərbaycanlı"ların, blogerlərin Vaşinqton görüşünün nəticələri ilə bağlı qərəz və siyasi riyakarlıqla dolu sərsəm fikirlər, olmayan ittihamlar səsləndirmələri bunun bariz nümunəsidir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin paraflanması, eləcə də Ermənistanla sülhün əldə olunması imkanları artdıqca Rusiyanın və İranın Cənubi Qafqaza təsirlərinin azalması bütün cəmiyyətimiz tərəfindən müsbət qarşılandığı kimi radikal müxalifət düşərgəsinin də dəstəyini qazanmalıydı. Ancaq çox təəssüflər olsun ki, "hər zaman və hər şeyə qarşı müxalif olmaq" zehniyyətindən çıxış edən AXCP, Milli Şura və Müsavat rəhbərliyi həm Azərbaycan üçün, həm də bütövlükdə region üçün davamlı sülhə doğru əhəmiyyətli addım kimi tarixə düşən Vaşinqton razılaşmalarına qarşı təftişçi və inkarçı mövqedən çıxış edir.
Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərin, anlaşmaların ölkəmiz və xalqımız üçün misilsiz tarixi əhəmiyyətə malik olduğunu heç kim inkar edə bilməz. Məhz bu anlaşmaların icrası nəticəsində 200 ildir ki, xalqımız üçün bəlaya çevrilmiş "erməni məsələsi"nin, "böyük Ermənistan", "Miatsum" kimi yırtıcı hərakatların, ideologiyaların, erməni terrorizminin və separatizminin kökü həmişəlik kəsəcək. Odur ki, biz Vaşinqton razılaşmalarına hər şeydən əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin məntiqi davamı kimi baxmalıyıq.
Bəli, Azərbaycan sahədəki böyük Qələbəsini indi də masada böyük Sülhə doğru aparan anlaşmalara imza atmaqla möhkəmləndirir. Biz gələcək nəsillərimiz üçün bölgədə dayanıqlı sülh və təhlükəsizlik arxitekturası inşa etməliyik. Azərbaycan böyük Sülhün təşəbbüskarı və memarı rolunda çıxış edir. Müxalifətin də borcu Azərbaycanın sülh uğrunda atdığı addımlarına dəstək verməkdir. Ümummilli hədəflərə münasibətdə müxaliflik ola bilməz. Bu tarixi məqamda müxalifətimiz əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri