“Muxtarın qayıdışı” serialının aktyoru vəfat etdi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Rusiya Akademik Gənclər Teatrının (RAMT) aktyoru, “Muxtarın qayıdışı” teleserialındakı İvanov rolu ilə tanınan Rusiyanın Əməkdar Artisti Vyaçeslav Nikolayev vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə RAMT məlumat yayıb.
67 yaşlı aktyorun xəstə olduğu və daha öncə insult keçirdiyi bildirilib.
Vyaçeslav Nikolaev 1958-ci ildə anadan olub. O, 1989-cu ildə LGITMiK-ni bitirib. Təxminən 20 il “Sfera” teatrında, iki il “Satira” teatrında və 10 ildən çox Rusiya Akademik Gənclər Teatrında çalışıb. Teatrda “Utopiya sahili” trilogiyasında Ketçer və Kinkel, “Lorenzaçço”da Markiz Çibo, “Kapitan Vrungelin macəraları”nda bankir Krauf, “Nürnberq”də Verner Lamppe, “Çexov-Qala”da bankir və “Qırmızı yelkənlər”də Menners rollarını canlandırıb. Onun filmoqrafiyasına “Muxtarın qayıdışı”nda İvanov da daxil olmaqla, film və televiziya seriallarında 20-dən çox rol daxildir.
Bu mövzuda digər xəbərlər:Reha Muxtarın vəsiyyəti bilindi Məzarıma gəlməsin!
03 İyun 2026 15:26
Məşhur “Syoqun” serialının aktyoru vəfat etdi
30 Mart 2025 17:03
Çocuklar duymasın serialının tanınmış aktyoru VƏFAT ETDİ
18 Fevral 2025 14:20
Yabançı damat serialının məşhur aktyoru vəfat etdi
16 Oktyabr 2025 14:31
Kurdlar vadisi serialının aktyoru Şekip Taşpınar vəfat edib
02 İyul 2025 16:31
Baxış sayı:211
Bu xəbər 08 May 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















