Icma.az
close
up
RU
Muxtar respublikada tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə maddi texniki baza gücləndirilir

Muxtar respublikada tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə maddi texniki baza gücləndirilir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra işlər həyata keçirilir.

Belə ki, Naxçıvan Sağlamlıq Mərkəzində tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklər həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, Mərkəzə kardio-reanimasiya, ümumi reanimasiya və kardiocərrahiyyə üçün müvafiq olaraq 2 ədəd xəstəbaşı monitor, ümumicərrahiyyə üçün 1 ədəd xəstəbaşı monitor və transfer üçün 1 ədəd xəstəbaşı monitor avadanlıqları alınıb. Cərrahi prosedurların keyfiyyətini artırmaq məqsədilə 2 ədəd cərrahi aspirator, 1 ədəd audiometriya cihazı, yenidoğulmuşlarda eşitmə qabiliyyətini müayinə etmək üçün 1 ədəd cihaz və 2 ədəd su distilliyatoru alınmışdır.

Bundan başqa, mərkəzdə müalicə və prosedurların düzgün idarə olunması üçün 5 ədəd avtomatik şırınqa pompası, 3 ədəd avtomatik infuziya pompası, 1 ədəd anesteziya cihazı, 1 ədəd anesteziya monitoru və 1 ədəd suni tənəffüs aparatı təmin edilib. Digər vacib avadanlıqlar arasında 1 ədəd soyuducu, 3 ədəd tibbi dondurucu və qan bankı üçün 1 ədəd tibbi soyuducu da mövcuddur. Xəstələrin temperaturunun qorunması üçün 1 ədəd xəstə isitmə cihazı, 2 ədəd qan və infusiya məhsulları isidicisi, 1 ədəd dondurulmuş qan preparatlarının əridilməsi cihazı alınıb.

Yeni alınan avadanlıqlar arasında 6 ədəd bakterisid şüalandırıcı, 8 ədəd 4 ayaqlı əsa, 4 ədəd kirli-təmiz camaşır arabası və 4 ədəd tibbi tullantıların daşınması üçün araba da mövcuddur. Laringoskop və videolarinqoskop dəstləri, 1 ədəd radiotezlikli venoz ablasiya cihazı, 1 ədəd əməliyyat masası üçün qızdırıcı və 1 ədəd elektron nebulyazer də alınan avadanlıqlar arasında yer alır.

Reanimasiya və cərrahiyyə sahəsində 13 ədəd 4 motorlu reanimasiya çarpayısı, 10 ədəd 5 motorlu reanimasiya çarpayısı və 23 ədəd reanimasiya çarpayıları üçün döşək mövcuddur. Eyni zamanda 28 ədəd 3 motorlu cərrahiyyə çarpayısı və 28 ədəd cərrahiyyə çarpayıları üçün döşək alınaraq mərkəzə gətirilmişdir. Xəstələrin daşınması üçün 2 ədəd xəstə daşıma arabası, 2 ədəd xərək, 4 ədəd əlil arabası, 1 ədəd xəstə yuma arabası, 2 ədəd xəstə önü yemək masası və 1 ədəd xəstə daşıyıcı kran alınıb.

Həmçinin Ailə Sağlamlıq Mərkəzləri, Onkoloji Mərkəz və Hemodializ Mərkəzi üçün də bir sıra avadanlıqlar alınıb.Bu mərkəzlərdə təmir işləri başa çatdıqdan sonra avadanlıqlar mərkəzlərin istifadəsinə veriləcəkdir.

Qeyd edək ki, mərkəzlərdə həyata keçirilən bu islahatlar, tibbi xidmətlərin keyfiyyətini artırmaq və xəstələrə yüksək səviyyədə sağlamlıq xidmətləri təqdim etmək məqsədini daşıyır. Bu yeniliklər, Naxçıvan əhalisinin sağlamlığına öz töhfəsini verməklə yanaşı, tibbi xidmətə əlçatanlığı daha da yaxşılaşdıracaq. Adıçəkilən avadanlıqların alınması, mərkəzin tibbi infrastrukturunun gücləndirilməsinə və müalicə proseslərinin daha effektiv, rahat və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

***

Bundan başqa, Naxçıvan Sağlamlıq Mərkəzində əhalinin daha komfortlu və effektiv müalicə alması üçün genişmiqyaslı infrastruktur yenilənməsi aparılıb, maddi texniki bazası gücləndirilib. Belə ki, mərkəzdə müasir tələblərə uyğun laboratoriya qurulub və bu laboratoriya üçün müvafiq avadanlıqlar alınıb. Qısa müddət ərzində bu avadanlıqların istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin, mərkəzdə onkoloji xəstələr üçün kimyaterapiya prosedurlarının təhlükəsiz və rahat şəkildə həyata keçirilməsi məqsədilə xüsusi bir bölmə ayrılıb. Bu bölmədə müalicə prosesinin daha effektiv şəkildə təşkil olunması üçün hərtərəfli şərait yaradılıb.

Mərkəzdə əlavə olaraq, iki yeni müasir avadanlıqlarla təchiz edilmiş əməliyyat otaqları istifadəyə verilib. Bu otaqlardan biri hibrid əməliyyat otağıdır ki, bu otaqda yüksək dəqiqlikli diaqnostik və cərrahi müdaxilələrin eyni vaxtda aparılması mümkündür.

Eyni zamanda mərkəzdə pasiyentlər üçün yüksək səviyyəli xidmət təklif edən, müasir standartlara cavab verən palatalar hazırlanıb. Bu palatalar rahatlıq və fərdi qayğı prinsiplərinə əsaslanaraq dizayn edilib və artıq iki palata istifadəyə verilib. Digər palataların təmir işləri yekunlaşdıqda, onlar da xidmətə təqdim olunacaq.Həmçinin Naxçıvan Sağlamlıq Mərkəzində yaradılmaqda olan laboratoriyada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan bütün laborator xidmətlər göstəriləcək.

Məlumat üçün qeyd edək ki, genişmiqyaslı infrastruktur yenilənməsi təkcə Naxçıvan Sağlamlıq Mərkəzini deyil, eyni zamanda Ailə Sağlamlıq Mərkəzini, Onkoloji Mərkəzi və Hemodializ Mərkəzini də əhatə edəcəkdir. Həyata keçirilən bu işlər hər şeydən əvvəl səhiyyə sisteminin müasir tələblər sisteminə uyğun qurulmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri