Icma.az
close
up
RU
Muxtar Babayev: Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı əməkdaşlıq yeni imkanlar yaradacaq

Muxtar Babayev: Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı əməkdaşlıq yeni imkanlar yaradacaq

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında tərəfdaşlıq və əməkdaşlıq artıq başlayıb. Bu əməkdaşlıq külək və Günəş enerjisi potensialımızın birgə inkişafına, həm daxili, həm də Avropanın enerji ehtiyaclarının ödənilməsinə xidmət edəcək. Bu, enerji təhlükəsizliyini artıracaq və yeni imkanlar yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Azərbaycanın Günəş, dənizdə külək, mavi və yaşıl hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.

“Qlobal hədəflərə çatmaq üçün bizə əməkdaşlıq lazımdır. Qlobal bazarların həm təklif, həm də tələbat tərəflərində birlikdə işləməli, beynəlxalq tərəfdaşlıqlar qurmalıyıq. COP29 çərçivəsində dünyanı Bakıya gətirdik və hamını ‘Yaşıl dünya naminə həmrəylik’ şüarı altında birləşdirdik. Ən böyük nəticələr də məhz birlikdə necə işləməyimiz və bir-birimizə necə dəstək ola biləcəyimizlə bağlı oldu”, – deyə Muxtar Babayev bildirib.

O qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı əməkdaşlıq çərçivəsində külək və Günəş enerjisi potensialı artırılacaq:”Birlikdə həm öz tələbatımızı ödəyə, həm də Avropaya təmiz enerji ixrac edə bilərik. Bu, iqlimə fayda verəcək, enerji təhlükəsizliyini gücləndirəcək və ixrac imkanlarını artıracaq”.

COP29 Prezidenti əlavə edib ki, enerji keçidinin növbəti mərhələləri üzrə qlobal razılıq əldə olunub. Bu çərçivədə “Qlobal enerji: Saxlanc və şəbəkələr öhdəliyi” qəbul edilib. Bu öhdəlik 2030-cu ilə qədər enerji saxlanc gücünü 6 dəfə artıraraq 1 500 qiqavata çatdırmağı və digər işlərin həyata keçirilməsini nəzərdə tutur. Bundan əlavə, “Yaşıl enerji zonaları və koridorları öhdəliyi” elan edilib ki, bu da bərpaolunan enerji mərkəzlərinə və ötürmə xətlərinə investisiyaları səfərbər edəcək. Eyni zamanda, “Hidrogen Bəyannaməsi” qəbul olunub və bu sənəd təmiz hidrogen və onun törəmələri üzrə yüksək keyfiyyətli bazarın əsasını qoyur. Ümumilikdə 60-dan çox ölkə bu təşəbbüslərə qoşulub.

Muxtar Babayev bildirib ki, hazırda Azərbaycanda iqlim fəaliyyətinin yeni mərhələsinə qədəm qoyulur:”Yeni milli iqlim planımız – Milli Təyin Olunmuş Töhfə enerji sisteminin gələcəyi üçün yol xəritəsidir. Bu sistem daha təmiz, ağıllı və dayanıqlı olacaq. Plan neft-qaz asılılığını azaldaraq, bərpaolunan enerjinin artırılmasını, enerji səmərəliliyi və innovasiyaların iqtisadiyyatımıza inteqrasiyasını nəzərdə tutur”.

O vurğulayıb ki, bu sənədlər Paris Sazişi çərçivəsində beynəlxalq öhdəlik olmaqla yanaşı, həm də milli fürsətdir: “Onlar yaşıl investisiyalara yaşıl işıq yandıracaq, prioritet sektorları müəyyən edəcək və hökumətin fəaliyyətə sadiqliyini nümayiş etdirəcək. Bu, özəl sektor üçün vacib siqnallardır və kapital cəlbinə imkan yaradacaq”.

Muxtar Babayev, həmçinin deyib ki, Bakı İqlim Həftəsi COP29-un yaratdığı sürəti davam etdirmək üçün tarixi imkandır. “Burada yeni tərəfdaşlıqlar qurmaq, mövcud dostluqları gücləndirmək və icranı sürətləndirmək niyyətindəyik. Əgər uğur qazanarıqsa, nəticələr açıq olacaq: daha təmiz hava, yeni sənayelər, daha çox iş yeri, yüksək enerji təhlükəsizliyi və ən əsası – gələcək nəsillər üçün daha təhlükəsiz planet”, - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri