Icma.az
close
up
RU
Müxbirimiz nazirlərin, vəzifəli məmurların “sirlərini” belə açdı: COPun kadrarxası məqamları

Müxbirimiz nazirlərin, vəzifəli məmurların “sirlərini” belə açdı: COPun kadrarxası məqamları

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 konfransında Globalinfo.az saytını mən təmsil edirdim. Noyabr ayının 11-dən 22-nə kimi bu mötəbər tədbirdə media təmsilçisi olaraq iştirak etdim. Həmin müddət, yəni təxminən 11-12 gün ərzində olduqca maraqlı hadisələrlə rastlaşdım. Bu tədbir bütövlükdə mənim dünya görüşümə və təsəvvürlərimə müsbət mənada ciddi təsir göstərdi.

Məni ən çox yaxşı mənada təəccübləndirən Azərbaycan məmurlarının rəftarları, davranışları oldu. COP zamanı fürsət yarandı ki, ölkənin ictimai-siyasi mühitində tanınan şəxsləri, o cümlədən də dövlətdə yüksək post tutan məmurları müşahidə edə bilim. Nəinki müşahidə etdim, hətta bəzi məqamlarda onlarla təmas yarada bildim, açıqlama aldım, şəkil çəkdirdim.

11 günlük müşahidəmi, təəssüratımı və tədbirin pərdəarxası məqamlarını oxucularla paylaşmaq istəyirəm.

Konfransın ilk günlərində media qarşısına çıxan Hikmət Hacıyevin açıqlamaları Azərbaycanda və ölkə xaricində gündəm yaratdı. Onun BBC-ə cavabı, Qərbdən maliyyələşən digər media resurslarının təmsilçilərinin suallarını cavablandırması, jurnalist adına iddia edən bəzi şəxslərə qısa dialoqu tədbirə damğasını vurdu. Mənim diqqətimi Hikmət Hacıyevin polemika bacarığının yüksək səviyyədə olması çəkdi. Qarşısındakı adamı təmkini, güclü, təsirli arqumentləri ilə neytrallaşdırması çox xoşuma gəldi. Yəqin bu, həm də onun diplomat kimi təcrübəsindən irəli gəlir.

Anar Ələkbərov

Prezidentin digər köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərovu da yaxından izləmək fürsəti yarandı. Öncə bir müşahidəmi deyim: A.Ələkbərovun təşkilatçılıq qabiliyyətinə söz ola bilməz. Bunu digər həmkarlarım da deyirdi. İnsanlara qarşı rəftarda çox mədənidir. Məsələn, dəhlizdə harasa tələsən zaman sakit şəkildə foto çəkdirmək istədiyimi dedim. Baxmayaraq ki, tələsirdi, dayanıb, mənimlə şəkil çəkdirdi. Bəzi fotoları bəyənmədim, inanırsız, xoşuma gələn foto çəkilənə kimi səbirlə, kübarca gözlədi.

Arzu Əliyeva 

Prezidentin qızı, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya ilə COP29 tədbirində təsadüfən rastlaşdıq.

Arzu xanım düz qarşımda dayanıb, insanlarla salamlaşırdı. Yanımda olan həmkarıma “Bu, Arzu Əliyevadır?” deyə sual verdim. Cavabını isə elə A.Əliyevanın özündən aldım. O, “Salam. Bəli, Arzu Əliyevayam. Necəsiniz?” soruşdu. Daha sonra mühafizə şərait yaratmaz düşünüb, Əliyevaya əlimlə işarə edib, şəkil çəkdirə bilərikmi soruşdum. Adam məni yanına çağırıb, təkrar görüşdü və şəkil çəkdirdi. Hətta fotonu bəyənmədiyim üçün yenidən çəkdirmək istədikdə, tələsməsinə baxmayaraq, mənimlə bir daha şəkil çəkdirdi. Bu mənim indiyənə kimi olan standart təsəvvürlərimə çox ciddi şəkildə korrektələr etmiş oldu. Doğrudan da insanlara sadəlik, mehribanlıq və səmimilik qalacaq…

Adil Kərimli 

COP-29 çərçivəsində qarşılaşdığım ən pozitiv insan mədəniyyət naziri Adil Kərimli oldu. Belə ki, A.Kərimli ilə üz-üzə gələrkən anidən ona müsahibə almaq istədiyimi dedim. Gülərək belə dedi: “Dostumu axtarırdım, qardaşımı tapdım, dostum gözləsin, mən də sizə müsahibə verim”. Nəticədə müsahibə də aldım, mədəniyyət sahəsinə aid səmimi söhbət də etdik.

Ən çox gözlədiyim məqamlardan biri də, Qazaxıstan Prezidenti Qasım-Comart Tokayevlə görüş idi. Onu görə bilmək üçün 2 gün qazaxların pavilyonuna getdim. Nəhayət, Tokayevlə qazax dilində salamlaşıb, onunla da şəkil çəkdirmək arzumu reallaşdırdım. Məqsəd COP çərçivəsində kimlərləsə şəkil çəkdirmək deyildi, yanlış anlamayın. Amma elə adamlar var ki, onları görən zaman insanın ürəyindən foto çəkdirmək keçir.

Tədbirdə daha bir maraqlı məqam isə Kamerundan gələn qonaqla bağlıdır. Belə ki, “Yaşıl və yaxşı dünya” təşkilatının təsisçisi, BMT-nin Xüsusi ECOSOC məsləhətçisi və müşahidəçi Ambe Nqva mənə 4 ədəd qolbaq verib xahiş etdi ki, onları ölkə başçımız İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə, bir də gənclər və idman naziri Fərid Qayıbova çatdırım. Dedim ki, şəxsən çatdırmağı söz verə bilməsəm də, amma çalışacağam…

Keçək müsahibə ala bilmədiyim Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubova. Adam o qədər xoş təəssürat bağışladı ki… “Ramil bəy, bəlkə siz də müsahibə verəsiniz” dedim. O qədər ciddi baxışları var ki, düşündüm, mənə heç cavab da verməyəcək. Amma yox, çox xoş davrandı. Sakit şəkildə və gülüməsəyərək, “Üzrlü sayın, xanım. Müsahibə verə bilməyəcəm. Hazırda tədbirə tələsirəm” dedi və tədbirə keçdi. Onun necə nəzakət və etik qaydalar çərçivəsində “yox” deməyini görmək lazım idi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və bir neçə şəxsdən zamanında müsahibə ala bildik.

COP-da ümumi atmosfer çox yaxşı, təşkilatçılıq olduqca yüksək səviyyədə idi. Burada Daxili İşlər Nazirliyinin əməyini də qeyd etmək lazımdır. Bu qurum öz işinin öhdəsindən artıqlaması ilə gəldi.

Həmçinin Dövlət Təhlükəsizlik Xidməti də işləri yüksək səviyyədə təşkil etmişdi. Bunu biz jurnalistlər daha yaxşı fərq edə bilirdik. Sual verilə bilər, necə? Hardan hiss etdiniz? Bu da bizim məslək sirrimiz olaraq qalsın…)))

Bəlkə də, bizim çox yaxınımızda olan şəxslərdən bir neçəsi polis və təhlükəsizlik xidmətinin əməkdaşı olub, amma biz bunu bilməmişik, fərq etməmişik. Yəni iş o qədər peşəkarcasına qurulmuşdu ki, DİN və DTX əməkdaşları hər yerdə var idi, lakin heç yerdə görünmürdülər. Əsl peşəkarlıq budur…

Muxtar Babayev 

Daha bir məqam isə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin hər an göz önündə olması idi. Adamın dayanmadan çalışması, əlçatan olması, üzərinə düşən işi yüksək səviyyədə icra etməsi çox gözəl görünürdü.

Beləliklə, bizim üçün adi günlərdə o qədər əlçatmayan məmurları, yüksək vəzifəli dövlət adamlarını 11 gündə yaxından tanımaq, izləmək imkanımız oldu. Bu da bizdə müəyyən təsəvvürlər yaratdı.

Növbəti COP-larda görüşənədək…

Eldar Əzizov 

Fərid Qayıbov

Emin Əmrullayev

Sahil Babayev 

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see236

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see215

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see145

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see134

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri