Icma.az
close
up
RU
Muxtar Babayev: Enerji siyasətində dayanıqlılıq və diversifikasiya Azərbaycanın əsas prioritetlərindəndir

Muxtar Babayev: Enerji siyasətində dayanıqlılıq və diversifikasiya Azərbaycanın əsas prioritetlərindəndir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vyana, 10 iyul, AZƏRTAC

Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Enerji dayanıqlığına aparan istiqamətlər” mövzusunda təşkil olunan nazirlər sessiyasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, M. Babayev enerji sistemlərinin dayanıqlığının və Azərbaycanın bu prosesdəki yerinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Bizim anlayışımıza görə, enerji dayanıqlı, etibarlı və əlçatan olmalıdır. Hər bir ölkə enerji təhlükəsizliyini təmin etmək üçün ya öz vəsaiti, ya da inkişaf etmiş ölkələrin dəstəyi ilə investisiya yatırmalıdır”.

COP29-a ev sahibliyi edən bir ölkə kimi Azərbaycanın prioritetinin enerji mənbələrinin diversifikasiyası olduğunu vurğulayan M. Babayev deyib ki, xüsusilə Günəş və külək kimi bərpaolunan mənbələr enerji təhlükəsizliyində yeni istiqamətləri müəyyən edir.“İnkişaf etməkdə olan ölkələrin, xüsusilə az inkişaf etmiş, kiçik ada və Afrika dövlətlərinin enerji infrastrukturuna və bərpaolunan enerji layihələrinə sərmayə yatırmaq üçün maliyyə dəstəyi zəruridir”, – deyə M. Babayev vurğulayıb.

O, xatırladıb ki, Bakıda COP29 zamanı inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi üçün 300 milyard dollar öhdəlik götürülüb. “Məqsədimiz bu ölkələrlə etimada əsaslanan əməkdaşlıq qurmaq və onlara əlçatan maliyyə imkanları təqdim etməkdir,” – deyə o diqqətə çatdırıb.

Azərbaycanın həm bərpaolunan enerji, həm də təbii qaz sahəsində müxtəlif layihələr həyata keçirdiyini deyən M. Babayev əlavə edib: “Azərbaycan bu gün 12 dövlətə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə təbii qaz ixrac edir. Lakin ölkə daxilində əsas diqqət bərpaolunan enerjiyə yönəlib və düşünürəm ki, bu, təkcə özümüzü deyil, həm də qonşu ölkələri bərpaolunan enerji ilə təmin etməyin yollarından biridir”.

Aytən Abbaslı,

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbirləri

Vyana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri