Icma.az
close
up
RU
Muxax kəndində içməli su PROBLEMİ 40 illik xətlər niyə YENİLƏNMİR? FOTO

Muxax kəndində içməli su PROBLEMİ 40 illik xətlər niyə YENİLƏNMİR? FOTO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ötən əsrin 80-ci ilərində Zaqatalanın Muxax kənd sakinləri üçün çəkilən su xətləri istismar müddətini başa vurub, filtirlər yararsız vəziyyətə düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mənbəyini Böyük Qafqazdan götürən Muxaxçay ilin bütün fəsillərində gur sulu əsasən də lilli olur.
Yaz və payız aylarında yağıntılar müddətində isə çayın suyu günlərlə bulanıq gəlir. Rayonun ən iri yaşayış məntəqələrindən olan və əhali sayı 10 minə çatan Muxax və qonşu Zəyəm kəndlərinin içməli su təminatı bu çaydan götürülür. Sakinlərin sözlərinə görə hələ ötən əsrin 80-ci illərində 7-8 km-dən çox su xətti çəkib, böyük həcmli su hovuzları inşa ediblər.
 

Son bir neçə ilə kimi kənddə içməli su problemi olmayıb. Lakin sön dövrlər əsasən də yaz və payız aylarında, daşqınlar nəticəsində sel-suları suyu bulandırır, içilməz hala gətirir, çör-çöp, müxtəlif tullantılar suya qarışaraq həyətlərə qədər gəlib çatır. Bu səbəbdən sakinlər təklif edirlər ki, su xətti nəzarətə götürülsün, dövlət yeni xətlər çəksin və onlar bütün tələblərə cavab verən su ilə təmin olunsunlar.


Kənd sakini Məmmədəmin Əliyev bildirir ki, hələ kolxoz dövründə Muxaxın qarşıdakı 10 illər üçün su problemi həll olunub. Lakin sonrakı dövrdə yerli əhali xəttdəki problemləri maddi baxımdan aradan qaldıra, əsasən su filtirlərini dəyişə, dağılan yerləri bərpa edə bilmədikləri üçün məsələni “Azərsu” ya həvalə ediblər. Beləcə, “Azərsu” nun yerli qurumları bir neçə il kəndi içməli su ilə təmin edib.
Sakinlər qeyd edir ki, kəndə suyun verilməsinə nə qədər ki, “Azərsu” nəzarət edirdi elə də ciddi problemlər yaşanmırdı. Lakin əhalinin su pulunu ödəməkdən yayınması xətlərin dolmasına, filtirlərin sıradan çıxmasına səbəb olub.
Sakinlərin xahişi budur ki, müvafiq təşkilatların iştirakı ilə yeni layihə hazırlansın, suyun mənbəyində müasir filtirlər qurulsun.
 

Yeri gəlmişkən ötən əsrin 80-ci illərində kənd üçün iki böyük su anbarı da inşa edilib. Biz sakinlərlə əraziyə baxış keçirən zaman kənd icra nümayəndəsi Səlahəddin Adamov da buraya təşrif buyurur. Bir neçə ay əvvəl bu vəzifəyə təyin olunmasına baxmayaraq kəndin sosial qayğıları ilə yaxından tanış olan gənc icra nümayəndəsi sakinlərin narahatlığından xəbərdar olduqlarını və bu istiqamətdə ciddi iş aparıldığını bildirir.


“Gördüyünüz bu su xətləri və hovuzlar ötən əsrin 80-ci illərində tikilib. Su mənbələri isə buradan 7-8 km dağlara doğru uzanır. Orada vaxtı ilə filtirlər qoyulmuşdu. Elə bu yaxınlarda yağan yağışlar nəticəsində filtirlərin dolması işimizi xeyli çətinləşdirsə də rayon Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi əməkdaşlarının köməyi ilə məsələni tez bir zamanda həll etdik” deyən icra nümayəndəsi sözlərinə onu da əlavə edir ki, kənd ağsaqqalları, ziyalılarla ilkin fikir mübadiləsi aparıblar.
Qarşıdakı günlərdə kənd camaatı ilə geniş tərkibdə görüş keçirməyi, əvvəlki illəridən qalan borcların mərhələli yığılması üçün çalışacaqların bildirən Səlahəddin Adamov işə başlamaları üçün müvafiq idarələrlə ilkin razılığa gəlindiyini də vurğuladı.
 

Məsələ ilə əlaqədar Zaqatala Su Melorasiya Sistemlərinin İstismarı idarəsi ilə də əlaqə saxladıq. Bildirildi ki, Muxax kəndinin su mənbələrində və xətlərində bir müddət əvvəl baş verən problem yerli icra orqanları ilə birlikdə qısa müddətdə aradan qaldırılıb.


Hazırda kənd icra nümayəndəliyi ilə birlikdə əvvəlki illərdən qalan borcların mərhələli şəkildə yığılması istiqamətində maarifləndirmə tədbirləri görülür. Müəyyən vəsait yığılan kimi işlərə başlanması nəzərdə tutulur.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Yanvar 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri