Icma.az
close
up
RU
İctimaiyyət həmrəylik nümayiş etdirməlidir MÜSAHİBƏ

İctimaiyyət həmrəylik nümayiş etdirməlidir MÜSAHİBƏ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Bəzi vətəndaşlar səhlənkarlıq, məlumatsızlıq ucbatından ərazilərdə minalara düşürlər, xəsarət alırlar. Nələrə riayət edilməlidir?

- Rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondu təxminən 25 ildir ki, ANAMA ilə tərəfdaş olan qeyri-hökumət təşkilatıdır. Biz bu problemin necə ağrılı problem olduğunun fərqindəyik. Həm bu prosesin içində olmaqla, həm yaşanan ağrı-acının şahidi olmaqla, fəlakətin ölkəmiz üçün nə qədər üzücü problem olmasının fərqindəyik. Bilirsiniz ki, cənab Prezidentin də diqqət ayırdığı bir məsələdir. Bütövlükdə Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi üçün ən önəmli məsələ minalı ərazilərin təmizlənməsi məsələsidir. Onun üçün dövlət, hökumət bu məsələyə xüsusi diqqət ayırır. Bununla bağlı da lazımi, zəruri olan bütün işləri həyata keçirir, dəstək verir. Təbii ki, mina problemi olan yerdə insidentlər də qaçılmazdır. Burada həm məsuliyyətlə bərabər, həm də problemin özü elədir ki, əgər insanın dörd yanı mina ilə bağlıdırsa, insan bəzən cüzi ehtiyatsızlıq etməklə insidentlərin baş verməsinə səbəb ola bilər. Mina problemi olan ərazilərdə minalarla davranışın qızıl qaydaları var. Əmin olmadığın yerlərə getməməlisən. Təhlükəsizlik qaydaları var. Bununla bağlı ANAMA və tərəfdaş təşkilatlar mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirirlər. Beynəlxalq Avrasiya Mətbuat Fondu son 10 ildən çox müddətdə mütəmadi maarifləndirmə tədbirləri keçirir. Biz təqribən milyondan yuxarı insanın maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmişik. Bu o demək deyil ki, biz insanlarla görüşdük, söhbət etdik, bununla da məsələ bitdi. Elə deyil. Bu, mütəmadi prosesdir. Bu prosesin içində bizim mətbuatımız, ictimaiyyət nümayəndələri, ANAMA-nın minatəmizləmə komandası və tərəfdaşları mütəmadi olaraq bu istiqamətdə fəaliyyət göstərir. Eyni zamanda ictimaiyyət də həmrəylik nümayiş etdirməlidir.

- Mina təhlükəsizliyinə dair özəl və dövlət qurumlarının, icmaların dəstəyi hansı rola malikdir? Hal-hazırda onlarla birgə hansı işlər görülüb?

- Azərbaycan dünyanın ən çox minalanmış ölkələri siyahısındadır. Təxmini hesablamalara görə milyon yarım minanın mövcud olması barədə fikirlər var. Bu gün ciddi problemlə çox böyük fədakarlıqla mübarizə aparırıq. Burada vətəndaşların dəstək olmasına böyük ehtiyac var. Bu gün son dövrlər Qarabağa portallardan icazə alaraq insanların qrup halında getdiyinin şahidi oluruq. Bu, təbii haldır. İnsanlar öz yurd-yuvasına getmək istəyirlər. Amma bu insanlarla mütəmadi olaraq iş aparılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 May 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri